Reklam
Böyük insan - Qənbər Şəmşiroğlu
06-02-2022 22:12
Qənbər Şəmşiroğlu və Şahlar Əsgərov
Dəyərli bir el misalında deyilir ki, kimsə öz bədənindəki ağrını hiss edirsə, deməli diridir. Kimsə digərlərinin bədənindəki ağrını hiss edirsə, deməli insandir. Qənbər Şəmşiroğlu böyük insan, böyük ziyalı idi. Həm ictimai siyasi xadim, həm də ölkənin tanınmış müəllimi, ağsaqqalı, publisisti, şairi, naşiri və xeyriyəçisi idi.
Qənbər müəllimin döğulduğu ocaq bir neçə nəsildir ki, xalqımıza bir mədəniyyət ocağı kimi xidmət edir. Bir tərəfdən Aşıq Ələsgərlə mənəvi simsarlıq, digər tərəfdən böyük Səməd Vurğunla dostluq bu ocağın mənəvi yaşam mənbəyidir. Paytaxdan uzaq bir dağ kəndində yaşayan Dədə Şəmşir, Akademiyasının vitse prezidenti böyük Səməd Vurğunu axtarıb tapmayıb. Dünya şöhrətli Səməd Vurğun Dədəni axtarıb, tapıb. Bu dostluq nəsildən nəsilə keçib. Böyük Vurğun yadigarı Vaqif Səmədoğlu ömrünün sonuna yaxın: “mən ölümdən qorxmuram, ancaq ondan qorxuram ki, Kəlbəcəri görməyib öləm”- demişdi. Zəlimxan Yaqub Dədəni görmək üçün Ağdabana getmişdi. Məmməd Aslan hər yay tətilində Dədəni həftədə bir ziyarət edərdi. “Dədə” ismini ona atası tanınmış el sənətkarı şair Qurbanyox, xalq vermişdi.
Dədə Şəmşir ocağının görkəmli nümayəndəsi və himayədarı Qənbər Qurbanovtanınmış ictimai –siyasi xadim, dövlət adamı idi. Kəlbəcərin və bir çox rayonların idarə olunmasında birinci şəxs olmuşdur. İdarəetmə dövrlərində ondan eşitdiyim “qul xətasız olmaz, ağa kərəmsiz”atalar sözü onun necə “raykom katibi” və ya “icra başçısı” olduğunu aydın göstəricisidir.
Mədəniyyət irsinin qoruyucusu, hamisi Qənbər Şəmşiroğlu böyük ziyalı idi. Dədə Şəmşirin ifasında Qızıl fondda saxlanılan “aşıq havaları”-nın da ideya müəllifi Qənbər müəllim olmuşdur. Milli mədəniyyətimizin və mədəni incilərimizin, adət-ənənələrimizin, təbliğ edilməsi və gələcək nəsillərə çatdırılmaqüçün onun təşəbüsü ilə "Aşıq Şəmşir Mədəniyyət ocağı" İctimai Birliyi-nin yaradıb və ona rəbərlik etdi.
Qənbər Şəmşiroğlu həyatda qayğıkeş və xeyirxah insan idi. Bizim ailənin acı günlərində (milis podpolkovniki qardaşım Nuru Əsgərovun 1987 ci ildə qəfildən vəfatı zamanı) həftə ərzində hər gün bizə təsəlli verən, qayğı göstərən Rayon İcrayyə Komitəsinin sədri Qənbər Qurbanov oldu.
Qaçqınlıq dövründə və sonrakı illərdə problemlərlə üzləşən minlərlə Kəlbəcər ailəsinin üz tutduğu ünvan, ümüd yerlərindən biri də Dədə Şəmşir ocağı olmuşdur.
Qənbər müəllim Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü kimi, ölkənin digər ağsaqqal ziyalılarından çox fərqlənirdi. O, yazıya bağlı ziyalı idi. Həm içərisindən keçdiyi, həm də müşahidə etdiyi hadisələrə biganə qalmayıb, kağıza köçürdüb, yaddaşda saxlayıb, sonra bir şair, naşir və publisist kimi samballı ədəbi əsərlər yaratmışdı.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Qənbər müəllimin yaradıcılığında mənəvi dəyərlərin təbliği əsas yer tutur:
Qənbər deyər, sözlərini hər kəsə,
Dostun əqli ya kəsməyə, ya kəsə.
Yüz il qalsa üz vermərəm nakəsə,
Zəhləm beləsindən əzəldən gedir.
Qənbər müəllimatasının yaradıcılığını vəsf edən oğul olmuşdur. Onun qayğıkeş oğul, ata, baba olduğunu kitablarından (“Axtarıb Şəmşiri görmək istəsən”, "Dədə Şəmşir yaddaşlarda", “Oğul gərək oğul olsun”) bilirik. Ata Qurbanovun həyat tərzini, iç dünyasını hamıdan yaxşı bilən oğul Qurbanov atası haqqda belə deyir:
“... onun qəlbi həmişə xalqı, eli-obası ilə birgə döyünüb. Heç zaman el-obadan ayrılmayıb, övladlarına da hər zaman bu mənəvi keyfiyyətləri aşılayıb. Atam dövlət işlərində çalışmaqla bərabər ailəmizdən gələn ənənəyə sadiq qalaraq bədii yaradıcılıqla da məşğul olurdu. Xalqımıza çoxlu əsərləri yadigar qaldı. Onun əsərləri xalqa bağlılığı ifadə edir”.
Məlumdur ki, elinə - obasına məhəbbəti özünə məhəbbətdən çox olan insanlar, həmişə xalqın yaddaşında uzun illər qalır. Qənbər Şəmşiroğlunun gördüyü işlər, xeyirxah əməllər, yazdığı əsərlər onu yaddan çıxmağa qoymaz.
Qənbər Şəmşiroğluömrünün sonlarında Qarabağımızın, doğma Kəlbəcərin azadlığını nə yaxşı ki, gördü. Müzəffər ordumuzun, Ali Baş Komandanımızın bəxş etdiyi Qələbənin şahidi oldu və haqq dünyasına qovuşdu. Bu dünyada yaşarkən o, axirət dünyasını qazanmışdır. Allah Qənbər Şəmşiroğluna qəni-qəni rəhmət eləsin. Ruhu şad olsun. Torpağı sanı övladlarına, nəvələrinə xoş günlər qismət eləsin.
Şahlar Əsgərov,
professor, Əməkdar elm xadimi
Dalidag.az

Kateqoriya: Kəlbəcər
Tarix: 06-02-2022 22:12
Baxış sayı: 2610
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23