Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha 17 şəhid dəfn olunacaq. Dalidag.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. İtkin-şəhidlərin 16-sı hərbçi, biri isə mülki şəxsdir. İtkin-şəhidlərin bir qismi fevralın 19-da, digər qismi isə fevralın 20-də dəfn olunacaq. Dalidag.az

Dilçilər və media nümayəndələri üçün “Ana dili” mükafatı təsis ediləcək . Dalidag.az xəbər verir ki, bu təşəbbüslə çıxış edən professor Qulu Məhərrəmlinin təklifi AMEA-nın prezidenti İsa Həbibbəyli tərəfindən təsdiqlənib. O, mükafatın 21 fevralda təqdim ediləcəyini deyib. İsa Həbibbəyli qeyd edib ki, AMEA dilçilər üçün, Mətbuat Şurası isə media üçün “Ana dili” mükafatı təsis edəcək: “Olimpiadaların adı “Ana dili” olimpiadaları olacaq. Mükafatların 21 fevralda təqdim edilməsi nəzərdə tutulub”.

Fevralın 18-də işğaldan azad edilmiş Xocalı rayonu Muxtar kəndi ərazisində mina hadisəsi baș verib. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Məlumata görə, Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Çobanov Vasif Fizuli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində əməkdaş sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb. Vasif Çobanov rayon mərkəzi xəstəxanasına

İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" proqramı çərçivəsində sakinlərin təhlükəsizliyinin təmin edilməsi və mina təhdidlərinə qarşı mübarizə məqsədilə maarifləndirmə tədbirləri genişləndirilir. Bu silsilədən növbəti görüş Laçın rayonunun yenidən salınmış Zabux kəndində məktəbli uşaqlar üçün təşkil olunub. Dalidag.az xəbər verir ki, tədbir Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı, eləcə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
14 / 02 / 2026