Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Dalidag.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Rəşadətli Azərbaycan Ordusunun əsgər və

“Azərişıq” ASC hazırda Kəlbəcərin Zar kəndi istiqamətində 35 kV-luq izolyasiyalı xətlərin çəkilişi üzrə işlərə başlayıb. Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, hazırda bu məqsədlə xətlərin daşınması üçün dayaqlar basdırılır, xətlər çəkilir. Paralel olaraq Mərcimək, Yellicə və Ağqaya kəndləri istiqamətində də yenidənqurma işləri aparılır. “İzolyasiyalı kabellərin açıq xətlərlə müqayisədə üstünlükləri çoxdur. Yüksək dağlıq ərazilərdə kəskin hava şəraitində açıq

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub. Dalidag.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Ukrayna ordusu müharibə başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 246 190 hərbçisini zərərsizləşdirib. Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin 4 211 tank, 8 188 zirehli maşın, 4 816 artilleriya sistemi, 699 reaktiv yaylım atəşi sistemi, 460 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 311

Uzun illərdən bəri düşmən əsarətində olan torpaqlarımız düşmən tapdağı altında qalıb inlədikcə hər bir Azərbaycan vətəndaşı kimi mənim də qəlbim sızıldayırdı. Sosial şəbəkələrdə erməni dığalarının doğma Kəlbəcərimizin füsunkar təbiəti qoynunda gəzintilər təşkil etməsi,erməni səyyahların Dəlidağın ən hündür zirvəsində lovğalana-lovğalana şəkillər çəkdirməsi məni olduqca məyus edirdi. Şanlı Azərbaycan Ordusunun 44 günlük Zəfər Savaşından sonra torpaqlarımızın azad olunması yerli əhalinin öz

Azərbaycan Ordusunun istifadəsində olan silah və texnikanın ən yeni texnologiyaların tətbiqi ilə modernizə edilməsi prosesi həyata keçirilir. Dalidag.az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, plana uyğun olaraq Türkiyəyə göndərilmiş Su-25 hücum təyyarəsində "Türk Aviasiya və Kosmik Sənaye Şirkəti" (TUSAŞ) tərəfindən modernləşdirmə işləri yekunlaşdıqdan sonra Azərbaycana gətirilib. "Laçın" layihəsi adı altında modernizasiya edilərək yenidən hərbi pilotlarımızın istifadəsinə

Füzuli rayonunda silah-sursat aşkar edilib. Dalidag.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazisində hərbi silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 10 avtomat, 4 qumbaraatan, 2 pulemyot və 1510 müxtəlif çaplı patron götürülərək aidiyyəti üzrə təhvil verilib. Dalidag.az

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun ərazisində mövcud Horadiz–Zəngilan avtomobil yolunun əsaslı təmirinə başlayıb. Dalidag.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Bildirilir ki, təmir-tikinti işləri M-6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistanla dövlət sərhədi avtomobil yolunun (km 173+600 - km 235+000) 61.4 km-lik Horadiz-Zəngilan hissəsində həyata keçirilir. III texniki dərəcəyə uyğun olaraq əsaslı şəkildə

Laçın yolunun Ermənistanla sıfır nöqtəsində sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasından sonra erməni hərbi-siyasi elitasının olan-qalan ümidləri də puça çıxdı. İndi Ermənistan yapışmaq üçün son ümid kimi saman çöpündən yapışmağı da özünə məqbul hesab edir. Elə bu səbəbdən də rəsm İrəvan bu dəfə Laçın sərhəd buraxılış məntəqəsində təxribat məqsədi ilə fərqli, lakin çox təhlükəli addımı sınaqdan keçirmək qərarına gəldilər. Düzdür, bu dəfə nə sərhədçimizə güllə atıldı, nə də separatçıların

Günlər güllə kimi keçir... Bunu uşaqkən böyüklərdən eşidərdik, sonralar bəzən qayğılar-qarğaşalar vaxtımıza dov gələndə özümüz də belə deyirdik. Bəlkə, bu, həyata keçirə bilmədiyimiz istəklərimizin qarşısinda bir məğlubiyyət etirafıdır?! Bəlkə də, həmin güllələr ürəklərimizi dəlib keçən sənin yoxluğun kimi acılardan açılmış dəliklərdir?!... Bəlkə də... Bugünkü başlıq acısı dillə ifadəsi çətin olan yarımçıq arzularımın qarşısında məğlubiyyət etirafıdır. Ən yarımçıq qalan sənin 40 gün əvvəl bu

XIX əsrin əvvəllərində Rusiyanın Osmanlı və Qacarlar üzərində qələbəsini rəsmiləşdirən müqavilələrdən sonra (1828 Türkmənçay, 1829 Ədirnə) Azərbaycanın qərb torpaqlarına Qacar və Osmanlı dövlətləri ərazisində yaşayan, müharibə zamanı ölkəsinə xəyanət edərək, Rusiyaya satqınlıq etmiş erməni xalqından 130 min nəfərə yaxını köçürüldü. Bu hadisədən sonra Cənubi Qafqazda erməni etnosunun sosial çəkisi artdı. Bu gün xalqımıza qarşı etnik təmizləmə, qətliamlar hələ də törədilir və beynəlxalq aləmdə
Yazı axını