Ağdaş rayonu Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Xalq şairi Fikrət Qocanın adı verilib. Dalidag.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Digər qərarla Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Azərbaycanın Xalq artisti Elza İbrahimovanın adı verilib. Dalidag.az

"Novruz və Ramazan bayramı münasibəti ilə Əfv fərmanının verilməsinə inanmıram”. Dalidag.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. Onun sözlərinə görə, hazırda Əfv Komissiyasının iclasları keçirilmir: "Əfvin verilməsi üçün komissiyanın iclasları keçirilməlidir. Bu səbəbdən də belə düşünürəm ki, qarşıdan gələn iki bayramda əfv olmayacaq”. Dalidag.az
Yazı axını