Reklam

“Qanlı Kaha”dan “Tanrı Yoxuşu”na gedən yol... -Kamil Təbib yazır...
13-05-2022 11:48

Başlıbel camaatı öz evindən qonaq ehtiyatını heç zaman qurtarmağa qoymaz, kəndə kənardan gələn qonaqları böyük hörmət və izzətlə qəbul edərdi. Hansı evə getsən, səni gülər üzlə qarşılayardılar. Hələ sovet dövründə özünün ziyalıları ilə bütün Kəlbəcərdə məşhur idi Başlıbel kəndi. Təəssüflər olsun ki, 1993-cü ildə Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olunanda əhalisi mühasirə şəraitində qalan kəndlərdən biri də Başlıbel kəndi oldu. Bunun bir səbəbi də oranın sakinlərində vətənpərvərlik hissinin, vətənə bağlılığın olması idi. Onlar doğma torpaqlarını qoyub getməyi heç ağıllarına da gətirmirdilər. Mühasirə şəraitində qalan Başlıbel sakinlərinin başına ermənilər tərəfindən gətirilən müsibətlərin, dinc, əliyalın əhalini gülləbaran edərək qətlə yetirməsinin, bir hissəsinin əsir tutularaq işgəncələrə məruz qalmasının sorağını məcburi köçkünlükdən sonra dəfələrlə eşitmişdim. Bir neçə dəfə dövrü mətbuatda da bu qətliam hadisəsi barədə yazılara rast gəlmişdim. Filologiya üzrə fəlsəfə doktoru, professor Əli Başlıbellinin, Musa Əzizin, Zimistan Həsənovun, Oqtay Salahlının, Xalid Vahidoğlunun, Etibar Seyidağanın bu mövzuda yazdığı əsər və məqalələrlə, Bikəs Ələkbərin, Sönməz Ələkbərin, Qara Məhəmmədin, Məhərrəm Küskünün, Bağdat Dağlarqızının, Vəli Çiçəkdağlının, Mahir Hacıoğlunun şeirləri ilə tanış idim. Lakin son illərdə əslən Başlıbel kəndindən olan araşdırmaçı jurnalist Elxan Salahovun “Qanlı Kaha”kitabının çapdan çıxması nəticəsində bütün oxucular kimi mənim də Başlıbel qətliamı barədə təsəvvürlərim yeniləndi. ”Qanlı Kaha” sənədli –publisistik povesti 2018-ci ilin sonunda çapdan çıxandan qısa bir müddət ərzində böyük bir əks-sədaya səbəb oldu. Bu sənədli əsər təkcə məndə yox, onu oxuyanların hər birində yeni-yeni təəssüratlar yaratdı. ”Qanlı Kaha”nın izi ilə tez bir zamanda Başlıbeldə günahsız, əliyalın dinc əhalinin ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildiyi kahalarda Respublika Prokurorluğu tərəfindən araşdırmalar aparıldı və aşkarlanan 12 günahsız şəhidin qalıqlarının ekskumasiyası həyata keçirildi. Ölkə Prezidenti cənab İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının yüksək tribunasından Başlıbel qətliamı barədə bütün dünya dövlətlərinin başçılarına məlumat verdi. ”Qanlı Kaha”kitabının izi ilə Azərbaycan Televizyasının əməkdaşı Yunis Oruc və İctimai Televizyasının əməkdaşı Vüsalə Məmmədova ayrı-ayrılıqda yeni bir sənədli televizya filmi çəkib tamaşaçılara təqdim etdilər.
Bu yaxınlarda Elxan Salahovun ikinci kitabı – “Tanrı Yoxuşu”adı altında çap olunan kitabı Kəlbəcərin işğalı zamanı mühasirədə qalanların həyat mücadiləsindən bəhs edən sənədli əsəri çapdan çıxmışdır. Müəllif bu əsəri də “Qanlı Kaha” sənədli-publisistik povestində olduğu kimi, real faktlar əsasında, hadisə şahidlərinin ifadələri əsasında qələmə almışdır. Kitabda yüzlərlə kəlbəcərli dinc sakinin doğma yurdunu tərk etməyərək son anda xilas olmağa çalışmasından, öülmlə üzləşərək həyat üçün mücadilə aparmasından ürək ağrısı ilə bəhs edir. Kəlbəcərin Qalaboynu kəndi haqqında mənim qeydlərim əsasında fikirləri öz kitabında çap etdiyinə görə Elxan Salahova öz təşəkkürümü bildirirəm. Bir qələm əhli kimi, demək istəyirəm ki, bu cür mövzuların qələmə alınması müəllif üçün xeyli psixoloji gərginlik yaradır,müəllif həmin hadisələri öz içində bir daha yaşayır. Odur ki, Elxan Salahovun bu gərgin süjetli əsərləri işləyərkən nələr çəkdiyini gözəl başa düşür və ona bu qiymətli əsərləri üçün təşəkkürümü bildirir,eyni zamanda yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Dalidag.az



Yazı axını
06 / 06 / 2023
06 / 06 / 2023
05 / 06 / 2023
05 / 06 / 2023
04 / 06 / 2023
04 / 06 / 2023
04 / 06 / 2023
04 / 06 / 2023
03 / 06 / 2023
03 / 06 / 2023
02 / 06 / 2023
02 / 06 / 2023
30 / 05 / 2023
29 / 05 / 2023
29 / 05 / 2023
28 / 05 / 2023
28 / 05 / 2023
Ən çox oxunanlar
02-06-2023 15:40
