Elçin Məmmədov Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Elçin Məmmədov yaradıcılığından: BİR OVUC DƏN ATIN GÖYƏRÇİNLƏRƏ... Pas atıb dibini sarı ləyənin, Bir ləyən bir ovcun üçü boydadır, Bilirsən, ən böyük ayrılıqlar da Bir yeşik, bir kitab, bir ağ, bir də ki, Bir də ki... vücudun köçü boydadır. Nədir ki bir ovuc? Bir tikə ət, bir sıxma sümük, Beş barmaq, hərəsi başqa ölçüdə. Dua da o ovcun içi boydadır. Bir ovuc duadan nə çatır göyə? Bir ovuc dən

Akşin Xəyal Sevinc Qəribin təqdimatında hekayə ongünlüyünün növbəti hekayə ərmağanı Akşin Xəyal yaradıcılığından: ALTINCI PALATA Ülvi gözlərini açanda özünü çarpayıda uzanmış gördü. Qalxıb oturmaq istədi, amma başını qaldıra bilmədi. Beynində küt ağrı, həm də ağırlıq hiss elədi. Başının içinə sanki qurğuşun doldurmuşdular. Elə uzanıqlı ətrafa göz gəzdirdi. O qədər də böyük olmayan, hər tərəfi ağ boyanmış bir otaq idi. İçəridə onun çarpayısından başqa üç çarpayı, hər çarpayının da yanında kiçik
Yazı axını