Laçın yolunun Ermənistanla sıfır nöqtəsində sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasından sonra erməni hərbi-siyasi elitasının olan-qalan ümidləri də puça çıxdı. İndi Ermənistan yapışmaq üçün son ümid kimi saman çöpündən yapışmağı da özünə məqbul hesab edir. Elə bu səbəbdən də rəsm İrəvan bu dəfə Laçın sərhəd buraxılış məntəqəsində təxribat məqsədi ilə fərqli, lakin çox təhlükəli addımı sınaqdan keçirmək qərarına gəldilər.
Düzdür, bu dəfə nə sərhədçimizə güllə atıldı, nə də separatçıların "başçılığı" altında aldadılan Qarabağ erməniləri ilə birgə aksiya şousu təşkil edildi. Dövlət Sərhəd Xidməti hələ dünən məlumat yayaraq bildirdi ki, Ermənistan "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkarcasına növbəti təxribat əməli planlaşdırır. Deyildiyi kimi də oldu.
DSX Ermənistan tərəfini bu kimi təxribat məqsədi daşıyan və vəziyyətin gərginləşməsinə xidmət edən əməllərdən çəkinməyə çağırsa da heç bir xeyri olmadı. Nəticədə Ermənistan tərəfi iki gün əvvəl 400 ton "humanitar yardım"ın Qarabağa çatdırılması qərarını qəbul edərək, dünən yüklənmiş TIR-ları Laçın istiqamətində yola saldı.
Bu hadisə ətrafında cərəyan edən proseslər deməyə əsas yaratdı ki, TIR-lərin sərhəddimiz istiqamətində göndərilməsi təxribatı tək rəsmi İrəvanın başının məhsulu deyil, tək onun yastığının altından çıxan məsələyə bənzəmir. Belə ki, heç sözügedən yük maşınları sərhəddimizə gəlib çatmamış Avropa İttifaqının "mülki" missiyası artıq həmin istiqamətdə, Laçın postuna çox yaxın ərazidə hazır vəziyyətdə pusquda durub vəziyyəti izləməyə başlamışdı.
Situasiyalar eynidir: necə ki, Aİ Azərbaycanla razılaşdırmadan, birtərəfli qaydada sərhəddimiz boyunca "mülki" missiyasını yerləşdirmək qərarı aldı, eləcə də Ermənistan Azərbaycanla razılaşdırılmadan legitim ərazimiz olan Qarabağın dağlıq hissəsinə təxribat hesabına daxil olmağa cəhd etdi.
Lakin DSX bir gün qabaqcadan baş verə biləcək təxribatla bağlı rəsmi Bakının mövqeyini açıq ortaya qoymuş oldu - bunun adı təxribatdır! Çünkü Azərbaycan Qarabağdakı erməni əhalisinin təminatının Ağdam yolundan həyata keçirilməsi təklifi qüvvədə olduğu halda Ermənistan tərəfi hər vəchlə məhz Laçın yolu vasitəsi ilə nəyin bahasına olursa olsun bu addımı atacağı görüntüsü yaratmaqla rəsmi Bakının şərtlərini daha sərtləşdirməsinə rəvac yaradır. Çünkü Azərbaycanla yeni geosiyasi reallıqlar fonunda Ermənistan və havadarları ancaq xoş, xahişlə danışmaqla gələcəyə ümid edə bilərlər.
Aydındır ki, TIR-larının Laçın postundan keçə bilməyəcəklərini Ermənistan çox yaxşı bilir, buna baxmayaraq, yük maşınlarını Laçın postuna göndərməklə Qərbdə, dünya ictimaiyyətinin ağlında "Azərbaycan humanitar yardımların keçidinə imkan vermir" fikrini formalaşdırmağa cəhd edir. Elə bu səbəbdən də Ermənistanın nəqliyyat vasitələrini Laçın dövlət sərhədinin keçid məntəqəsində cəmləşdirilməsinin bir adı var: Növbəti siyasi şou, manipulyasiya və növbəti təxribat cəhdi!
Reklam
Ermənistanın "Laçın" arzuları - Azərbaycan Qərbə gözdağı verdi
27-07-2023 11:46
Çünkü bu hadisəyə kimi Azərbaycan dəfələrlə bəyan edib ki, Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər. Yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən imtina etmələri tamamilə absurd qərardır, başa düşülən deyil.
Xarici səfirlikləri, o cümlədən də Avropa İttifaqının nümayəndələrini yığıb sərhədə gətirməklə isə Ermənistan tərəfi sözün əsl mənasında şou yaratmaq, guya Azərbaycanın Qarabağın erməni əhalisini blokadada saxladığını, əsassız şəkildə görüntü yaradaraq guya ermənilərin humanitar böhran yaşadığı görüntüsü yaratmağa çalışırlar. BU tamaşada xüsusi ilə Qərb ölkələrinin səfirlik nümayəndələrinin iştirakı riyakarlıqdan, ikitirəlikdən başqa bir şey deyil.
Amma Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası qaçılmazdır. Bundan başqa heç bir ssenari meydandakı reallıqlarla uzlaşmır. Bunu hər kəs başa düşür. Proses ancaq bu istiqamətdə davam edə bilər. "Humanitar fəlakət" kimi iddialar isə bu prosesi sadəcə müəyyən müddətlik ləngidə bilər, meydanda yeni reallıqlar yarada bilməz. Bu, sadəcə epizodik proses kimi də yadda qalacaq. Laçın yolundakı mövcud rejimi dəyişdirmək üçün Ermənistanın havadarlarının dəstəyi və yardımı ilə bu cür planların işləməsinə Azərbaycan şərait yaratmayacaq.
Yaxşı olar ki, Ermənistan hərbi-siyasi rəhbərliyi bir məsələni heç vaxt unutmasınlar: Qarabağın Azərbaycan ərazisi olduğu əgər 44 günlük müharibəyə kimi beynəlxalq müstəvidə kağız üzərində əksini tapırdısa, Vətən müharibəsindən sonra bbir çox güc və beyin mərkəzləri Azərbaycanın yaratdığı yeni geosiyasi reallığı qəbul etmək məcburiyyətini özlərində hiss etdilər.
Buna misal olaraq elə Laçın postu ətrafında ermənilərin TIR şousundan bir gün qabaq Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN başçıları arasında keçirilən növbəti görüşə nəzər salmağımız faydalı olar. Bu görüşə kimi Bakıya diş qıcayan, Azərbaycanla diplomatik münasibətləri yenidən gərginləşdirməyə gözə alan Moskva valı yenə dəyişdi. Demək olar ki, bu Moskva görüşündə Bakının gündəliyinin qəbul olundu. Lavrovun bəyanatında bunu daha aydın sezmək oldu.
Moskvada proseslər Bakının əleyhinə cərəyan etsəydi də masada ciddi bir dəyişiklik baş verən deyildi. Çünkü artıq Azərbaycanın Rusiyanın 3 ildir vasitəçi kimi təzyiq edə bilmədiyi Ermənistana indən belə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün təzyiq göstərməsinə elə də ciddi ehtiyacı yoxdur. Bakı üçün Rusiyanın Qarabağla bağlı mövqeyi bəllidir. Dəyişən Bakının mövqeyinin güclənməsi və mövcud reallıqda rusların Qarabağla bağlı düşündüklərini ya yüksək səslə deyə bilməmələri, yaxud da ümumiyyətlə konteksdən çıxarmağa məcbur qalmalarıdır.
Qarabağda və sərhəddəki təxribatlara görə amma Bakı Rusiyanın üzərinə fokslanmaq niyyətində də deyil. Ona görə ki, mümkün təxribat əməllərinə görə bütün məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür. İstənilən təxribata görə Azərbaycana cavab verəcək ölkə Ermənistan olacaq. Ona görə də rəsmi İrəvan addımlarını daha diqqətlə seçsə, nə gözsüz qalar, nə də sözsüz.

Təhməz Əsədov
Kateqoriya: Qarabağ
Tarix: 27-07-2023 11:46
Baxış sayı: 3152
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23