18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. Dalidag.az xəbər verir ki, bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 136-cı

Azərbaycanın tanınmış fırça ustası Tofiq Fərəcov vəfat edib. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, rəssam 69 yaşında dünyasını dəyişib. T. Fərəcov 1952-ci ildə Masallı rayonunun Yeyənkənd kəndində ziyalı ailəsində dünyaya göz açıb. Gənclik illərində respublikanın qabaqcıl təhsil müəssisələrində rəssamlıq sənətinin sirlərinə yiyələnib. Əmək fəaliyyətinə ötən yüzilliyin 70-ci illərində mədəniyyət sferasında başlayan rəssam, bir sıra mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışıb. T.

Bu gün Şuşada Vaqif Poeziya Günlərinin açılışı olacaq. Dalidag.az xəbər verir ki, Heydər Əliyev Fondunun təşklatçılığı ilə keçirilən Vaqif Poeziya günləri Şuşa işğaldan azad edildikdən sonra dogma şəhərində ilk dəfədir təşkil olunur. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə keçiriləcək tədbir iki gün davam edəcək. Poeziya günləri çərçivəsində çıxışlar, ədəbi simpozium, sərgilərin açılışı olacaq. Dalidag.az

Türkiyənin “TRT World” kanalı Başlıbel faciəsi haqqında qısametrajlı sənədli film çəkib. İngilis dilində yayımlanacaq film yaxın iki ay ərzində tamaşaçılara təqdim olunacaq. Dalidag.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist, Başlıbel faciəsindən bəhs edən "Qanlı kaha" kitabıbının müəllifi Elxan Salahov bildirib. O, qeyd edib ki, film Kəlbəcərin işğalı zamanı erməni quldurlarının Başlıbel kəndində köməksiz vəziyyətdə qalan 62 kənd sakininin 4 aya yaxın davam edən mügasirə həyatından

Şuşada Molla Pənah Vaqifin məqbərəsi bərpa edilir. Dalidag.az xəbər verir ki, layihə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Layihənin icrası zamanı məqbərənin əvvəlki vəziyyətinin bərpasına xüsusi diqqət yetirilir. Qeyd edək ki, 1992-ci ildə ermənilər Şuşanı işğal edərkən bu abidəni də vəhşicəsinə dağıdıblar. Daha ətraflı Baku TV-nin sujetində:

Təbiətin rəngi hopan kətan və... Yaxud Nəsibənin duyğularının “cililov görməyən köhləni”ni yoran yollar Adətən, poetik duyğular cilalı olanda, nəzmə çəkiləndə sevilir. Şairlərin könül dünyasının rənglərini rəsamlar kətana köçürməkdə çətinlik çəkirlərmi görəsən? Axı, onlar şair deyillər. Bəlkə də heç bir misranın belə müəllifi olmayıblar. Amma, onların da şairlər kimi, öz dünyaları var, rəngarəng, təzadlı, qol-boyun fikirlərlə dolu... Sənət, peşə yollarında inamla irəliləyənlər xalqın sevimli

Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalı başlayır. Dalidag.az -ın xəbərinə görə Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə keçiriləcək festival mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutacaq. Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim ediləcək. Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri,

Bu barədə Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rzazadə məlumat yayıb. Xatırladaq ki, Musa Yaqub uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkirdi Qeyd edək ki, Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967) işləyib. ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb (1967-1973). Həmin illərdə Buynuz

"Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhurlaşan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir. Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Türkiyə teatr və kinosunun ən məşhur simalarından biri olub. Muəmmər Qaraca – türkiyəli teatr və kino aktyoru. Türk teatrının unudulmaz tamaşalarından biri olan "Cibali Polis Bölməsi”nin müəllifi və "Muəmmər Qaraca” Teatrının qurucusudur. Muəmmər Qaraca

AMEA Folklor İnstitutunun nəzdində xalq musiqi irsi və dastançılıq ənənələri üzrə UNESCO “Aşıq Şəmşir kafedrası” yaradılıb. Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Aşıq Şəmşir” kafedrasının fəaliyyət perspektivləri ilə bağlı “onlayn” formatda tərtib edilən “Dəyirmi Masa”da çıxış edib. Dalidag.az -ın məlumatına görə, komitə sədri deyib ki, kafedranın quruluş məqsədləri və fəaliyyət planı Aşıq Şəmşir irsi, xalq musiqi irsi və dastançılıq ənənələri ilə yanaşı Kəlbəcər, Qarabağ torpağında
Yazı axını