"Məzunlar ona görə Kəlbəcərə təyinat yerinə gedə bilmirdilər ki, Kəlbəcərin öz məzunları tələbatı ödəyirdi. Kənar rayonlardan olan məzunlara eytiyac qalmırdı..." Dalidag.az ADPU-nun dosenti, fəlsəfə doktoru Mirvari Verdiyevanın redaksiyamızın elektron poçtuna göndərdiyi, deputat Fazil Mustafaya ünvanlanan etiraz məktubunu təqdim edir: "28.01.2021. Moderator.az saytında “Buna görə erməninin Cermuk suyu azərbaycanlının İstisuyunu həmişə üstələyirdi" yazısında Millət vəkili Fazil Mustafa

Kəlbəcərin Azərbaycana qaytarılması Ermənistana çox böyük zərbə vurub. Ermənistanın turizm mütəxəssisləri açıqlamalar verir ki, ölkəyə gələn turistlərin sayı kəskin azalacaq. Xüsusilə dağ turizmi sıradan çıxıb. Turistlərin diqqətini çəkən yerlərin əksəri Kəlbəcər ərazisinə düşür. Deməli, Ermənistanın daha dağ turizmindən danışmasının mənası yoxdur. Dalidag.az xəbər verir ki, ətraf mühit naziri Romanos Petrosyan mətbuata açıqlamasında başqa problemi də qabardıb. O, Göyçə

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələrin icrasını təmin etmək, idarəetmənin səmərəliliyini artırmaq məqsədilə struktur dəyişikliyi aparılıb. Komitədən Dalidag.az -a verilən məlumata görə, “Hüquq” və “İnsan resursları” sektorları ləğv edilərək, onların bazasında “Hüquq və kadrlar” şöbəsi yaradılıb. “Miqrasiya, məşğulluq və status” şöbəsi “Regional idarəetmə və status” şöbəsi ilə əvəzlənib, həmçinin

Şairlər yurdu kimi tanınan Kəlbəcərdə insanların mayası sözdən tutulub sanki. Tanrı vergisidi, ya o möcüzə yurdun torpağından, havasından, suyundan, əsrarəngiz təbiətindən, təkrarsız gözəlliklərindən vəcdə gələn ruhların bətninə dolan duyğuların dünyaya doğuluş şəklidimi, bilmirəm ancaq bu bir faktdır. Kəlbəcərdə sözün dillənməsi, cana gəlməsi bir başqadı. Bəlkə, o səbəbdəndir ki, orda sözə tapınanlar, şair kimi, jurnalist kimi yetişənlər çoxdu. Əlbəttə, o torpağın yetirdiyi tanınmış elm

Ermənistan cəmiyyətini əsirlərin qaytarılması məsələsi xüsusi narahat edir. Moskva görüşündə də baş nazir Nikol Paşinyandan gözləntilər əsasən bu istiqamətdə idi. Hökumət başçısı Rusiya paytaxtından bu mənada yaxşı xəbərlə gəlməyəndə onu böyük tənqid atəşinə tutmuşdular. Əsirlərin qaytarılması Ermənistan üçün hələ də yaralı yer kimi qalır. Dalidag.az xəbər verir ki, amerikaşünas Suren Sarqsyan sosial şəbəkə səhifəsində bununla bağlı təkliflər paketini yazıb. O, noyabrın 8-dən hökumətə

MM-in Mədəniyyət komitəsinin sədri Q.Paşayeva qəhrəman şəhidimiz Zaur Cəfərovun ailəsi ilə görüşüb. Dalidag.az -ın məlumatına görə, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid polkovnik-leytenant Zaur Cəfərovun xanımı Gülbəniz Ələsgər qızı Cəfərova və şəhidin qardaşı Niyaməddin Hüseyn oğlu Cəfərovla Milli Məclisdə görüşüb, onları tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb: “Sizi, Sizin timsalınızda bütün şəhid ailələrini torpaqlarımızın düşmən

Ermənistanın Vardenis-Ağdərə yolundan istifadə etmək üçün Azərbaycanla danışıqlar aparacağı gözlənilən idi. Çünki Vardenis-Ağdərə yolunun Azərbaycanın nəzarətinə keçməsi Ermənistana gedib-gələn ermənilərin 50 km-lik yolunu 500 km-ə qədər uzadıb. Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Ermənistan hökumətinin Vardenis-Ağdərə yolundan istifadə etmək üçün Moskvanın vasitəçiliyi ilə Azərbaycanla danışıqlar aparması haqda yayılan xəbərləri şərh

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi (AVMVİB) Kəlbəcər rayon şöbəsinin üzvü, I Qarabağ müharibəsinin qazısı İlqar İsgəndər oğlu Quliyevlə Milli Məclisdə görüşüb. Dalidag.az -ın məlumatına görə, millət vəkili qazini tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb: “Əziz qazimiz, siz I Qarabağ müharibəsinin iştirakçısı olmusuz, 27 sentyabrda Vətən Müharibəsi başlayınca, AVMVİB fəallarından biri

Ermənistan hökuməti Vardenis-Ağdərə yolundan istifadə etmək üçün Azərbaycanla danışıqlar aparır. Dalidag.az xəbər verir ki, danışıqlar Moskvanın vasitəçiliyi ilə həyata keçirilir. Yolun böyük hissəsinin Azərbaycanın nəzarətinə qayıtmasından sonra rəsmi İrəvan yoldan müəyyən qrafik üzrə istifadə etmək icazəsi istəyib. Bundan əvvəl, keçmiş Ağdərə rayonunun Drambon kəndinin sakinləri rusiyalı sülhməramlılardan Ermənistana gedib-gəlmək üçün həmin yoldan istifadə etmək istədiklərini

Türkiyə şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə tekstil fabriklərinin qurulması üçün ilkin mərhələdə 50 milyon dollar investisiya qoyması bu bölgədə yeni iş imkanlarının yaranmasına şərait yaradacaq. Dalidag.az xəbər verir ki, bunu trend-ə açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev deyib. Onun sözlərinə görə, orada qurulacaq fabriklərdə Türkiyənin təcrübəsindən istifadə olunacaq ki, bu da öz növbəsində yerli bazarımızın inkişafına gətirib çıxaracaq:
Yazı axını