Ermənistanın girov götürdüyü azərbaycanlı Dilqəm Əsgərovun saxlanıldığı yer məlum olub. Dalidag.az xəbər verir ki, bu barədə trend-ə D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. O bildirib ki, ermənilər Dilqəm Əsgərovu əvvəlcə Ermənistanın Gorus rayonuna, oradan isə Şıraka aparıblar: "Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlarının dünən mənə verdiyi məlumata görə, ermənilər atam Dilqəm Əsgərovu Şuşa Qalasından oğurlayaraq, öncə Gorusa aparıblar. Bir müddət orda qaldıqdan sonra, noyabrın 13-də Şıraka

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Avropa Komissiyasının Mülki Müdafiə və Humanitar Yardım Əməliyyatları üzrə Direktoratlığının eksperti Nikolas Qovart ilə onlayn görüş keçirib. Görüşdə Ermənistanın işğalçılıq siyasətinin nəticələri və ölkəmizin humanitar ehtiyacları müzakirə olunub. F.Hüseynov Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusunun sentyabrın 27-dən noyabrın 10-dək apardığı əks-həmlə əməliyyatı

Xəbər verdiyimiz kimi dünən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “Rossiya-24” telekanalına müsahibəsində Qarabağ məsələsinə toxunub. Söhbət zamanı Rusiya rəhbəri:“Beynəlxalq hüquqa görə, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir" fikrini dilə gətirib. Dalidag.az xəbər verir ki, ictimai-siyasi xadim, professor Şahlar Əsgərov Rusiya prezidentinin fikrini belə dəyərləndirib: "200 il öncə “Qarabağ düyününü” vuran ölkənin bugünkü başçısi Vladimir Putin:"Qarabağ həmişə Azərbaycanın

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev cüdo idman növü üzrə Azərbaycan paraolimpiyaçısı , "Şöhrət" ordeninə, "Əməkdar idman ustası" adına, "Tərəqqi" medalına , "Qızıl çinar" beynəlxalq mükafatına layiq görülmüş və 2016-cı ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilmiş ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu, yeddiqat Avropa çempionu və 2015-ci il Avropa Oyunları çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, 7-ci Dan Qara kəmər

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb. Dalidag.az "koronavirus.info"ya istinadən xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır. Binəqədidə koronavirusa yoluxma 14.7 faiz, Xətaidə 12.7 faiz, Yasamalda 11.6 faiz, Sabunçuda 11.3 faiz, Suraxanıda 8.4 faiz, Nəsimidə 8.3 faiz, Nərimanovda 8.0 faiz, Nizamidə 7.3 faiz, Qaradağda 6.3 faiz, Xəzərdə 6.3 faiz, Səbaildə 4.8 faiz, Pirallahıda 0.3 faiz təşkil edib. Dalidag.az

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun vətən torpaqlarını işğaldan azad etməsi, otuz ilə yaxındır didərginlik həyatı yaşayan məcburi köçkünlərin doğma yurda qaytarılmasına imkan yaradıb. Bununla əlaqədar Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun məcburi köçkünlərin öz torpaqlarına könüllülük əsasında qaytarılacağı barədə söylədiyi fikir yanlış

“Azərbaycanda məcburi köçkün və qaçqınlarla bağlı iki qanun mövcuddur. Onlardan biri “Məcburi köçkün və qaçqınların statusu haqqında” digəri isə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” qanunlardır”. Dalidag .az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib. Onun sözlərinə görə, həmin qanunlara uyğun olaraq məcburi köçkünlər öz doğma torpaqlarına

"Öz torpaqlarını 30 ildən sonra işğaldan azad edən azərbaycanlı qardaşlarımızın zəfərini qeyd edir, sevincini bölüşürük. Noyabrın 10-u gecə yarısından etibarən başlayan atəşkəs razılaşması ilə Ermənistanın işğalına son qoyulub, Azərbaycanın öz ərazisi olan Qarabağ azadlığa qovuşub". Dalidag.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında bildirilib. “Noyabrın 11-də bölgədəki atəşkəsə nəzarət və təftiş üçün yaradılmasına qərar verilən Türkiyə-Rusiya Monitorinq Mərkəzi

“Məcburi köçkün soydaşlarımızın mütləq əksəriyyəti öz doğma torpaqlarına qayıtmaq əzmindədir. Təbii ki, məcburi köçkünlərin öz torpaqlarına qayıtması məsələsi könüllülük əsasında aparılacaq”. Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib. “Biz əminik ki, cənab Prezidentimizin də qeyd etdiyi kimi, məcburi köçkün soydaşlarımız üçün işğaldan azad olunmuş doğma torpaqlarımızda cənnət məkanı yaradılacaq. Ora qayıtmaq isə hər bir keçmiş

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüş meydanında həlak olan hərbi qulluqçuların bir neçəsinin cəsədinin toplanılması həyata keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bu humanitar aksiya çərçivəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib. Həmçinin, aksiya çərçivəsində
Yazı axını