Şəhid polkovnik-leytenant, Ağır Artilleriya Briqadasının qərargah rəisi Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib. Dalidag.az -ın musavat.com-a istinadla məlumatına görə, Səlbi Cəfərlinin ölümünə səbəb kəskin böyrək çatışmazlığı olub. Həkimlər 13 yaşlı şəhid övladının həyatını xilas edə bilməyib. Qeyd edək ki, Zaur Hüseyn oğlu Cəfərov 1980-ci il martın 4-də Kəlbəcər rayonunun Başlıbel kəndində ziyalı bir ailədə dünyaya göz açıb Polkovnik-leytenant 2020-ci il oktyabrın 9-dan

Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksində 55 nəfər daimi işlə təmin edilib . Dalidag.az -ın əldə etdiyi məlumata görə, Xocalı rayonunun Xanabad kəndində iri heyvandarlıq kompleksi fəaliyyətə başlayıb. “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin heyvandarlıq kompleksində ətlik-südlük istiqamətli iribuynuzlu heyvanlar saxlanılır. Məlumat verilib ki, damazlıq fermer təsərrüfatının ümumi tutumu 750 baş iribuynuzlu heyvandan ibarətdir. Hazırda təsərrüfatda 355 baş

Ağdamın Kəngərli kəndində inşa edilən orta məktəb binasının 30 sinif otağında 484 şagird təhsil alacaq. Dalidag.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi deyib. O, qeyd edib ki, işğaldan azad olunduqdan sonra Kəngərli kəndində yenidən inşa edilən məktəb binası müasir tələblər səviyyəsində qurulub. Bu da şagirdlərin yüksək tədris prosesində dərs almalarına imkan verəcək: “Kəngərli kənd tam orta məktəbində 30

Nazim Əhmədli Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Nazim Əhmədli yaradıcılığından: DEYƏN TANRI DA OYAQDI Hərdən qayıdır canıma, bir sınıq agrı, gecələr; ulduzlar göydən perikib, hayana axır, gecələr; sorağı gəlmir, eləmir, ruhum səs-səmir eləmir; gözlərim çimir eləmir, könlüm darıxır, gecələr; qaçdım, ağrının küründən, yıxıldım, dərdin birindən; yuxumun bulud yerindən, elə qar yağır, gecələr; kimsə məni qaralıyıb, dağ başında qar allıyıb; göy

Laçın rayonunda insan qalıqlarının tapılması ilə bağlı görüntü yayılıb. Dalidag.az xəbər verir ki, bu barədə “Faktlarla – Operativ Xəbərlər” Teleqram kanalı video paylaşıb. Bildirilib ki, insan qalıqlarının rayonun Şəlvə kəndi ərazisində tapıldığı iddia edilir. Qeyd edək ki, Ermənistan Birinci Qarabağ müharibəsində xüsusi amansızlıqla qətlə yetirdiyi mülki azərbaycanlıların izini itirmək üçün onları müxtəlif yerlərdə basdırıb və bu gün də taleləri ilə bağlı məlumat vermir.
Yazı axını