Reklam


Dünən Kəlbəcər rayonunda ermənilərin basdırdığı minaya düşərək həlak olan hərbçi Zöhrab Hümbətov dəfn olunub. Dalidag.az -ın xəbərinə görə, şəhid Zöhrab Hümbətov anadan olduğu Tovuz rayonunda, Aşağı Quşçu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ötən gün Kəlbəcərin Çıraq kəndində 8 nəfərin minaya düşməsi barədə xəbər vermişdik. Hadisə nəticəsində 1 hərbi qulluqçu, Hümbətov Zöhrab Məhəmməd oğlu şəhid olub. Digər 7 nəfər isə yaralanıb. Dalidag.az apa-ya istinadən həmin görüntülərini təqdim edir:

Kəlbəcər rayonunda şirkətə məxsus yük avtomobili qaçırılıb. Dalidag.az xəbər verir ki, rayon ərazisində inşaat şirkətinə məxsus “HOWO” markalı yük avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub. Kəlbəcər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən orada sürücü işləyən - Goranboy rayon sakini Elçin İsmayılov saxlanılıb. Avtomobil şirkətə təhvil verilib. Araşdırma aparılır.
Aqil Məmmədov: “Kəlbəcərdəki mina partlayışları Ermənistanın terrorçu siyasətini göstərir”
(15-12-2022, 11:35)
(15-12-2022, 11:35)

“Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində ermənilərin basdırdığı minaların partlaması nəticəsində həyatını itirən və yaralan Azərbaycan vətəndaşları, hərbçilərimiz var. Münaqişənin dayandırılması ilə bağlı məlum üçtərəfli bəyanatdan iki ildən artıq vaxt keçməsinə baxmayaraq Ermənistanın mina terroru davam edir". Dalidag.az bildirir ki, Milli Məclisinin Kəlbəcər rayonundan olan deputatı Aqil Məmmədov Turkustan.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində

Dünən Kəlbəcərdə 8 nəfərin minaya düşməsi və nəticədə yaralananların və ölənin olma xəbəri məni kədərləndirdi. Dalidag.az xəbər verir ki, bunu Böyük Britaniyanın ölkəmizdəki səfiri Ferqus Auld Tvitterdə yazıb."Həyatını itirmiş şəxsin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananlara tezliklə şəfa diləyirəm", - o bildirib.
Yazı axını
09 / 09 / 2025
09 / 09 / 2025
08 / 09 / 2025
07 / 09 / 2025
07 / 09 / 2025
07 / 09 / 2025
06 / 09 / 2025
06 / 09 / 2025
05 / 09 / 2025
04 / 09 / 2025
03 / 09 / 2025
02 / 09 / 2025
01 / 09 / 2025
31 / 08 / 2025
30 / 08 / 2025
29 / 08 / 2025
29 / 08 / 2025
28 / 08 / 2025
28 / 08 / 2025
25 / 08 / 2025
25 / 08 / 2025
22 / 08 / 2025
Ən çox oxunanlar
02-09-2025 10:24
