Reklam
Kəlbəcərin tarixi abidələri - ŞƏKİLLƏR
07-07-2021 17:42
1980-ci ildə yaradılmış, 1982-cü ildə yeni binasının bünövrəsi qoyulmuş və sorağı dünyanın o başına çatmış Kəlbəcər Tarix-Diyarşünaslıq muzeyi özünün orijinallığına və zənginliyinə görə başqa muzeylərdən fərqlənir. Muzey Kəlbəcərin bütün tarixi abidələrini özöündə əks etdirir. Kəlbəcərin qaya təsvirləri, arxeoloji abidələr və etnoqrafik nümunələri burada öz yerini tapıb. Xalqımızın sosial-iqtisadi, siyasi, etnik tarixi və mədəniyyəti sahəsində çoxsaylı materiallarla zəngin olan bu muzey, həqiqi mənada çox böyük qiymətli mənbədir.
Mütəxəssislər bu muzeyi nəinki tarix-diyarşünaslıq muzeyi, həm də arxeologiya, incəsənət və səs muzeyi də adlandırırdılar. Muzeyin çöl divarlarını 2 mindən artıq rəng çaları olan daşlar bəzəyirdi. SSRİ Elmlər Akademiyasının müxbir üzvü Aleksey Maraquşov muzeyə baxış keçirərək bunun şahidi olmuşdur. Kəlbəcərin daş xəzinələrinin 10 min rəng çalarlı nümunələri muzeyin salonlarında nümayiş etdirilirdi. Bu mədəniyyət ocağının eksponatları 3 kabinetdə, 9 nümayiş salonunda və içərisində 36 minə qədər bir fondda yerləşmişdir. Məşhur İstisu kurortu yaxınlığında aşkar edilmiş insan məskəninin fotoları və maketi burada yer almışdı. Qədim dövr salonunda nümayiş etdirilən obsidiandan(dəvəgözündən) 5 min ildən çox yaşı olan oxlar, küp qəbirlərdən əldə edilən dəmir nizə ucluqları, daş qəlyanlar, daşdan insan skeleti, iri xumdar, daşdan və saxsıdan hazırlanmış qaraçıraqlar və oxunması mümkün olmayan daş üzərindəki şəbəkə yazı, torpaqdan çıxan qədim alətlər, Tərtərçay qumlağından tapılan, azı 150 milyon il yaşı olan daşlaşmış ilbiz və digər eksponatlar Kəlbəcər torpağının qədim dövr salnaməsinin dərin mənalı səhifələri idi.
Kəlbəcər Tarix-Diyarşünaslıq muzeyi
Bu muzey rayon ərazisində olan 3500-dən artıq “Qaya təsvirləri”ni qeydə almış, onların bir çoxunun şəklini çəkmişdir. Qeyd edək ki, Azərbaycan çar Rusiyası tərəfində işğal edildikdən sonra müsəlman abidələrinin əksəriyyəti məhv edilmişdir. Çarizmin bu siyasətini 1917-ci ildə yaradılmış sovet hakimiyyəti də davam etdirmişdir. 1993-cü ildə Kəlbəcər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərkən rayon ərazisində 4 məscid qalmışdı. Azərbaycan ərazisində mövcud olmuş Alban dövlətində IV əsrdən yaranmış xristian dininə münasibət isə təbii ki, istər çar, istərsə də sovet rejimində birmənalı olmuşdur. Hər iki rejim bölgəni xristianlaşdırmağa çalışdığından buradakı xristian alban abidələri qorunub saxlanmışdır. 1836-cı ildə Alban katalikosluğu Rusiya çarı tərəfindən ləğv edildikdən sonra xristian alban abidələrinin əksəriyyəti bölgəyə köçürülmüş ermənilər tərəfindən qriqoryanlaşdırılmışdır... Kəlbəcər muzeyi materiallarında olan tarixi abidələri təqdim edirik:
Qədim mağara
Zar mağarası- Paleolit dövrü- 1993-cü ildə erməni işğalından sonra müəyyən hissəsi dağıdılıb.
İlk yaşayış məskəni: İstisu qəsəbəsi yaxınlığında erkən və orta tunc dövrünə aid yaşayış məskəni.
Qaya təsvirləri: 3500-dən artıq Qaya təsvirləri- “Ağ çay “, “Ayı çınqılı”, “Pəri çınqılı”“Gəlin Qayası”, “Soltan Heydər”, “Turşsu”, “Sərçəlidağ”, “Qurbağalı çay”, “Zalxa ğölü”, “Dəvəğözü dağı”
Kəlbəcərdə qayaüstü təsvir
Tarixi dini abidələr
Məbədlər:
Xudavəng məbədi- Kəlbəcərin 29-cu kilometrliyində-6-7-ci əsrlər, Gəncəsər məbədi- keçmiş Ağdərə rayonunun Vəngli kəndində, Xaçın çayının sol sahilində-13-cü əsr, Həsənriz kəndində Alban məbədi(500-cü il), Həsənriz kəndində Alban məbədi-1283, Vəng kəndində Alban məbədi-5-9 cu əsrlər, Vəngli kəndində Alban məbədi 13-cü əsr, Çərəkdar kəbndində Alban məbədi-5-7-ci əsr, Kolataq kəndində Alban məbədi-614-cü il, Kolataq kəndində Müqəddəs Yaqub kilsəsi-635-ci il, Qocaqot kəndində Alban məbədi 672-ci il, Qocaqot kəndində Alban məbədi 698-ci il, Dəstəgir kəndi Alban məbədi713-cü il, Qasapet kəndində Alban məbədi- 718-ci il, Çormanlı kəndində Alban məbədi- 10-cu əsr , Mahrataq kəndindində məbəd 1881-ci il, Şaplar kəndində 2 məbəd-13-cü əsr, Kiçan kəndində məbəd 13-cü əsr, Smakaok kəndində məbəd-1251-ci il, Çıldıran kəndində Alban məbədi- 12ci əsr, Çıldlran kəndində Qırmızı məbəd 13-cü əsr, Qozlu kəndində Xatırvəng məbədi 1204-cü il, Kəlbəcər şəhərində məscid -19-cu əsr, Başlıbel kəndində məscid-18=ci əsr, Otaqlı kəndində məscid 19-cu əsr,
Xudavəng məbədi
Kilsələr
Qasapet kəndində kilsə 1894-cü il, Madagiz kəndində kilsə 1898-ci il, Dovşanlı kəndində kilsə-1668-ci il, Dəvədaşı kəndində kilsə 12-ci əsr, Qozlu kəndində Qırmızı məbəd 17-ci əsr, Talış kəndində Urek məbədi-1279-cu il, Bulanıq çayında Alban kilsəsi-8-9-cu əsrlər, Çormanlı kəndində Alban kilsəsi-11-ci əsr, Mahrataq kəndindində kilsə-1883-ci il
Tarixi Memarlıq abidələri: Qalalar, qəbirüstü abidələr
Lök qalası-Qanlıkənd-7-8-ci əsrlər, Qalaboynu qalası-8-9-cu əsrlər, Comərd qalası 8-9-cu əsrlər, Uluxan qalası-7-9-cu əsrlər, Zivel-Mollabayramlı qalası-8-9-cu əsrlər, Keşikçi qalası-Qamışlı kəndi-8-9-cu əsrlər, Qanlıqala(Laçınqala), Çaraberd və ya Çiləbürt qalası-7-ci əsr, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi-1982-ci il Qəbirüstü abidələr Dovşanlı nekroloqu-
Araçadzor kəndi-Son tunc, ilk dəmir dövrü, Ballıqaya nekropolu- Sırxəvənd kəndində-Son tunc, ilk dəmir dövrü, Zar kəndində daş at fiqurları 9 ədəd-18-19-cu əsr, üstü ərəb yazısı, Zar kəndində daş qoç fiquru 8 ədəd-18-19-cu əsr, üstü ərəb yazısı, Zəylik kəndində 12 ədəd daş at fiquru-
18-19-cu əsrlər, Zəylikn kəndində daş qoç fiquru 10 ədəd- 18-19-cu əsrlər, üstü ərəb yazısı, Geştək kəndində 7 ədəd daş at fiquru- 18-19-cu əsrlər, Geştək kəndində daş qoç fiquru 8 ədəd-18-19 ədəd, Milli kəndində daş qoç 17 ədəd-18-19-cu əsrlər,
Lök qalası
Körpülər
Soyuqbulaq kəndində tağlı daş körpü-19-cu əsr, Zəylik kəndində tağlı daş körpü -19-cu əsr(eni 3 metr, uzunluq 14 metr)
Ziyarətgahlar Əsirlik kəndində Qoç daşlar piri, Söyüdlü yaylağında Seyid Əsədullahın ziyaratgahı-19-cu əsr, Başlıbel kəndində Seyid Bağır ağanın ocağı-19-cu əsr, Başlıbel kəndində Seyid Əliabbas ağanın ziyarətgahı-19-cu əsr, Seyid Əhməd ağanın ocağı, Bağlıpəyə kəndində Seyid Əliqara ocağı-19-cu əsr, Zəylik kəndində Əli Pəncəsi-7-8-ci əsrlər. Sümüktökülən dərə
Beləliklə Kəlbəcər ərazisində 3500-dən çox qayaüstü təsvirlər və 139 digər abidələr vardır. 139 adda olan abidələrə daxildir: 1 mağara, 21 xristian məbədi, 4 məscid, 11 kilsə, 1 muzey, 73 qəbirüstü at və qoç daş fiqurları, 2 daş körpü, 8 ziyarətgah.
QEYD: Kəlbəcər ərazisində yuxarıda qeyd olunanlardan əlavə bir çox tarixi abidələr var ki, hələ də bizlərə məlum deyil. Tədqiqata ehtiyacı olan abidələr bizləri gözləyir.
Ramiz Nəcəfli
Bakı Dövlət Universiteti Tarix fakültəsinin Mənbəşünaslıq,
tarixşünaslıq və metodika kafedrasının dissertantı
Dalidag.az

Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 07-07-2021 17:42
Baxış sayı: 31 627
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23