Bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub. Dalidag.az -ın xəbərinə görə, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. Hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər.

“Xankəndiyə təcili yardım maşınları, ərzaq və s. buraxılır və onların qarşısını heç kəs kəsməyib. Sadəcə olaraq, yol azərbaycanlı etirazçıların hiddətinə görə bloklanıb. Çünki onlar öz ərazimizdə gedən barbarlığın qarşısını almaq istəyirlər”. Dalidag.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov deyib. O, Rusiya sülhməramlılarının Laçın-Şuşa-Xankəndi yolunu bağlamasının nəticələrini şərh edib: “Ermənilərin Azərbaycan torpaqlarında hansı vəhşilikləri və

2023-cü ildə keçiriləcək buraxılış və qəbul imtahanların tarixləri açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. 2023-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan buraxılış imtahanları, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanları, rezidentura və magistraturaya qəbul, həmçinin sınaq imtahanlarının tarixləri elan olunub. 2023-cü ildə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 5 və 12 mart, ümumi (9

Dövlət Turizm Agentliyi “Qarabağ Zəfər Marşrutları” konsepsiyası çərçivəsində “Yolumuz Ağdama” və “Füzuli və Xocavəndə” adlı birgünlük turların layihəsini hazırlayıb, Şuşa şəhərinin və Daşaltı kəndinin turizm inkişaf planını hazırlayaraq aidiyyəti üzrə təqdim edib. Dalidag.az xəbər verir ki, bunu Agentliyin sədri Fuad Nağıyev bildirib. Onun sözlərinə görə, son iki ildə qurum Qarabağın və Şərqi Zəngəzurun turizm potensialının öyrənilməsini, müvafiq olaraq konsepsiya sənədlərinin və layihələrin

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir. Dalidag.az xəbər verir ki, 48 saata yaxın davam edən aksiyada yüzlərlə fəal iştirak edir. Etirazçılar Xankəndiyə gedən yolu kəsərək Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun
Yazı axını