Reklam

Qədim dövrlərə söykənən şəcərə - Aşurbəyovlar
16-10-2019 12:22

Lakin bu binalar gözəlliyi, möhtəşəmliyi, nadir üslubu xatırlatmaqla yanaşı, kədərli duyğuları da özündə yaşadır. Bu duyğular isə həmin binaların sahiblərinin acınacaqlı taleyidir. Bir zamanlar xalqın mədəniyyətində mühüm yer tutmuş insanlar və ya hadisələr barədə danışmaq siyasi cəhətdən təhlükəli olduqda xalqın yaddaşından silinməsinə o qədər çox vaxt lazım olmur. Beləliklə də 70 illik sovet rejiminin təbliğat maşını tikililər və onların sahibləri barədə olan məlumatı xalqın yaddaşından silmək üçün onu tamamilə alt-üst edib. Nəticədə neft maqnatları dövründəki Bakı memarlığı barəsində məlumatlar əldən çıxıb. Görəsən, bu gözəllikləri yaradan insanların aqibəti necə olub?
Aşurbəyovların tarixçəsi
Nəslin kökündə Aşur xan Əfşar dayanır. O, əfşar türk tayfasındandır. Bu tayfa haqqında məlumatlar VIII əsrə gedib çıxır. Məşhur Nadir şah da bu tayfadandır. O, 1740-cı ildə Azərbaycana gələndə Bakıda və ətraf kəndlərdə özünə arxa yaratmaq üçün əfşar türk tayfalarından bir çoxunu Sabunçu, Zabrat və Keşlə kəndlərində yerləşdirmişdi. Məhz Nadir şahın dövründə Aşur xan Cənubi Azərbaycanın Təbriz şəhərinin hakimi və Azərbaycanın sərdarı olub.
Aşur xanın beş oğlu olub — Hacı İmamverdi bəy, Allahverdi bəy, Abdullah bəy, Danial bəy, Əliyar bəy. Teymur bəy, Hacı Əjdər bəy, Bəşir bəy, İsa bəy, Nəsrulla bəy, Hacı Mehdiqulu bəy, Əliabbas bəy, Ağası bəy, Mehdixan bəy, Əziz bəy, Hacı Əhmədağa bəy, İsa bəy Aşurbəyovlar da həmin nəslin görkəmli nümayəndələridir. Onların bəziləri qardaş, bəziləri isə əmioğlu, bibioğlu və ya xalaoğlu olublar. 1828-ci ildə Rusiyanın Şimali Azərbaycanı işğal etməsindən sonra vəziyyət bir qədər dəyişir. Bəylərin və xanların hüquqları məhdudlaşdırılır. Lakin çar hakimiyyəti əhali arasında yaranan narazılığı gördükdə əhalinin ali təbəqəsi ilə bir qədər yumşaq davranmaq qərarına gəlir. Bu istiqamətdə atılan ilk və mühüm addım bəylərin iqtisadi və hüquqi vəziyyətinin tənzimlənməsi üçün müxtəlif komissiyaların yaradılması olur. Ali təbəqəyə mənsubluğun bilinməsi üçün bəylər özlərinə sonu «ov»la bitən «russayağı» familiya qəbul etməli idilər. Həmin vaxtdan bəri bu nəslin nümayəndələri cəmiyyətdə Aşurbəyovlar soyadı ilə tanınırlar.
Cəsarət, yoxsa inqilab arzusu?

Nabat xanımın həyatında gördüyü ən böyük iş Bakı şəhərində tikdirdiyi Təzə Pir məscidi olub. Məscidin özülünə birinci daşın qoyulması üçün Nabat xanım öz fəaliyyətinə adi bənna kimi başlayan məşhur xeyriyyəçi, milyonçu Hacı Zeynalabdin Tağıyevi dəvət edir. Doqquz ildən sonra məscidin baş günbəzinə sonuncu daşı da o qoyur. Deyilənlərə görə, Nabat xanım məscidin tavanını qızıldan etmək istəyirmiş. Lakin sonra buna maddi imkan çatmayıb. Bu məscidin tikilməsi barədə müxtəlif fikirlər söylənilir. Təəssüf ki, Nabat xanım məscidin tikilib-başa çatmasına cəmi iki il qalmış vəfat edir. Binanın tikintisi onun oğlu Hacı Abbasqulu Rzayev tərəfindən başa çatdırılır. 1914-cü ildə müsəlman aləminin gözəl memarlıq nümunələrini, ornamentlərini özündə birləşdirən möhtəşəm Təzə Pir məscidi Bakı müsəlmanlarının ixtiyarına verilir. Nabat xanım Aşurbəyovanın xeyriyyəçilik missiyası bununla bitmir. Deyilənlərə görə, olduqca xeyirxah olan Nabat xanım həftənin cümə günləri yaşadığı mənzilin qapılarını taybatay açıq qoyarmış. Bu isə ona işarə idi ki, yoxsullar həmin gün bu xanımın açdığı süfrəsində qonaq ola, öz dərdlərini ona danışa, bir sözlə, Nabat xanımın göstərdiyi mərhəmətin sayəsində mütəşəkkil işlərinə əlac tapa bilərdilər.
Təzə Pir qədər möhtəşəm və əzəmətli görünüşə malik digər bir Bakı məscidi Göy məsciddir. Bakılılar onu Göy məscid kimi tanıyır. Ancaq əvvəllər bu Allah evi onun əsasını qoyan Bakı taciri və mesenatı Hacı Əjdər bəy Aşurbəyovun adı ilə «Əjdər bəy» məscidi də adlanırdı. Nabat xanım kimi, bu şəxs də məşhur Aşurbəyovlar nəslinə mənsub idi. Əjdər bəy Aşurbəyovun neft mədənləri var idi. Onun özü isə 10 ildən çox Bakı Şəhər Dumasının üzvü olub. Şahidlərin xatirələrinə əsasən, Əjdər bəyin bircə sözü istənilən vekseldən və ya iltizamdan daha sanballı tutuma malik imiş.
Rejimin gətirdiyi fəlakət və acı tale

Həsil şəcərəsini kim bərpa etdi?

Sona Aşurbəyova yazır ki, bu nəsil haqqında daha bir səciyyəvi detal ondan ibarətdir ki, onların heç bir təmsilçisi mühacirətdə dünyasını dəyişməyib: «Hətta 20-ci illərin əvvəllərində Bakını tərk etməyə məcbur qalanlar sonralar bu ayrılığa dözməyərək qayıdıblar. Vətəndə onları təqiblər, məşəqqətlər, repressiya dəhşətləri gözləyirdi. Sovet hakimiyyəti illərində Aşurbəyovlar nəsli nəinki bütün maddi bazalarından, o cümlədən onlarla mülklərindən, evlərindən, torpaq sahələrindən, neft mədənlərindən və müəssisələrindən tamamilə məhrum edilmələrinə, həm də özlərinin ləyaqətli təmsilçilərini itirmələrinə, repressiyaya məruz qalmalarına, İkinci Dünya müharibəsində həlak olmalarına, İstanbuldan Parisə qədər dünyanın çox yerinə səpələnmələrinə baxmayaraq, onlar yenə də öz fəaliyyətlərini mütərəqqi istiqamətdə davam etdiriblər».
Məşhur tarixçi Sara xanım Aşurbəyli Bakı neft sənayeçisi ailəsində dünyaya göz açıb. O, bu nəslin ən görkəmli təmsilçilərindən biri olaraq Azərbaycanın və onun paytaxtı Bakı şəhərinin tarixinin ümummilli səviyyədə tədqiqinə gerçəkdən misilsiz töhfəsini verib. Faciəli tale nəsib olmuş Sara xanım orta əsrlər Abşeronunun fundamental araşdırıcısı olaraq bütün dünyada tanınır. Məhz Sara xanım Aşurbəyovanın səyi nəticəsində əsilzadə Aşurbəyovların geniş nəsil şəcərəsini bərpa etmək mümkün olmuşdu.
Öz dövrünün böyük mesenatları sayılan Teymur bəy, Əjdər bəy, Bala bəy, Əhməd bəy, Əli bəy və başqa Aşurbəyovların xeyirxah əməlləri bu gün də xalqın yaddaşındadır. Teymur bəy Aşurbəyovun tikdirdiyi indiki «Günəşli» sanatoriyasının binası, Əjdər bəy Aşurbəyovun tikdirdiyi Əjdərbəy məscidi, Nabat xanım Aşurbəyovun tikdirdiyi Təzə Pir məscidi Şərq arxitekturasının möhtəşəm simasını bugünkü nəslə çatdırır.



Yazı axını
14 / 10 / 2025
13 / 10 / 2025
12 / 10 / 2025
11 / 10 / 2025
11 / 10 / 2025
10 / 10 / 2025
09 / 10 / 2025
09 / 10 / 2025
09 / 10 / 2025
08 / 10 / 2025
08 / 10 / 2025
07 / 10 / 2025
07 / 10 / 2025
06 / 10 / 2025
05 / 10 / 2025
05 / 10 / 2025
04 / 10 / 2025
04 / 10 / 2025
04 / 10 / 2025
02 / 10 / 2025
01 / 10 / 2025
01 / 10 / 2025
30 / 09 / 2025
Ən çox oxunanlar