Reklam

Azərbaycan və Ermənistan mütəxəssisləri iki ölkənin inzibati sərhədində yerləşən Zod (Söyüdlü) qızıl yatağı ətrafında ilkin texniki kəşfiyyat və tədqiqat işləri aparıb. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisindən bildirilib. Xatırladaq ki, sözügedən texniki kəşfiyyat işləri delimitasiya prosesindən əvvəl gələn və sərhəd layihəsini hazırlamaq üçün faktiki coğrafi şəraiti öyrənməyə xidmət edən ilkin texniki addımdır. Zod qızıl mədəni

Kəlbəcərli aşıq Yaşar dünyasını dəyişib. Dalidag.az bildirir ki, bu barədə Azərbaycan Aşıqlar Birliyinin Gəncəbasar bölməsinin sədri aşıq Elbrus Kəlbəcərli məlumat verib. Qeyd edək ki, aşıq Yaşar Məhərrəmov 1978-ci ildə Kəlbəcər rayonunun Zəylik kəndində doğulub. Hələ uşaq yaşlarından aşıq sənətinə həvəsi olan Y.Məhərrəmov aşıqlar içərisində özünəməxsus ifa tərzi və zəngin repertuarı ilə seçilib. 200-ə yaxın saz havasını ifa edib. Unudulmaqda olan saz havalarına yenidən həyat verib. Aşıq Yaşar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2026-cı il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. Dalidag.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. 2026-cı il üçün iş vaxtı normasında qeyd edilir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin "2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 2025-ci il 2 dekabr tarixli 362 nömrəli Qərarına əsasən 2026-cı ildə aşağıdakı günlər iş günü hesab edilmir:

Növbəti köç karvanları Xocalı rayonunun Şuşakənd, Ballıca və Badara kəndlərinə çatıb. Dalidag.az xəbər verir ki, bu mərhələdə Şuşakəndə 14 (51 nəfər), Ballıcaya 9 (38 nəfər) və Badaraya 6 ailə (18 nəfər) köçürülüb. Artıq sakinlərə evlərin açarları da təqdim edilib. Qeyd edək ki, bu köçlə Şuşakəndə 93 (341 nəfər), Ballıcaya 237 (1054 nəfər), Badaraya isə 43 ailənin (154 nəfər) daimi qayıdışı təmin edilib.
“Dünən Berlində DGAP təşkilatında Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən tədbirə qatıldım. Çıxışlardan sonra mənə söz verildi. Regionda baş verən sülh və transformasiyadan, Azərbaycanın sülh gündəliyinin təşəbbüskarı olmasından danışdım”. Bunu Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev bildirib. Diplomat həmçinin çıxışında Vaşinqtonda əldə olunmuş razılaşmalara tam şəkildə əməl olunmasının, xüsusilə Zəngəzur dəhlizinin açılmasının və Azərbaycanın əsas hissəsi ilə

Sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar iş yerlərinin dəyişdiriləcəyi barədə iddialar yayılıb. İddialara görə, 29-30 dekabr iş günlərinin yeri 27-28 dekabrla dəyişdiriləcək və bayram tətili 1 həftə olacaq. Qeyd edək ki, iş günlərinin yerlərinin dəyişdirilməsi səlahiyyəti Nazirlər Kabinetinə məxsusdur. Dalidag.az -ın xəbərinə görə, modern.az məsələni dəqiqləşdirmək üçün Nazirlər Kabinetinə sorğu

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə iclasında “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişikliyə görə, dövlət qulluqçusu müddətli həqiqi və ya alternativ hərbi xidmətə çağırıldıqda onunla dövlət qulluğuna xitam verilə bilər və bu halda əməkdaş üç aylıq orta məvacibi qədər müavinət alacaq. Hərbi xidmətdən qayıdan dövlət qulluqçusu 60 gün ərzində müraciət etdiyi halda əvvəlki vəzifəsinə və ya analoji vəzifəyə bərpa olunacaq. Bundan başqa,

Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında TRIPP layihəsinin sürətləndirilməsi müzakirə edilib. Dalidag.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib. "ABŞ Nəqliyyat Departamenti katibinin köməkçisi Daniel Edvards ilə görüş keçirdik. Azərbaycanın regional nəqliyyat və logistika mərkəzi kimi strateji əhəmiyyəti, multimodal dəhlizlər və infrastruktur layihələri barədə ətraflı məlumat verdik. Eyni zamanda aviasiya

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıdan yola salınan Kəlbəcər sakinlərinin doğma şəhərlərinə çatdığı anları əks etdirən videoçarx hazırlayıb. Bu barədə Dalidag.az -a Komitədən məlumat verilib. "Mərhum kəlbəcərli şair Sücaətin məcburi köçkünlüyün ilk illərində yazdığı misralar bu gün necə də yerinə düşür: “Bir gün gülə-gülə qayıdacaqdır, ağlaya-ağlaya köçən Kəlbəcər!” Dağlar qoynunda dövlətimizin gücü ilə ən müasir üslubda yenidən tikilən bu şəhər otuz üç illik

Suqovuşan kəndi ərazisində ticarət mərkəzi inşa olunacaq . Dalidag.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib. Müqavilədə ticarət mərkəzinin layihələndirilməsi xidmətinin satın alınması nəzərdə tutulur. Müqaviləyə əsasən, ticarət mərkəzinin layihəsi 64 664 manata hazırlanacaq. Dalidag.az
Yazı axını
31 / 12 / 2025
28 / 12 / 2025
28 / 12 / 2025
27 / 12 / 2025
24 / 12 / 2025
24 / 12 / 2025
23 / 12 / 2025
23 / 12 / 2025
22 / 12 / 2025
22 / 12 / 2025
21 / 12 / 2025
21 / 12 / 2025
20 / 12 / 2025
19 / 12 / 2025
18 / 12 / 2025
18 / 12 / 2025
17 / 12 / 2025
17 / 12 / 2025
16 / 12 / 2025
16 / 12 / 2025
16 / 12 / 2025
15 / 12 / 2025
14 / 12 / 2025
14 / 12 / 2025
Ən çox oxunanlar




.jpg)























