Reklam


Oktybarın 26-da saat 08.05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! Dalidag.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Tvitter səhifəsində yazıb.

Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər. Dalid ag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib. Ələ keçirilən hərbi qənimətlərin görüntülərini təqdim edirik. Dalid ag.az

Müdafiə Nazirliyi Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntüsünü yayıb. Dalidag.az həmin görüntüləri təqdim edir:

Ermənistanın Müdafiə Nazirliyinin sözçüsü Arsrun Ovannisyanı tanıyırsınız, nəfəsi yalanla gedib-gələn adamdır. İşi belə tələb edir, bildiyi bütün həqiqətləri olduğu kimi desə, ölkəsində xaos yaranar. Müharibə zamanı bəzi həqiqətləri gizlətmək, hər şeyi deməmək, öz xalqının ruhdan düşməməsi, düşmənin eyforiyaya qapılmaması (eləcə döyüş ruhunun çökməsi) üçün xırda-para yalanlar yaymaq informasiya müharibəsində məqbul sayılır. Ancaq bu Ovannsyan bütün çərçivələri aşır. Özü də o, bunu elə bir

Azərbaycan Ordusunun bölmələrinin Ermənistan silahlı qüvvələrinin Ağdərə və Xocavənd istiqamətlərində yerləşən bölmələrinin atəşə tutması nəticəsində düşmənin canlı qüvvə baxımından çoxlu sayda ölən və yaralananı var. Onun döyüş sursatının tükəndiyi, artilleriya qurğularının isə sıradan çıxarıldığı məlum olub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qubadlı istiqamətinə gətirilən Ermənistan silahlı qüvvələri 543-cü alayının 1-ci taborunun bölmələri şəxsi heyət və

Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Düşmən qoşunlarımızı atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də

Azərbaycanın məğrur və rəşadətli əsgərlərinin cəbhədə göstərdiyi qəhrəmanlıqlar və torpaqlarımızı azad etməsi xalqımızın qürur yeridir. Bu gün xüsusi qəhrəmanlıqları isə seçilən əsgərlərimizi Azərbaycan Müdafiə Nazirliyi də xalqımıza tanıdır və onların qəhrəmanlıq nümunəsini nümayiş etdirir. Dalidag.az xəbər verir ki, hazırda Vətən müharibəsində iştirak edən hər bir əsgərimiz qəhrəmandır. Onların arasında məşhurların övladları, böyük nəslin davamçıları da az deyil. Belə gənc qəhrəmanlarımızdan

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Artileriya bölmələrindəki döyüş əzmini, ruh yüksəkliyini əks etdirən videogörüntü yayıb. Dalidag.az Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadla təqdim etdiyi növbəti videoda Azərbaycan Ordusunun artilleriya bölmələrindən birinin zabiti düşmənin artilleriya bölmələrini, döyüş texnikalarını və canlı qüvvəsinin məhv edildiyini, şəxsi heyətin qələbə əzminin yüksək olduğunu diqqətə çatdırıb. Hərbçilərimiz Müzəffər Ali Baş Komandanımızın dediyi kimi,

Oktyabrın 23-ü gün ərzində və 24-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun cəbhənin müəyyən edilmiş istiqamətlərində döyüş fəaliyyətlərini davam etdirib. Cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil
Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
