Bu gün Tərtər rayonunun Sarov kəndində və Şıxarx qəsəbəsində kəlbəcərli Vətən Müharibəsi şəhidləri anılıb. Dalidag.az -ın xəbərinə görə tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri və qazilər iştirak ediblər. Əvvəlcə Tərtər rayon Sarov kəndində vətən müharibəsi şəhidi Hüseynov Elgiz İbrahim oğlunun məzarı ziyarət olunub, məzarı üstünə tər gül dəstələri qoyularaq ruhuna dualar

108 yaşlı kəlbəcərli Xeyransa Baxşəliyeva prezident İlham Əliyevə müraciət edib. Dalidag.az bildirir ki, yaşlı qadının müraciəti hal-hazırda həbsdə olan sabiq səfir Eldar Həsənovla bağlıdır. X.Baxşəliyeva müraciətində E.Həsənovin fəailiyyətini, Vətənə, dövlətə, dövlətçiliyə, millətə bağlılığını önə çəkərək, ölkə rəhbərindən onun azadlığa buraxılmasını xahiş edib. Xatırladaq ki, bundan əvvəl Milli Qəhraman ailələri, kəlbəcərli ziyalılar və gənclər tərəfindən E.Həsənovun azadlığının təmin

Rusiyada bizə Florida torpağını Yer üzündən silən raketlərin olmasıyla bağlı cizgi filmlər göstərən generallar var. Dalidag.az xəbər verir ki, bu sözlər rusiyalı jurnalist Yuliya Latıninanın “Novoya qazeta”da dərc olunan məqaləsində yer alıb. “Suriyada və Liviyada “ixtamnet”ləri (onlar orada yoxdur) məhv edən türk PUA-ları var. Biz instinktlə hərəkət edərək yarı çürümüş siyasi meyit marşal Xəlifə Haftarı dəstəklədik, hansı ki, onun hərbi peşəkarlıq səviyyəsi 1987-ci ildə Liviya inqilab zamanı

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov hazırda Bakıdadır. Dalidag.az bildirir ki, bu barədə modern.az-a eks-nazirin dostu olan sabiq məmurlar bildirib. Qeyd edilib ki, Elmar Məmmədyarov hazırda rəsmi olaraq fəaliyyətini Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) İcraiyyə Komitəsinin üzvü kimi davam etdirir. Eks-nazir AFFA İcraiyyə Komitəsində Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi adından təmsil olunur. Məmmədyarov AFFA-nın ötən il keçirilən sonuncu Hesabat Seçki

Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümüdür. 1914-1918-ci illərdə Osmanlı İmperiyasının Birinci Dünya müharibəsində məğlub olmasından sonra qalib dövlətlər - İngiltərə, Fransa, İtaliya və Yunanıstan Türkiyənin böyük hissəsini işğal edirlər. Osmanlı ordusunun zabiti Mustafa Kamal bu işğalı qəbul etməyərək, 1919-cu il mayın 19-da Samsun şəhərində Milli Azadlıq Hərəkatına start verir. 1920-ci il mayın 11-də İstanbuldakı Osmanlı hökuməti ilə qalib dövlətlər arasında Türkiyə
Yazı axını