Könül Nuriyeva Sevinc Qəribin təqdimatında "Bir ruh əsintisi..." rubrikasının növbəti şeir ərmağanı Könül Nuriyeva yaradıcılığından: * * * Gəl, sənə deyim Məni unutmağın yolunu. Bir qadını unutdurmaz, sənə bir bahalı siqar, yaxud başını dizinə alıb qəmli- qəmli dinlədiyin tar… Uşaq deyilsən, bilirsən özün, ayrılıq muncuq deyil, əzizim səbrlə yığım, bir- bir sapa düzüm… incimə, çox səbr etdim daha qalmadı dözüm. Ayrılıq yağışdır, dəli-dolu, birdən gələr, bağlayar ömürlük bildiyimiz yolu,

Milli Qəhrəman Hökumə Əliyevanı təhqir edən qadın həbs edilib. Dalidag.az -ın xəbərinə görə, ötən həftə A.Həsənova adlı qadın (ad şərtidir - red.) sosial şəbəkə hesabında Aktau yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan Hökumə Əliyevanın ünvanına təhqiramiz sözlər yazıb. Qadının sözləri ictimaiyyət arasında kəskin narazılığa səbəb olub. Hökumə Əliyevanın həyat yoldaşı Etibar Əliyev məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edib. O bildirib

Bu gündən dünyanın tanınmış səyyahlarından ibarət geniş heyətin Qarabağa növbəti səfəri başlayıb. Onlar ilk olaraq Füzuli şəhərinə gəliblər. Dalidag.az xəbər verir ki, “NomadMania” səyyah klubunun təşəbbüsü ilə gerçəkləşən səfərdə dünyanın 30 ölkəsinin - ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Sierra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya,

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşü Xankəndidə keçiriləcək. Dalidag.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəis müavini Rövşən Mirzəyev “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı: İmkanlar və perspektivlər” mövzusunda keçirilən panel müzakirədə deyib. “Azərbaycan bu il Xankəndidə İƏT Zirvə Görüşünün 17-ci iclasını təşkil edəcək. Builki mövzu davamlı inkişaf və iqlimə dayanıqlı iqtisadi əməkdaşlıq barədə olacaq”, - o qeyd edib.
Yazı axını