Bu gün Kəlbəcər şəhər sakini 84 yaşlı Firəngiz İsmayıl qızı Yusifova dünyasını dəyişib. Firəngiz Yusifovaya da yenidən doğma yurdda yaşamaq qismət olmadı. O da əli Kəlbəcərə uzalı köçdü bu dünyadan. Dalidag.az bildirir ki, Firəngiz İsmayıl qızı Yusifova şəhid Rizvan Yusifovun anasıdı. Mərhumun 3 və 7 mərasimi Sumqayıt şəhəri, 47-ci məhəllədə keçiriləcək! Allah rəhmət eləsin.

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılmasından 26 il ötür. Dalidag.az xəbər verir ki, XTQ Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelin 30-da qurulub. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Xüsusi Təyinatlı Qüvvələrin bölmələri 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib. XTQ dünya müdafiə sənayesinin

Nazilə Gültac Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Nazilə Gültac yaradıcılığından: ÖLMƏYİB HƏLƏ Gözümü buluddan çəkə bilmirəm, Ömrün səmasına yağışlar yağır. Könül gülşənimi gəzə bilmirəm, Qəlbimin bağına yarpaqlar yağır. İçimdə arzular boylanır qəmli, Bir sevda nəğməsi oxuyur bəmli, Çoxdandır gülməyi yadırğayıbdır, Gülən gözlərimin baxışı nəmli. Bilirəm, ağlında mən varam hələ, Gördüyüm yuxular söyləyir mənə. Göylərdə ulduza, dağlarda çənə, Üz

Kəlbəcərdə mineral sular istehsalçısı olan "İstisu" mineral su zavoduna yeni direktor təyin edilib. Dalidag.az xəbər verir ki, Fariz Aydın oğlu Sadıxov direktor təyin edilib. Buna qədər zavoda Adil Fəxrəddin oğlu Haqverdiyev rəhbərlik edirdi. Qeyd edək ki, 1976-cı ildə Azərbaycanın Kəlbəcər rayonunda "İstisu" mineral suyunun istehsalına başlanılıb. 1993-2020-ci illərdə, Ermənistanın işğalı dövründə zavodun fəaliyyəti dayandırılmışdı. 26 iyun 2022-ci il tarixində "İstisu" mineral su zavodunun

Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində şəffaflıq və ictimaiyyətlə əlaqələrin genişləndirilməsi məqsədilə "Açıq qapı" günü keçirilib. Dalidag.az xəbər verir ki, tədbir çərçivəsində hərbi qulluqçuların valideynləri və yaxınları, həmçinin ictimaiyyət nümayəndələri hərbi hissələrdə yaradılan şəraitlə yaxından tanış olmuş, sərhədçilərin xidməti və sosial-məişət şəraiti barədə ətraflı məlumat alıblar. Qonaqlara gənc sərhədçilərin peşə hazırlığı, fiziki və taktiki hazırlıq səviyyələri, həmçinin

Aprelin 30-da Respublikanın müxtəlif şəhər və rayonlarından növbəti köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə yola salınıb. Dalidag.az xəbər verir ki, Sarıcalı kəndinə bu mərhələdə 35 ailə (158 nəfər) köçürülür. Onlardan 16-sı (82 nəfər) Bakı şəhərindən, 14-ü (52 nəfər) Ağdam, 3-ü (12 nəfər) Yevlax, 2-si (12 nəfər) isə Ağcabədi rayonlarındandır. Köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi
Yazı axını