Ayrım Əhməd və ya şair Əhməd adı ilə tanınan Nəbiyev Əhməd Abbas oğlu 1905-ci ildə Kəlbəcər rayonunun (Cavanşir qəzasının) Seyidlər kəndində anadan olmuşdur. Nəvələrinin verdiyi məlumata görə Əhmədin Kəlbəcərin Güneypəyə kəndində yaşayan ana babasının və böyük qardaşı Ədilin dini təhsili olmuşdur. Əhməd iki il böyük qardaşı Ədildən oxumaq, yazmaq öyrənmişdir. 1920-ci illərin ortalarından etibarən Azərbaycanda kənd sovetləri (şuraları) yaradılır. Kəlbəcər rayonunun 9 para kəndini əhatə edən kənd

Taleh Mansur Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Taleh Mansur yaradıcılığından: İLAHİ XƏYAL Şeir qəlbi şah tutasan, şax qala, Söz başını düz önündə əyəsən. Qoşulasan ilahi bir xəyala, Aradabir gedib ərşə dəyəsən. Azıb yolu duman-çənə düşəsən, Qızılgülə, yasəmənə düşəsən, Dönüb şehə - göy çəmənə düşəsən, Leysan olub, çiçəkləri döyəsən. Şahlar dönür, qullar dönür Allaha, Qağayılar, qular dönür Allaha. Ay göz yaşım, sular dönür Allaha, Bəs nə üçün

Hümbət Quliyev Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Hümbət Quliyev yaradıcılığından: KOR XOŞBƏXTLİYİ O, əməliyyat elədiyi gözə son tikişlərini vururdu. Bu vaxt Əməliyyat şöbəsinin baş tibb bacısı ona yaxınlaşıb yavaşca dedi: - Mənə indi xəbər çatdırdılar ki, "şef” sizi əməliyyatdan sonra kabinetinə dəvət edir. Göz cərrahı Kamil Quliyev gözlərini əməliyyat mikroskopundan ayırıb, bütün personala uğurlu keçən əməliyyata görə təşəkkür elədi. Əllərini

Bu gün dəyərli həmyerlimiz, “Moderator” saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin ölümündən 2 il ötür. Dalidag.az xəbər verir ki, Zülfüqar Hüseynzadə 2023-ci ilin iyun ayının 18-də – 52 yaşında doğulub boya-başa çatdığı Kəlbəcər rayonunun Başlıbel kəndində dünyasını dəyişib. O, həmin gün Kəlbəcərə nənəsinin qalıqlarını axtarmaq üçün getmişdi və elə doğma kəndində – Başlıbeldə həyatla vidalaşdı. Zülfüqar Hüseynzadə 1971-ci ildə Kəlbəcərin Başlıbel kəndində anadan olub. Orta
Yazı axını