Xalq artisti Emin Ağalarov Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında ilk dəfə olaraq konsert verəcək. Dalidag.az xəbər verir ki, bu barədə ifaçının özü məlumat yayıb. Müğənninin sözlərinə görə, onun çıxışı Kəlbəcərdə yerləşən hərbi hissədə baş tutacaq. “Konsert əsgərlərimizin əhval-ruhiyyəsini dəstəkləmək üçün keçirilir. Biz bunu çoxdan etmək istəyirdik, sadəcə əvvəllər ora getmək təhlükəli idi və bizə icazə vermirdilər”, - Emin deyib Dalidag.az

Avqustun 25-i Azərbaycan tarixi üçün də xüsusi önəm kəsb edən hadisələrdən biri – Razılıq Əməliyyatının (Operation Countenance) keçirilməsinin 81-ci ildönümü idi. Məhz 1941-ci ilin bu günü Sovet Ordusu Böyük Britaniya qüvvələri ilə birlikdə İrana hərbi müdaxilə edirlər və ölkənin bir hissəsini nəzarət altına alırlar. Əməliyyat İran şahının Hitler Almaniyasına simpatiyası, ölkə ərazisində Almaniyanın təsir dairəsinin genişlənməsi, İranın Hitler koalisiyasının tərəfində SSRİ və Böyük Britaniyaya

Türkiyə Cümhuriyyətinin mübarək milli günlərindən biri - 30 Avqust Zəfər bayramı. Bu bayram Türkiyə tarixinə Birinci Dünya Müharibəsindən məğlub çıxan Osmanlı dövlətinin işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır. O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr iflasa uğramış xanədanlığın xarabalıqları altından bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə və qurbanlar verdilər.

Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlu həlak olub. Dalidag.az bildirir ki, məlumatı Müdafiə Nazirliyi təsdiq edib. Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

“Vətəndaşlığa bərpa və ya vətəndaşlığa xitam verilmə barədə Azərbaycan ərazisində yaşayan şəxslər Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan şəxslər isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə müraciət etməlidir”. Dalidag.az xəbər verir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında hüquqşünas Əsabəli Mustafayev bildirib. Onun sözlərinə görə, vətəndaşlıqdan imtina etmık istəyən şəxslər öncə vəsatətlə dövlət

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, qadın güləşi idman növü üzrə “U-20 dünya çempionatı”nın bürünc medalçısı Şirinova Gültəkin Kamandar qızı və onun şəxsi məşqiçisi ilə görüşüb. Dalidag.az xəbər verir ki, Kəlbəcər rayon Yanşaq kənd sakini olan Şirinova Gültəkin Kamandar qızı yarış haqqında Rayon İcra Hakmiyyətinin başçısına məlumat verib, təssüratlarını bölüşüb.Eyni zamanda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev idmançını və onun məşqiçisini bir daha təbrik

“Dünyadakı bəzi insan hüquqları təşkilatları bugünlərdə yenidən Azərbaycanı hədəf seçiblər. Yenə də əsassız “faktlıar”, ittihamlar... Azərbaycan artıq bu cür ikili standartlara öyrənclidir. Çünki, Azərbaycanı hədəf alan dairələr erməni diasporunun təsiri altında bəyanatlar verirlər. Bu bəyanatların isə heç bir siyasi, hüquqi, mənəvi təsiri olmur”. Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, son 30 ildə olduğu kimi bu gün də bir sıra beynəlxalq təşkilatlar ermənilərə, Ermənistana

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev növbəti vətəndaş qəbulu keçirib. Dalidag.az -ın xəbərinə görə, fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlər, təkliflər aidiyyatı üzrə qeydiyyata alınlb, İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olan problemlər yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib. Keçirilən bütün qəbullarda Azərbaycan Respublikasının

“Rusiya lideri Vladimir Putini hakimiyyətdən uzaqlaşdırmaq üçün Xerson işğalçılardan azad edilməli və Krım körpüsü dağıdılmalıdır”. Dalidag.az xəbər verir ki, bunu ABŞ-da yaşayan rusiyalı jurnalist Andrey Piontkovski deyib. “Sizi inandırıram ki, bu iki hadisədən sonra Putin hakimiyyətdən uzaqlaşdırılacaq. Hakimiyyətə onunla birlikdə bunkerdə olan adamlar gələcək. Amma onlar reallıqla hesablaşmaq məcburiyyətində qalacaqlar. Qərbin təklifi ilə ciddi şəkildə razılaşacaqlar ki, bu halda da

Laçında 2 hərbçimiz minaya düşüb. Bu barədə Qubadlı Hərbi Prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, 2 hərbçimizin Laçında minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır. Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də işğaldan azad olunmuş Laçın rayonunun ərazisində minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
 
27-10-2025 11:23