Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Şəki rayonu, Çələbixan qəsəbəsi, Çələbixan Mədəniyyət evinin inzibati həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulunu keçirmişdir. Səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının məsul işçiləri

Suraxanı Rayon Polis İdarəsinə yeni rəis təyin edilib. Dalidag.az xəbər verir ki, bu barədə daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Belə ki, Abşeron Rayon Polis İdarəsinin rəisi, polkovnik Şəhriyar Şəmşirli vəzifəsindən azad olunub. Digər əmrlə o, Suraxanı Rayon Polis İdarəsinin rəisi təyin edilib. Qeyd edək ki, Suraxanı RPİ-nin əvvəlki rəisi Süleyman Nemətov keçən ay Naxçıvan MR-in daxili işlər naziri təyin olunmuşdu. Qeyd edək ki, Şəhriyar Şəmşirli Rəqəmsal inkişaf və nəqliyyat

Azərbaycan tankları İrəvana nə vaxt gəlir? İndi biz bu haqda düşünməliyik, çünki Ermənistanda hakimiyyətdə əyləşənlərin bütün addımları buna doğru gedir. Dalidag.az publika.az-a istinadən xəbər verir ki, bu isterik açıqlama ilə Stenford Universitetinin politologiya üzrə doktoru Artur Xaçikyan deyib. Onun iddiasına görə, Paşinyanın hədəfi Qarabağı Azərbaycan ərazisi kimi tanımaq, Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmaq və Türkiyəyə sığınmaqdır. A.Xaçikyan Paşinyanın son mətbuat konfransında

Polis əmədaşları tərəfindən işğaldan azaz edilmiş ərazilərdəki silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində intensiv tədbirlər davam etdirilir. Dalidag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib. Beyləqan rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları Xocavənd rayonunun Tuğ kəndi ərazisində xidmətdə olarkən tərk edilmiş hərbi mövqelərdən 1 avtomat, 1 qumabaraatan, 1 snayper tüfəngi, 37 snayper patronu, 1 əl qumbarası və

Qarın yağmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası otuz üç gündür davam edir. Dalidag.az xəbər verir ki, 2022-ci il dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib. Etirazçılar gün ərzində olduğu kimi, yüksək fəallıq göstərirlər. Onlar gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar. Təhlükəsizlik qaydalarına yüksək

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov və YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Başlıbel sakinləri ilə görüş keçirib. Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən görüşdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Başlıbel kəndinin ağsaqqalları, ziyalılar, Başlıbel kənd sakinləri, Kəlbəcər RİH-nin

“Vətəndaş müqaviləsi” partiyasının deputatı Vigen Xaçatryan Ermənistanın Baş naziri Nikol Paşinyanın və Qarabağa göndərilən erməni əsilli milyarder Ruben Vardanyanın iddialarını ifşa edib. Dalidag.az trend-ə istinadən xəbər verir ki, Paşinyanın partiyasının üzvü olan deputatı Vigen Xaçatryan Qarabağda cəmi 40 min erməninin yaşadığını bəyan edib və onlarla Bakı arasında dialoqun zəruriliyini qeyd edib. "Biz Qarabağda yaşayan ermənilərlə Bakı arasında birbaşa dialoqa keçməliyik", - deyə

"Füzuli peşə məktəbiunin, Kəlbəcər şəhərində, Zəngilanda 960 yerlik mətkəb, Şuşa Real Məktəbinin layihələndirmə işləri aparılır". Dalidag.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Fərhan Əliyev bildirib.O bildirib ki, Laçında 2 nömrəli, eyni zamanda Laçın-Zabux məktəbinin əsaslı təmir işlərinə başlanıb: "Onların da bu ilin sentyabrında təhvil verilməsi nəzərdə tutulub". Dalidag.az

Xocavənddə orta əslərə aid müsəlman qəbiristanlığı aşkarlanıb. Dalidag.az xəbər verir ki, bu barədə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu məlumat yayıb. Qeyd olunub ki, ötən ilin oktyabrın 15-də İnstituta Xocavənd rayonu Ərəkül (Xətai) kəndi ərazisində insan qalıqlarının aşkar edilməsi ilə bağlı məlumat daxil olub. Məlumatı ərazidə fəaliyyət göstərən “Caspian Geomatic” MMC-nin əmakdaşları verib. İnstitut rəhbərliyinin göstərişi ilə Xocavənd-Füzuli arxeoloji ekspedisiyasının

Yanvarın 11-də saat 23 radələrində Xaçmaz rayonu Laman kəndində Ağyazı Buduq kənd sakini 1988-ci il təvəllüdlü Rəşid Apayevin ölməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən bildirilib ki, hadisə kəndin meşə ərazisində Kürdəmir rayon sakini 1993-cü il təvəllüdlü Həmzə Həmzəyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verib. R.Apayev müharibə iştirakçısıdır. Araşdırma aparılır.
Yazı axını