Daha bir həmyerlimiz, Kəlbəcər rayon sakini 1972-ci il təvəllüdlü Rəfayıl Təhməz oğlu Şirinov dünyasını dəyişib. Mərhum bu gün torpağa tapşırılıb. Qeyd edək ki, mərhumun 3-7 mərasimi yanvar ayının 24-də Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində keçiriləcək. Dalidag.az ailəsi olaraq tanınmış həkim-şair Zərraf Təhməzoğlu, həkim-şair Zöhrab Şirinov, müəllim-şair Elçin Şirinov və digərlərinə qardaşları Rəfayıl Şirinovun vaxtsız vəfatından kədərləndiyimizi bildirir, dərin hüznlə başsağlığı veririk.

Mingəçevirdə "Şəfa bağıarı" deyilən ərazidə məskunlaşan kəlbəcərli keçmiş məcburi köçkünlər yollarının bərbad vəziyyətdə olması ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etdiklərini bildirirlər. Ərazidə məskunlaşan sakinlər Prezident İlham Əlievə yazılı və videomüraciət ünvanlayıb. Dalidag.az həmin yazılı və videomüraciəti təqdim edir, cavabdeh təşkilatlar tərəfindən problemin tezliklə həll olunacağına ümid edir: "Hörmətli cənab Prezident! Mingəçevir şəhəri, “Ertenin arxası – Şəfa
Yazı axını