Fəxri Uğurlu Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Fəxri Uğurlu yaradıcılığından: MƏRYƏMİN OĞLU Qara xəbər qara yel kimi kəndin bu başından o başına əsdi, çəpərləri aşıb qapıların arasından evlərə axdı, pəncərələrə çırpılıb şüşələri çiliklədi, damların örtüyünü atdı. O yelin qabağına düşüb diyirlənə-diyirlənə özünü kəndin ayağındakı evinə yetirən kişi yaylı taxta doqqazı əlindən necə buraxdısa, qapı çərçivəni yarıb çöl üzə açıldı. Kişi evin üstünə haya

İsmayıl İmanzadə Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı İsmayıl İmanzadə yaradıcılığından: HƏR GECƏ ÖLÜRƏM YUXULARIMDA... Hər gecə ölürəm yuxularımda, Hər səhər təzədən dirilirəm mən. Könlümdə çağlayan duyğularımda Çalxana-çalxana duruluram mən. Qəm-qüssə çiynimdə qara tabutum, Zülmətdən qaçıram al günəş kimi. Saflıq axtarıram hərdən bir udum, Sınağa çəkəndə illər qəlbimi. Həyat gözlərimdə yarımçıq yuxu, Ovulub içimdə səsim, harayım. Gedən köç

Kəlbəcər rayonu 49 nömrəli tam orta ümumtəhsil məktəbinin informatika müəllimi Alsu Mikayılova iyunun 25-də keçirilən təhsilverənlərin sertifikatlaşdırılması imtahanında maksimum nəticə göstərərək 60 bal toplayıb. Dalidag.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib. "Əzmkarlığı, biliyi və fədakarlığı ilə nümunə olan müəllimimizi səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətində davamlı nailiyyətlər arzulayırıq!", - deyə idarənin təbrikində deyilir.

İstismara verildiyi tarixdən bu ilin iyun ayının 1-dək “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında (KSES) 42,2 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Dalidag.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb. Bildirilib ki, 3 il öncə 26 iyun tarixində Kəlbəcər rayonunun Lev çayı üzərində inşa olunan 4,4 MVt-lıq “Kəlbəcər-1” KSES istismara verilib. "KSES-lər ekoloji cəhətdən daha təmiz elektrik enerjisi istehsal etdiyi üçün yaşıl enerji mənbəyi hesab olunur və enerji

K əlbəcər rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Dalidag.az xəbər verir ki, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev rayon ərazisində sürdüyü "HOVO" markalı yük avtomobilinin idarəetməsini itirib. Nəticədə maşın çaya aşıb. Qəza zamanı sürücü O.Mustafayev hadisə yerində ölüb. O, Kəlbəcər rayonunda fəaliyyət göstərən şirkətlərin birində çalışırmış. Faktla bağlı araşdırma aparılır. Dalidag.az

Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Dalidag.az xatırladır ki, Ordunun yaradılmasından 107 il ötür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa sərkərdələr Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər. Azərbaycan dövlət müstəqilliyini
Yazı axını