Son zamanlar Rusiya Donetsk vilayətinin Uqledar şəhəri istiqamətində böyük ehtiyat toplayır. Buraya həm Rusiyadan, həm də müvəqqəti işğal edilmiş Zaporojye və Xersondan hərbi texnika göndərilir. Bu sözləri Mariupol merinin müşaviri Petr Andryuşenko deyib. O bildirib ki, bu günlərdə Mariupol istiqamətində Rusiya hərbi texnikasının kolonu görünüb.

Bu gün 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Zəlimxan Rafiq oğluHəsənlinin doğum günü ilə əlaqədar məzarını və ailə üzvlərini ziyarət edilib. Dalidag.az -a verilən məlumata görə, mərasimdə Millət vəkili Aqil Məmmədovun köməkçisi Zahir Əliyev, Kəlbəcər rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tural Oruczadə, İƏD üzrə nümayəndələr, Kəlbəcər rayonunun İmamı Mirxalid Ağayev, qazilərmiz, şəhidin ailə üzvləri,

Dekabrın 7-də saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsəfərrüfat sahəsində əkin işləri aparan traktorun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, traktorun sürücüsü 1994-cü il təvəllüdlü Həsənli Zamin xəsarət alıb. O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyyə edilib. Araşdırma aparılır.

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirili r. Dalidag.az xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edəcək. Qeyd edək ki, bu il avqustun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisindən keçən hissəsində

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak etdilər. Paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan nitq söylədilər. Zəfər

Bu gün 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış İsmayıl Əli oğlu Qabilovun şəhadətə qovuşmasının üçüncü ildönümü ilə əlaqədar yas mərasimi keçirilib. Dalidag.az xəbər verir ki, şəhidin ildönümü mərasimində Millət vəkili Aqil Məmmədovun köməkçisi Zahir Əliyev, Kəlbəcər rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Taleh Məmmədzadə, Kəlbəcər rayonunun İmamı Mirxalid Ağayev, İnzibati Ərazi Dairə üzrə

Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan bir sıra kəndlər Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil ediləcək. Dalidag.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində qeyd olunub. Belə ki, Şuşanın Malıbəyli kənd inzibati dairəsi tərkibindəki

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Şəki rayonu, Qaratorpaq kəndi, Qaratorpaq kənd orta məktəbinin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirib. Dalidag.az -ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak edib. RİH başçısı Azər Qocayev

Kəlbəcər rayonunda saxlanılan erməni diversant Qaqik Voskanyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Dalidag.az xəbər verir ki, məhkəmənin baxış iclası dekabrın 11-nə təyin edilib. Hakim prosesdə elan edib ki, Qaqik Voskanyan dövlət hesabına vəkil və tərcüməçi ilə təmin edilib. Bununla yanaşı, ona hüquqlarını izah edib. Qaqik Voskanyanın anket məlumatları dəqiqləşdirilib. Belə ki, o, 1983-cü ildə İrəvan şəhərində anadan olub, subaydır və orta təhsillidir. İrəvanda Davtaşen küçəsində 17

Erməni terrorçuları 1992-ci ildən etibarən Azərbaycanın Qarabağ bölgəsi və onun ətrafındakı əraziləri işğal edərək neçə-neçə soydaşlarımızı amansızlıqla qətlə yetiriblər. Çoxlu sayda sakinləri torpaqlarından didərgin salıblar. Erməni millətçiləri maddi mədəniyyət abidələri ilə yanaşı, xalqımızın zəngin folklor, musiqi, ədəbiyyat nümunələri və digər mənəvi sərvətlərini vəhşicəsinə talan ediblər. Ermənilər Qarabağda 22 muzeyi məhv edib. Onlardan ən böyüyü Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi olub.
Yazı axını