Reklam
HƏR ÜRƏKDƏ KİTABIN VAR...
05-09-2020 11:40
(Ustad şair İsmayıl İmanzadəyə məktub)
Əziz dostum İsmayıl İmanzadə, oxudum ki, kitablarını axtarırsan. Çox yaxşı, öz arxivində bir neçə nüsxənin olmağı vacibdir...
Doğrusu sənin kitabların, əlbəttə, məndə vardı, axırıncı ikisini redaksiyada özün müəllif qeydinlə vermişdin. Birincini isə Sənin adaşın olan qardaşım hələ çox əvvəllər tapıb gətirmişdi... Onun müəllimi olmuşdum, tapşırıq vermişdim ki, hər kəs özünün böyük adaşı haqda yazsın. Təsəvvür et ki, o, 40 il bundan əvvəl sənin böyüklüyünü uşaq məntiqi ilə necə sübut edirdi...
Sonra mən mətbuata keçdim. Səninlə görüşlərim müntəzəm xarakter aldı, apardığın dərnəyə dəvət edirdin ki, müəlliflərin yaradıcılığını təhlil edim. Ümid ədəbi dərnəyində oxunan şeirlərin səviyyəsi məni qane etməyəndə öz şeirlərini oxumağını heç unutmuram. Bununla sanki demək istəyirdin ki, bilirsən kim nə yazır və necə yazır...
Bir sözlə, Sən bir şair kimi zaman zaman insanların qəlbində bitirdin, indi böyük ruh aləminin köklu Çinarısan... çox əzəmətli Çinarı...
Xətrinə dəyməsin, bəzən mənə elə gəlib ki, sən dahi axtarıb yanında durmaq, şəkil çəkdirmək xəstəliyinə düçar olmağa doğru gedirsən. Ancaq buna sənin səmimiyyətin imkan vermədi. Sən bizim İsmayıl olaraq qaldın.
Dahi xalqdır səni tanıyan, sevən, səndən yaxınlığa, ünsiyyətə görə qonaqlıq ummayan insanlardır...
Bu gün Sənin şair taleyin yurd həsrəti ilə ömür pillələri qalxır. Sənin, yəni ədəbi- ictimai rəydə kifayət qədər yeri olan bir şair İsmayıl İmanzadə kimi cəmiyyətin ruhən diri qalması naminə mübarizən, yazıb yaratmağın bir ordunun görə bildiyindən az dəyərli deyil. Qalır ki, rəsmi təsdiq, bunun özünün də maraqlı tərəfləri var. İnsanlar haqqı olub rəsmən təqdir olunmayanların xatirəsini daha əziz tuturlar.
Bir də ki, hələ cavansan... yaşa görək.
...az qala unutdum sənin kitab axtarmağını. Kitablar çoxdan səni sevən, tanıyan insanların ruhuna hopub, yaddaşına köçüb. Çox vacib olsa faksimile edərik, orijinalın özündən fərqlənməyən.
P.S. yəqin bilirdin ki, bizim ailənin, yəni mənim kitabxanam rayonda ən böyük, ən zəngin kitabxana idi, rayon üzrə şəxsi kitabxanaların hesabatında da bu göstərici vardı. Rəhmətlik Bahadır Mehdiyev, bizim Tariyel Abbaslı, rayonun digər nüfuzlu komissiya üzvləri xüsusi rəy yazmışdı. Həmin rəyi mən rayon qəzetində çap etdirmək istəyirdim, təəssüf o vaxt... nə isə... həmin rəydə qiymətli kitablar, dəyərli ədəbi elmi nümunələr sadalanırdı. Ayrıca qeyd olunurdu, Sərdar Əsədin, Sabir Əhmədovun, Sabir Süleymanovun və sənin, yəni İsmayıl İmanzadənin adları o vaxt bu əsas şərtlərdən biri idi. Çəbrayıldan olan elm və sənət adamları şəxsi kitabxanalarda necə təmsil olunur.
Bir sözlə , həmin kitabxana üç hissəyə bölündü. Bir hissəsi Xələflidəki ümümi evimizdə, bir hissəsi Cəbrayıl şəhərindəki evimdə, bir hissəsi də Mərcanlıda dostum Ələsgərgilin evində qaldı. Bizim əmlakımız da elə yəqin sənin vaqonunla qonşu olaraq qənimət kimi aparılıb.
Tarixən qəsbkarlar qəsb elədikləri əraziləri talan etməkləri ilə fəxr ediblər, ancaq unudurlar yaddaşı talan etmək olmaz.
Əzizim İsmayıl İmanzadə, sən artıq xalqın tarixi mənəvi yaddaşında yaşarı haqq almısan, üzü gələcəyə yaxşı yol! Hələ görüşlərimiz, yəqin ki, yenə olar. Sevgi və səmimiyyətimizi qorusaq, qoruya bilsək, əbədiyyətdə də...
Səninlə dostluq mənim üçün fərəhdir. Asif Ata fərəhi yaşamağın özülü kimi şərh edirdi.
...Qəlbin fərəhsiz olmasın...
Oxuculardan və əziz dostum, səndən bəndənizi bağışlamaq dilərdim, mətni birbaşa, redaktəsiz yaddaşa verdim...
Əli Rza Xələfli
05.09.2020
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 05-09-2020 11:40
Baxış sayı: 3625
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02