Eşqin Məmmədovun "Peyvənd xurma"sı və... -Hekayələr

21-03-2020 20:01
Dalidag.agənc yazar Eşqin Məmmədovun üç kiçik hekayəsini təqdim edir:

                                                            AY TUTULDU
Xalqımın başına dönüm. Bu xalqın yengə kimi, cin çıxartma kimi, baş qırxmaq kimi qəraib adətləri var. Sizlər də az- çox bu adətlərlə tanışsınız. Bu adət və ənənələrmizin sırasına birini də mən daxil edim. Dəqiq yadımda deyil, hansısa fəlsəfə kitabında oxumuşdum ki, eramızdan əvvəl Yunan alimi Fales sübut etmişdir ki, Ay özü işığa malik deyil . Onu işıqlandıran günəş şəfəqləridir. İndi gəlin o hadisədən nə az- nə çox düz 3 min il sonra ölkəmizdə baş vermiş bir hadisə ilə tanış olağın. Hardasa 1999-cu ilin payızı olardı. Mənim də 6 yaşım vardı. Gecə hay düşdü ki, bəs ayı tutublar. Hamı nəsə danqıldadır. Boşqab çırpan kim, iti zir-zir zingildədən kim, hərə bir şey çırpıb səs-küy salır. Qardaş, ayı kim tutub?
- Həcəmət, əzrayıl, ifritələr.
Həmin zaman atamın əmisigildə bir cavan oğlan iş üçün qalırdı.O da var gücü ilə , zil markalı avtomobilin kuzasını çırpırdı . Rəhmətlik nənəm köks ötürüb deyərdi:
- Onların barı adamı var, bizim o da yoxdu.
Yazıq Tusinin ruhu partlamasın, neynəsin axı? Ayı görüb salavat çəkən xalq , belə də olmalıdır. Orta məktəbdə astranomiya keçrilməyən ölkədə, qazan danqıldadacaq nəsilər hələ yetişəcək ay əzizlərim.

                                                         HAVAYI QİYMƏT

Evdən tələsik çıxsam da, yenə işə gecikirdim. Hava olduqca şaxtalı olduğundan, köhnəlmiş paltomu və qulaqları qısa olana şapkamı da, götürmüşdüm. Axır zamanlar müdir məni gecikmələr üstündə çox danlayırdı. Açığı, məsuliyyəti hiss edirdim, amma alınmırdı. Bu dəfə də, yenə dərsə çox az qalmışdı.Təxmini 1 saat. Yolum çox uzaq idi . Digər tərəfdən geyimim çox da rahat deyildi. Buna görə də taksi ilə getməyi qərara aldım. Biraz piyada gedəndən sonra, maşınlar dayanan nöqtəyə yaxınlaşdım. Bu zaman bir sürücü məni tanıyırmış kimi cəld mənə yaxınlaşıb dedi:
- Salam. Müəllim necəsiz ?
- Salam. Çox sağ ol oğul yaxşıyam.
- Hara belə tələsirsiz? Buyurun əyləşin aparım.
- Yaxşı. 30 saylı məktəbə sür.
Yolda demək olar söhbətləşmədik. Çatan zaman gediş haqqını soruşdum.
- Oğul gediş haqqı nə edir?
- Sizin üçün havayıdır. Halal xoşunuz olsun.
- Axı necə havayı? Çörəyin burdan çıxır.
- A müəllim , o qədər bizə havayı qiymət yazmısınız ki , indi bir gediş haqqı nədir ki , onun yanında .
Açığı sonra bu hadisə haqda düşünüb pis oldum ki , havayı qiymət yazıb onları pis vərdişlərə öyrətmişəm, amma onlara ən azı qarşılıq verməyə öyrətdiyim üçün heç də peşman deyiləm. Hər şeyin qarşılığı gec- tez verilir.
 
                                                               PEYVƏND XURMA


Babamın ölümündən nə az- nə çox düz 20 il ötürdü , amma hər il olduğu kimi bu ildə süfrə açıb ruhunu anırdıq. İllər əvvəl necə edirdiksə, bu dəfədə elə etdik, yəni babamın qohumlarını süfrə başına dəvət edib, əyləşdirdik. Valahi süfrənin üstündə dünyada olmayan nemət yox idi. Nənəm demişkən, hamsıda importnu məhsullardı. Əsas məsələ də Quran oxunması idi ki, bunu da kəndimizin mollası olan Hətəməli kişiyə demişdik. Hətəməli kişi əslən Hapıttı kəndindən idi, amma işi yaxşı bacardığından kənar yerlərdən müştəriləri az olmurdu. Özü də yasda 3-dən , 7- yə kimi günün 50 manata otururdu . Belə xırda məclislərə 20-30 manata gəlirdi. Balaca boy, qalın saqqal, beli biraz bükülmüş bir kişi idi. Dişlərinin hamısı sonradan qoyulma idi. Burnu da lap üçlük qaz turbasına oxşayırdı. Zalımı çıxmış çox şorgöz adamdı. Belə şayə gəzirdi ki , bu saqqalı ağ Dəlləkli kəndin qəbristanlığına fahişə aparıbmış. Nə isə sizi çox yormayım. Saat 7 olardı kı, hamı süfrə başında toplandı. Bizim molla da lap başda əyləşib sərgül təamlardan burma buğlarının altından içəri ötürürdü. Yeyib- içmək qurtardıqdan sonra molla başladı söhbətə: -Cəmaət, bu gün biz mərhum İsfəndiyar kişinin il dönəminə yığışmışıq. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun. Salavat çevirib bir amin deyəyin.
Bundan sonra molla keçdi başqa söhbətlərə.
-Məlumunuz olsun ki, yatarqarına kişmiş yemək olmaz. Çünki gecə kişmiş mədəyə "joqa" verir. Ona görə də kişmişi ancaq səhərlər yeyin.  Ağzınıza hakim olun, nəfsinizi məğlub edin. Peyğəmbər əfəndimiz -Allahun Məsəli Va ali Məhəmməd deyib bir salavat çəkib söhbətinə davam etdi. Hə dediyim kimi Peyğəmbər rəsulumuz səhrada bir ayı iki xurma ilə keçirib.
Bu zaman hamı məəttəl halda mollaya doğru baxıb dedilər:
-Necə? NECƏ? İki xurma ilə bir ay dolanıb.
-Bəli hazarat , düz iki ay tamam edib.
Bu zaman əmim yerindən dillənib mollaya dedi:
- Başına dönüm molla əmi bu qədər müddəti peyğnbərimiz cır xurma ilə dolana bilməzdi, yəqin xurma peyvənd olub.
Bu zaman mola acığlı şəkildə əmimə doğru yönəlib sözə başladı:
- Avaranın biri avara nə peyvənd xurma, cır xurma ilə, özü də iki ay. Sən bunun hesabın axirətdə necə verəcəksən ay fərsiz? Axirətdə cənnətə gedən ağacın üstündə şeytanlar, ifritələr, cinlər, həmzadlar dolu olar və səni kimi əbləh insanları cəmi cənnət nemətlərindən məhrum edər.
Bu sözləri deyən molla 30 manatın bir yekə zənbil pay-pürüşün götürüb getdi evlərinə. Babamın göruna and olsun ki , bu adamlardan bir zadda ola baş açmadım. 

Eşqin Məmmədov
Dalidag.az



Kateqoriya: Poeziya-nəsr
Tarix: 21-03-2020 20:01
Baxış sayı: 21 377
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını