Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdam rayonunda mina partlayışı nəticəsində xəsarət alan əməkdaşı Zaur Mahmudov Gəncə şəhər Mərkəzi Klinikasından Bakıya təxliyə olunub. Dalidag.az -ın məlumatına görə, o, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib. Z.Məmmədovun vəziyyəti qənaətbəxş hesab edilir. Qeyd edək ki, dekabrın 26-da işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində piyada əleyhinə mina partlayıb. Nəticədə

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xocalı rayonundan olan, hər iki valideynini itirmiş məcburi köçkünlər və Şuşa rayonunun Malıbəyli kəndinin sakinləri ilə görüşüb. İşğaldan azad edilmiş ərazilərdə, Prezident İlham Əliyevin tapşırığı əsasında, genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, məcburi köçkünlərin geri dönüşünün başlandığı bildirilib. Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının Qarabağ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə 2024-cü ilin yanvar ayı üçün biletlər 28 dekabr saat 11:00-da satışa çıxarılacaq. Dalidag.az bu barədə nazirliyə istinadən xəbər verir. Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün

Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbin direktoru Həqiqət Məmişovanın təşkilatçılığı ilə Ümummilli Liderimiz Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və Müasir Azərbaycan" adlı tədbir keçirilmişdir. Dalidag.az xəbər verir ki, Bakı yerləşən Şuşa şəhər 7 saylı tam orta məktəbin akt zalında keçirilən tədbirdə Milli Məclisin deputatı Aqil Məmmədov, təhsil eksperti Şahlar Əsgərov, "Azərbaycan Vətən Müharibəsi Veteranları" İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, Şərqi Zəngəzur

Təbiətin süd qardaşı! Kəlbəcərinin sirdaşı! Sözümüzün şəhdi-şirəsi, naxışlanmış ilməsi, ana dilli kəlməsi-Məmməd Aslan ...Azərbaycan ədəbiyyatı tarixində barmaqla sayılan ana dilli şairlərimizdən olan Məmməd Aslanı bu gün elə-belə, təsadüfən xatırlamadım. Məmməd Aslan ürəklərdən, könüllərdən uzaq düşməyib, ay Azərbaycan poeziyasının vurğunları! Dilimizdə, sözümüzdə, gözümüzdə - özümüzdə yaşayır xalqımızın hər üç Məmmədindən (Məmməd Araz, Məmməd İsmayıl və Məmməd Aslan) biri olan Məmməd Aslan!

Rusiyanın müttəfiqinin Fransa və Hindistan silahlarını alması Moskvanın qonşu ölkələrdə təsirini itirdiyinin göstəricisidir. Dalidag.az xəbər verir ki, bu barədə “Biznes İnsayder”də (Business Insider) Ermənistanın Fransa və Hindistandan silah alması ilə bağlı yayılan məqalədə bildirilib. Qeyd edilib ki, son həftələrdə Ermənistan Fransadan hava hücumundan müdafiə sistemləri və radarlar, həmçinin Hindistandan pilotsuz təyyarələrə qarşı sistemlər sifariş edib: “Hərbi satınalmaları həm də ona görə

Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın rayonunun Zabux kəndinə yola salınan növbəti köç karvanı ünvana çatıb. Dalidag.az xəbər verir ki, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, Milli

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə həyata keçirilən tədbirlər plana uyğun olaraq davam etdirilir. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azad edilmiş ərazilərdə bu ilin yanvarın 1-dən dekabrın 21-dək mühəndis-istehkam bölmələri tərəfindən ümumilikdə 6 930 hektaradək ərazidən 234 ədəd piyada əleyhinə, 721 ədəd tank əleyhinə mina və 1405 ədəd partlamamış döyüş

Bu yaxınlarda Azərbaycan ərazisində Fransa səfirliyinin kəşfiyyat şəbəkəsi aşkarlanıb . Dalidag.az xəbər verir ki, bu rezidentura Fransanın “tərəfdaşları” kimi tanınan ölkələrin nümayəndələrinə qarşı çox inamlı və sakit şəkildə kəşfiyyat əməliyyatları aparıb. Üstəlik, rezidentura geniş əlaqələrdən istifadə edərək region ölkələrində fəal şəkildə fəaliyyət göstərib, yeni məqsədlər formalaşdırıb və təsir dairəsini genişləndirib. Məlumatlı mənbələrin xəbərinə görə, bu istiqamətdə araşdırma bir-biri

Sabah Azərbaycanda qış fəsli başlayır. Dalidag.az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Sabah cari ilin son fəsil dəyişməsi hadisəsi olacaq, Şimal yarımkürəsində, o cümlədən Azərbaycanda qış fəsli başlayacaq. Qış fəsli Şimal yarımkürəsinə 22 dekabr saat 07:27-də daxil olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir (Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur). Həmin gün ən qısa gündüz və ən uzun gecə olur.
Yazı axını