Reklam
Kəlbəcər muzeyi yenidən YARADILSIN!
03-12-2023 19:36
Erməni terrorçuları 1992-ci ildən etibarən Azərbaycanın Qarabağ bölgəsi və onun ətrafındakı əraziləri işğal edərək neçə-neçə soydaşlarımızı amansızlıqla qətlə yetiriblər. Çoxlu sayda sakinləri torpaqlarından didərgin salıblar. Erməni millətçiləri maddi mədəniyyət abidələri ilə yanaşı, xalqımızın zəngin folklor, musiqi, ədəbiyyat nümunələri və digər mənəvi sərvətlərini vəhşicəsinə talan ediblər.
Ermənilər Qarabağda 22 muzeyi məhv edib. Onlardan ən böyüyü Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi olub. İçərisində 30 mindən artıq tarixi əhəmiyyətli əşya olan Kəlbəcər tarix-diyarşünaslıq muzeyi 1980-cı illərin əvvəllərində ədəbiyyatçı alim Şamil Əsgərov tərəfinden yaradılmışdı. Dağıdılan muzeylərdəki nümunələrin bir qismini düşmən qüvvələr oğurlasa da, digərlərini qoruyub saxlaya bilmişik.
Azərbaycanın əldə etdiyi şanlı zəfərdən sonra işğal altında olan ərazilərimiz azad edildi. “Böyük Qayıdış” çərçivəsində mühüm bərpa-quruculuq icra edilir. Soydaşlarımız mərhələli şəkildə doğma el-obalarına qürurla, başıdik gerindönür. Necə deyərlər: “Haqq nazilsə də, üzülməz”
Şübhəsiz ki, torpaqlarımızda muzeylər də yenidən inşa olunacaq. Əvvəlkindən də gözəl, müasir...
Dalidag.az bildirir ki, Millət vəkili Aqil Məmmədov Modern.az-a açıqlamsında deyir ki, Qarabağda bütün infrastrutktur demək olar ki, yüz faiz məhv edilmişdi. Azərbaycan qələbə qazandıqdan sonra artıq Böyük Qayıdış çərçivəsində Dövlət Proqramı qəbul olunub:
“Nəticədə mərhələli şəkildə yaşayış binaları, fərdi evlər, digər bütün sosial binalar, məktəb, baxça, xəstəxanalar qurulur. Əlbəttə, dağıdılmış muzeylər müasir standartlara uyğun qaydada yenidən yaradılacaq. Ermənilərin Qarabağı işğal etdikləri dövrləri, daha sonra qalibiyyətimizi əks etdirən memorial komplekslər tikilib istifadəyə verilməlidir. Bütün bunlarla əlaqədar cənab Prezident İlham Əliyev artıq müvafiq tapşırıqlar verib, sözügedən istiqamətdə işlər görüləcək”.
Tarixçi Qasım Hacıyev isə vurğulayıb ki, Qarabağın hər yeri, hər bucağı zəngin tarixi abidələrdir:
“Arxeologiya elmində belə terminlər var: Qədim, ən qədim və sonrakı dövr. Xocalı-Gədəbəy adlı bir arxeoloji mədəniyyətimiz də var. Dünya maddi mədəniyyəti yaranandan üçüncü mədəniyyət sayılır. Birincisi Azıx dövrü, bu çox qədimdir. Ondan sonrakı dövr Kür-Araz, axırıncı Xocalı-Gədəbəy mədəniyyətdir. e.a əvvəlki 3-1-ci minillikləri əhatə edir. Xocalıda kurqanlar, yerüstü türbələr olub. Düzdür yerüstü türbələr az olsa da amma Xocalı kurqanları dünyanın ən unikal kurqanlarındandır. Türk mədəniyyətini özündə əks etdirirdi. Əlavə edim ki, Ulu Öndər Heydər Əliyevin dövründə də abidələrimizə böyük diqqət yetirilirdi. Həmçinin, Kəlbəcərin özündə xeyli sayda mağaralar var. Bu bölgədə Aşıq Şəmşirə məxsus ev əşyaları, digər mütəfəkkirlərin Kəlbəcərlə bağlı önəmli yazıları, əşyaları və xalçaları var idi. Düşünürəm ki, onların toplanılaraq, nümayiş etdirilməsi məqsədilə muzeylərin yenidən ərsəyə gəlməsi təqdirəlayiq addım olardı”.
Tarixçi Nəsiman Yaqublu isə deyir ki, ”Xocalı qırğını” haqqında kitabı Azərbaycanda ilk dəfə o yazıb. Həmin dövrə aid sənədlərin, faktların toplanılmasında iştirak edib:
“O vaxt 1992-ci ildə Ağdam getmişdim, müəyyən qeydlərin aparılmasında iştirak etdik. Xocalı soyqırımı ilə bağlı mənim özümdə də materiallar çoxdur. Həkimlərdən də müəyyən sənədlər almışdıq. Xocalıda soyqırım muzeyi mütləq olmalıdır və muzey yaradılarsa mən də o sənədləri təqdim edə bilərəm. Düşünürəm ki, bu reallaşacaq. Gələcək nəsillərə bunu çatdırmalıyıq. Soyqırım muzeyini yaradaraq insanlara qisas ruhunu aşılamaq yox, sadəcə tariximizi öyrətmək istəyirik. Nə qədər ki, şahidlər sağdır, onların canlı danışıqlarını, ifadələrini lentə alıb, görüntülərini çəkib muzeydə yerləşdirmək mütləqdir. Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi yenidən yaratmaq lazımır. Digər bölgələrdə də kiçik-kiçik xatirə, soyqırım muzeyləri inşa edilməlidir. Ağdamı, Füzulini, Zəngilanı kim dağıdıb insanlar bilməlidir. Dünya ictimaiyətinin diqqətini cəlb edən, elektron avadanlıqlarla təmin olunmuş muzeylər qurulmalıdır”.
Kateqoriya: Kəlbəcər
Tarix: 03-12-2023 19:36
Baxış sayı: 4177
Yazı axını
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
06 / 11 / 2024
06 / 11 / 2024
05 / 11 / 2024
Ən çox oxunanlar
15-11-2024 10:41
21-11-2024 15:23