Dünya popunun kralı Maykl Cekson haqda bioqrafik film çəkiləcək. Dalidag.az xəbər verir ki, filmi Qaraham Kinq ekranlaşdıracaq. Ssenarini isə üç dəfə “Oskar” namizədi olan Con Loqnan ərsəyə gətirəcək. Çəkilişin nə vaxt başlayacağı və Mayklı kimin canlandıracağı bilinmir. Lakin bildirilir ki, filmdə Ceksonun həyatı hərtərəfli nümayiş etdiriləcək. Həmçinin, buraya onun pedofil olması da daxildir. Dalidag.az

*V.Harvey qan dövranı haqqında kiçik kitabçası üzərində düz 13 il işləmişdir. *N.Kopernik öz traktatını yaratmağa otuz ildən çox vaxt sərf etmişdir. *İ.Nyuton öz ideyalarını bəşəriyyətə bildirməyə qərara alana qədər onların haqqında 20 il ətraflı düşünmüşdür. *Firdovsi özünün «Şahnamə» əsərinə 30 il sərf etmişdir. *Ç. Darvin özü haqqında belə demişdir: «Mən oxuduğum və konspektini tutduğum cürbəcür kitabların siyahısını nəzərdən keçirəndə öz əməksevərliyimə məəttəl qalıram. *Höte «Faust»

Milli qəhrəmanımız Alı Mustafayevin xatirəsinə həsr olunmuş “Alı zirvəsi" filminin təqdimatı keçirilib. Dalidag.az xəbər verir ki, Nizami Kino Mərkəzində Azərbaycan Mədəniyyət Nazirliyinin və Regional Hüquqi və İqtisadi Araşdırmalar İctimai Birliyinin təşkilatçılığı ilə tanınmış jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsinə həsr edilmiş "Alı zirvəsi" filminin təqdimatı keçirilib. Tanınmış jurnalist Azər Süleymanlının aparıcılığı ilə keçirilən tədbirin əvvəlində qəhrəman

Azərbaycanda Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyasının təsisçiləri olan “91-lər”dən biri, Qaradağ Rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Birinci dərəcəli dövlət qulluqçusu Munis Bayramovun “Türkün dastanı (poemalar toplusu)” kitabının təqdimatı keçirilib. Dalidag.az xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov rəhbərlik etdiyi qurumun türk dünyasının birliyi və

"Aşıq Şəmşir" Mədəniyyət Ocağında tanınmış şair, yazıçı-publisist, ictimai xadim, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qənbər Şəmşiroğlunun çoxcildliklərinin təqdimat mərasimi keçirilib. Dalidag.az xəbər verir ki, tədbirdə ölkə ziyalıları, jurnalistlər, Kəlbəcər rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimi giriş sözü ilə açan Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı tədbirin Qənbər Şəmşiroğlunun doğum gününə təsadüf etdiyini bildirib və onu bu münasibətlə

Bu gün Abbas Mirzə Şərifzadənin ölüm günüdür. Yazıram və özümə də qəribə gəlir – onun ölüm günü haradan bəlli oldu ki... 1937-38-ci illərin repressiyasına düşənlərin hansı gün, harada, sorğu-sualsız, məhkəməsiz-qanunsuz qətlə yetirildikləri bəllidirmi..? Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə 1893-cü il dekabrın 12-də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olub. Atası Mirzə Rəsul Şərifzadə müəllim olub. Anası Mələk-Nisə erkən vəfat edib. Mirzə Rəsul həyat yoldaşının

Noyabrın 17-dən 24-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Özbəkkino” milli agentliyinin təşkilatçılığı ilə Azərbaycanda “Özbək kinosu həftəsi” keçiriləcək. Dalidag.az xəbər verir ki, noyabrın 18-də saat 19:00-da Nizami Kino Mərkəzində “Özbək kinosu həftəsi”nin açılış mərasimi baş tutacaq. Mərasimdə Özbəkistan kinosunu kinematoqrafçılar və rəsmilərdən ibarət səkkiz nəfərlik nümayəndə heyəti təmsil edəcək. Noyabrın 19-da “Özbək kinosu həftəsi” çərçivəsində Özbəkistanı təmsil edən

Noyabrın 13-ü Azərbaycan komediya aktyorluğunun parlaq simalarından biri olan Əliağa Ağayevin xatirə günüdür. Əliağa İsmayıl oğlu Ağayev 22 mart 1913-cü ildə Bakıda anadan olmuşdur. Erkən yaşlarında atasını itirib. 1930-cu ildə yeddinci sinfi bitirərək Paris kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyub. Zavodun dram dərnəyində çıxış edib. Həmin dərnəyin istedadlı gənclərini seçib mədəniyyət təbliğatı briqadası yaradıblar. Əliağa Ağayev bu briqadada kiçikhəcmli

Azərbaycanın məşhur messenatı Hacı Zeynalabdin Tağıyevin Mərdakanda yerləşən bağ evi təmir edilir. Dalidag.az xəbər verir ki, artıq ərazidə işlərə start verilib və təmirdən sonra malikanə əvvəlki görkəminə qaytarılacaq. Təmir işləri çərçivəsində bağda sonralar tikilən binalar sökülüb və ərazi köhnə halına qaytarılıb. Evin tam köhnə halında görünməsi üçün xaricdən də müəyyən tikinti avadanlıqların gətirilməsi nəzərdə tutulur. 2 mərtəbəli və 10 metr hündürlükdə olan evin təmirdən sonrakı

Noyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib. Dalidag.az xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, filmləri festivalın müsabiqə proqramında yarışan əcnəbi kinematoqrafçılar iştirak edib. “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası
Yazı axını