Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib . Dalidag.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. A.Şirinov bundan əvvəl 2020-ci il mayın 12-də adıçəkilən instituta rektor təyin edilmişdi. Qeyd edək ki, İlahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov 1979-cu il sentyabr ayının 28-də Kəlbəcər şəhərində anadan olub. Dalidag.az Aqil Muxtar oğlu Şirinov

Rəsmiyyə Sabir Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Rəsmiyyə Sabir yaradıcılığından: BOŞ QALIB Yazımı, yayımı alıb getmisən, Ömür baxçasında payız, qış qalıb. Yağışdan sonrakı nəm torpaq kimi, Gözlərimin dibi hələ yaş qalıb. Yeriyib bu yolda düşdüm izimə, Dünyadan yan keçib döndüm özümə, Dayanıb bir anlıq baxdım gözümə, Gördüm bu gərdişə gözüm çaş qalıb. Bir ölüm gizlənir ömrün «var» ında, Bəzən çiçək solur ilk baharında, Ömrümün hörülən dörd

Ermənistanda doğum yeri “Azərbaycan” yazılan pasportların hələ də qüvvədə olması qalmaqal yaradıb. Dalidag.az publika.az-a istinadən xəbər verir ki, Qarabağın işğalı dövründə Azərbaycan ərazilərinə köçürülmüş ermənilərə verilən Ermənistan pasportlarında doğum yeri kimi “Azərbaycan” göstərilirdi. Bu, Qarabağın Azərbaycan ərazisi, Ermənistanın isə işğalçı olduğunu təsdiq edən fakt olsa da, rəsmi İrəvan bunu dəyişə bilmirdi. Çünki Qarabağ və işğal olunmuş digər ərazilər beynəlxalq müstəvidə
Yazı axını