Reklam
					
					 
				Qarabağın qaytarılması tam qətiləşmişdi, ancaq... - Politoloq gizli sənədin DETALLARINI AÇDI
18-09-2020 17:17
	Dalidag.az xəbər verir ki, mövzunu publika.az-a şərh edən politoloq Qabil Hüseynli bildirib ki, bu razılaşma Kazan prinsipləri də adlanır və ona qədər Sankt-Peterburqda bununla bağlı müəyyən fikirlər irəli sürülüb: “ABŞ-ın Ki-Uest şəhərində Corc Buşun vasitəçiliyi ilə danışıqlar aparılmışdı. Oradakı prinsiplər Madrid prinsiplərinə uyğun gəlirdi. ABŞ birinci mərhələ kimi tələb edirdi ki, Dağlıq Qarabağın hüdudlarından kənardakı bütün erməni qoşunları çıxarılmalı və torpaqlar Azərbaycana qaytarılmalıdır. Bundan sonra Dağlıq Qarabağın statusu və Laçın dəhlizi məsələsi müzakirə olunmalı idi. Laçın dəhlizi məsələsi müzakirə olundu və uzunmüddətli Ermənistana icarəyə verilməli idi. Həmin icarəyə görə, Ermənistan Azərbaycana təzminat ödəməli və oradan ticari yol kimi istifadəyə hər iki ölkənin birgə formalaşdırdığı komissiya rəhbərlik etməli idi. 7 rayondan qoşunların çıxarılması məsələsi isə tam qətiləşmişdi. Çünki o zaman Ermənistana beynəlxalq təzyiq çox güclü idi və işğalçı ölkə olması ilə təhdid olunurdu. Rusiya demək olar ki, ermənilərə sahib çıxmırdı”.
Q.Hüseynli qeyd edib ki, sonradan bu qərarı Sərkisyan hökuməti əhaliyə elan etməyib və o, uzun illər danışıqların nəticəsi kimi bu əməli ilə proseslərin üstündən xətt çəkib: “Azərbaycan tərəfi bütövlükdə Dağlıq Qarabağ daxil olmaqla torpaqların azad edilməsi və ölkənin ərazi bütövlüyünün təmin edilməsi müqabilində Ermənistana müəyyən məbləğdə ödəniş edəcəkdi. O zaman təzminatın miqdarı razılaşdırılmamışdı və danışıqlar gedirdi. Bundan əlavə, dağıdılmış kəndlərin, evlərin, əmlakların, təsərrüfatın bərpası və rekonstruksiyası, torpaqların rekultivasiyası üçün beynəlxalq təşkilatların (Beynəlxalq Valyuta Fondu), o cümlədən Dünya Bankının yardım etməsi gözlənilirdi. S.Sərkisyana daxildən böyük təzyiq var idi və o qorxdu. Sonradan isə bəhanələr gətirərək əldə edilən razılaşmanı pozmağa başladılar və buna nail oldular. Ermənilərin destruktiv fəaliyyəti nəticəsində razılaşmaya əməl olunmadı.
5 milyard dollara gəlincə, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacağı təqdirdə maliyyə yardımı ödəməyə hazır idik. Həmsədr ölkələr, beynəlxalq təşkilatlar və Dünya Bankı bu məbləği ödəməyi öz üzərinə götürmüşdü. Buna “Böyük sülh sazişi” deyirdilər. Bu müqavilə imzalandıqda regionun bərpası və canlandırılması istiqamətində beynəlxalq maliyyə yardımları başlayacaqdı”.
Dalidag.az
 Kateqoriya: Qarabağ
 Kateqoriya: Qarabağ Tarix: 18-09-2020 17:17
 Tarix: 18-09-2020 17:17  Baxış sayı:  3406
 Baxış sayı:  3406Yazı axını
					28 / 10 / 2025 
                
            28 / 10 / 2025 
                
            27 / 10 / 2025 
                
            27 / 10 / 2025 
                
            26 / 10 / 2025 
                
            25 / 10 / 2025 
                
            25 / 10 / 2025 
                
            25 / 10 / 2025 
                
            25 / 10 / 2025 
                
            23 / 10 / 2025 
                
            23 / 10 / 2025 
                
            22 / 10 / 2025 
                
            21 / 10 / 2025 
                
            20 / 10 / 2025 
                
            20 / 10 / 2025 
                
            20 / 10 / 2025 
                
            19 / 10 / 2025 
                
            19 / 10 / 2025 
                
            18 / 10 / 2025 
                
            18 / 10 / 2025 
                
            17 / 10 / 2025 
                
            17 / 10 / 2025 
                
            17 / 10 / 2025 
                
            16 / 10 / 2025 
                
            16 / 10 / 2025 
                
            15 / 10 / 2025 
                
            
					 Ən çox oxunanlar 
					
            

























 
  
  
 




