Reklam
El yaddaşında abidəyə dönən Səfər Verdiyev
22-06-2020 18:25
Ötən əsrin 60-cı illərində, əzəmətiylə buludla görüşən, qamətiylə füsunkar yamaclarıına sığal çəkən şahanə dağların qoynunda qərar tutmuş, doğulub boya-başa çatdığım Yardımlıya güzarı düşən xalq şairi Osman Sarıvəlli o vaxtkı rayon rəhbəri Səfər Verdiyevə “Necədir” rədifli şeirində zarafatla yazır:
Dağ döşündə qartaldımı, sardımı?
Başındakı çalmadımı, qardımı?
Yardımlının hanı bizə yardımı?
Niyə demir: “Bəs qonaqlar necədir?
İllər sonra, haqq dünyasına qovuşmuş duyğulu insan, şeir, sənət xiridarı, ictimai xadim Səfər Verdiyev haqqında mən isə yazıram:
Yardımlı elində izi qalıbdır,
Dildən-dilə gəzən sözü qalıbdır,
Səfər Verdiyevin özü qalıbdır,
Dönüb abidəyə el yaddaşında.
Ömrə bir şəfəqdir elin rəğbəti,
Sonda qazancımız bir el rəhməti.
Səfər Verdiyevin hörmət, izzəti
Dönüb abidəyə el yaddaşında.
Nur saçan bir amal, məslək yiyəsi,
Deyirlər dünyanın xeyirxah səsi.
Səfər Verdiyevin həyat qayəsi
Dönüb abidəyə el yaddaşında.
Dağlar vüqar rəmzi, məğrurluq rəmzi,
Sədaqət, mərdliyə səsləyir bizi.
Səfər Verdiyevin əməli, əzmi
Dönüb abidəyə el yaddaşında.
Qeyd edim ki, Səfər Xəlil oğlu Verdiyev 1923-cü ildə Kəlbəcər rayonunun Yanşaq kəndində dünyaya göz açmışdır. Uzun illər idarəetmə işində, məsul vəzifələrdə çalışmışdır. 1955- 1973-cü illərdə Kəlbəcər və Yardımlı rayonlarına rəhbərlik etmişdir. 27 avqust 2003 cü ildə Bakıda vəfat etmişdir.
Səfər Verdiyevlə bağlı maraq doğuran bir yaddaş-yaşantını millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı belə xatırlayır: “Yardımlıda oxuyanda kəndlərdən gələn uşaqlar yataqxanada qalırdı, eləcə də mən. 8-10 uşağın bir yerdə qaldığı böyük otaqlar idi. Dağ çayının qırağında qızdırıcı olmayanda gecə şaxta çökürdü. Şagirdlərin arasında mənə qarşı xüsusi rəğbət vardı, sözümü eşidirdilər. Bir gün uşaqları toplayıb, dedim: “Sabah dərsə getməyəcəyik. Səhər heç kəs yatağından durmadı. Birinci dərs keçdi, ikinci dərs keçdi...
Direktor məni otağına çağırıb: “Sən sovet məktəbinə qarşı üsyan qaldırmısan?” Mən yenə eyni cavabı verdim: “Bizim imkanımız yoxdu, gecə soyuq olub, donub yapışmışıq çarpayıya”. Direktor qəzəbləndi və məsələni pedaqoji şuraya qoydu. Mənim təşkil etdiyimi bilib, məktəbdən qovmaq istədilər. Onda məni Yardımlıda raykomun birinci katibi Səfər Verdiyev xilas etdi, yoxsa məktəbdən qovacaqdılar.”
Mahir Qabiloğlunun müəllifi olduğu “Şair Qabilin o dünyadan məktubu” adlı məqaləsində, gənclik illərində Yardımlıda müəllim işləmiş xalq şairi Qabilin dilindən maraqlı bir epizod var: “O vaxtkı bütün raykom katiblərini tanıyırdım. Hamısıyla da dost idim. Sabiq olandan sonra da hərdən rayona gəlib-gedirdilər. Amma camaat bu sabiqlərlə mehribanlıqla görüşəndə belə müraciət edirdilər: “Yoldaş katib, salam. Yoldaş katib, necəsən?”. Yaxud da sabiqlərdən biri Yardımlı rayon Partiya Komitəsinin 1-ci katibinə (Səfər Verdiyevə) telefonla zəng çalanda, telefonçu qız onları çalaşdıranda bilirsənmi necə təqdim edirdilər? “Yoldaş katib, yoldaş katib Sizinlə danışmaq istəyir”. Onlar bunu qazan-mışdılar”.
Bəli, Yardımlının yaşlı və orta nəsli Səfər Verdiyevi bu gün də hörmət və ehtiramla xatırıayır.
Səfər Verdiyevin qardaşı, iqtisad üzrə fəlsəfə doktoru Rəhman Verdiyevin təbirincə desək: “Öz fəaliyətində əsas meyarı xalqın partiyaya itaətində deyil, əksinə, partiyanın xalqın xidmətində olmasına çalışan bir partiya rəhbəri kimi Səfər Verdiyev rayonun qədirbilən insanları tərəfindən həmişə dəstəklənirdi və xalq ona ar¬xa dururdu. O, partiya işini nadanlığa deyil, xeyirxahlığa istiqamətləndirirdi. Çüki o yaxşı bilirdi ki, xalq öz səbri, ədaləti ilə haqqı nahaqdan daha yaxşı seçir, nadanlığı da yaxşı dərk edirdi.” (R. Verdiyev, “Qardaşımdan qalan dünya” (2004) kitabı)
Səfər Verdiyevin xarektirik cəhətini şərtləndirən bir amil də onun xislətcə yaradıcı bir insan, ədəbiyyata, poeziyaya bağlılığı olub.
Səfər Verdiyevin saza-sözə bağlılığını, el arasında sevildiyini özündə ehtiva edən, Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru, şəxsiyyətinə hörmət bəslədiyim qələm sahiblərindən olan Nahid Hacızadənin kövrək bir xatirəsini yada salmaq yerinə düşər: “1969-cu ilin qışı idi. Azərbaycan Radiosunda "Ədəbiyyat" şöbəsinin müdiri işləyirdim.. Bir dəstə sənət adamı ilə birlikdə Yardımlı rayonuna ezamiyyətə getmişdik. "Kənd əməkçiləri ilə görüşlər" silsiləsindən növbəti veriliş üçün bu rayonu seçmişdik. Hər gün kəndlərə çıxır, zəhmət adamları ilə görüşür, diqqətimizi çəkən insanların səsini lentə yazır, axşamlar "Qonaq evi"ndə cəmləşirdik.
Rayon partiya komitəsinin birinci katibi Səfər Verdiyev idi. Yaşı 38-40 arasında olar, ya da olmazdı. O, əvvəllər Kəlbəcərdə birinci katib işləyib, hörmət, etimad qazanmışdı. Hərəkətlərində, danışıq-davranışında yaşından da müdrik görünürdü. Buna görə də Yardımlı ellərində raykom katibindən daha çox camaaatın doğma, yaxın bir adamına çevrilmişdi.
Yardımlıda üç gün qaldıq. Artıq Bakıya qayıtmalı idik. Bu şərəfə "Qonaq evi"ndə yığcam bir qonaqlıq düzəltmişdilər. Rayonun rəhbər işçiləri idi, bir də biz. Tamadalığı güc-bəla ilə mənim boynuma qoydular. Kimdənsə eşitmişdim ki, birinci katib yaxşı saz çalır. Bunu Yardımlıda, bəlkə də, iki - üç adam bilirdi. Saz çalmağı yadıma düşdü, belə bir şərt irəli sürdüm:
- Tamadanın sözü, istəyi məclisin əsas qanunudur. Hamı onun dediyini eşitməli, yerinə yetirməlidir. Ümumi razılıq belə oldu ki, məclisi öz axarı ilə beləcə davam etdirim.
Axşamdan xeyli keçmişdi. Saata baxanlar, getmək istəyənlər var idi. Bir azdan məclis seyrəldi.
Ayağa qalxıb bir az çəkinə-çəkinə:
- Mən bayaq demişdim ki, tamadanın sözü, istəyi yerinə yetirilməlidir, - dedim.
Səfər müəllim nəyisə duyubmuş kimi üzümə baxıb gülümsədi. Mən ürəklənən kimi oldum:
-Könül istər ki, məclisə başına döndüyümüz saz gəlsin.
- Gəlsin, gəlsin!
Səfər müəllim işin nə yerdə olduğunu hiss edib:
- Bəlkə… Bu işi bir az da o yana çəkək?! - dedi. - İki-üç adam qalanda sazın səsi daha yaxşı çıxar.
Onun eyhamını o tərəf də, bizimkilər də başa düşdü. Saz gələndə otaqda üç nəfər qalmışdıq: Səfər Verdiyev, Rauf İsmayılov, bir də mən.
Səfər müəllim mənə sarı döndü:
- Mən o qədər camaatın içində saz çalsaydım, səsi-sorağı gedib Bakıya da çatardı. Özünüz də bilirsiniz ki, bu da birinci katibə başucalığı gətirməz. Hərdən Kəlbəcər üçün darıxanda, burnumun ucu göynəyəndə evdə özüm üçün dınqıldadıram.
O, sazı sinəsinə basıb şirin-şirin bir "Sarıtel" çaldı...”
El yaddaşında abidəyə dönən Səfər Verdiyevin “Sözü” haqqında söz açmaq istəyindəyəm. O söz ki, ədəbiyyatımızın poeziya üfüqlərində sanki sökülən dan yeridir. Şəfəq-şəfəq saçılır.
“Qardaşımdan qalan dünya” kitabının redaktoru olaraq şair-publisist Əli Rza Xələfli Səfər Verdiyev haqqında yazır: “Azərbaycanın siyasi mühitində xüsusi yeri və nüfuzu olan Səfər Verdiyev eyni dərəcədə Azərbaycanın mənəvi-ədəbi mühitinə də doğma olmuşdur. Bu gün iftixarla demək olar ki, Aşıq Şəmşir fenomeninin Səməd Vurğun tərəfindən kəşf olunmasi şəraitini məhz o, yaratmışdır...
Qətiyyətlə demək olar ki, vaxtilə Səfər Verdiyev komsomol, partiya, hökumət işində çalışmasaydı, gözəl bir şair kimi formalaşa bilərmiş.Onun şeirlərindəki səmimiyyət, aşıq poeziyasına yaxınlıq və doğmalıq, orjinal obrazlar bunu təsdiq edir və elə bu yerdə diqqətimizi çəkən bir məsələnin də üstündən sükutla keçmək istəməzdim. Aşıq poeziyasının qaydalarına yaxından bələd olan Səfər Verdiyev qoşmalarının heç birisində adını, təxəllüsünü işlətməmişdir. Bu, həmin dövrün faciəsinin izləridir. Sadəcə partiya işində çalışan bir adam üçün bir ədəbiyyat adamı olmaq ona bağışlana bilməzdi”.
Bu gün sevə-sevə dinlədiyimiz, musiqi müəllifi Aşıq Murad Niyazlı olan, Gülyaz və Gülyanaq Məmmədova bacılarının oxuduğu məşhur "Gilənar" mahnısının sözləri də Səfər Verdiyevə məxsusdur. Qeyd edək ki, “Harasındadır” adlı bu şeir 1955-ci ildə İstisuda qələmə alınıb.
Gözüm səni gördü, könlüm vuruldu,
İsbatı qəlbimin yarasındadır.
Sevmək eyib deyil bizim zamanda,
Bəs mənim günahım harasındadı?
Sevməyə bilərmi bülbül çəməni,
Laləni, nərgizi, həm yasəməni,
Nə üçün günahkar görürsən məni?
Günah o gözlərin qarasındadır.
Xəstənəm sevgilim, gəl məni dindir,
O sınıq könlümü güldür, sevindir.
İstəsən alovlat, istəsən söndür,
Qəlbim odla suyun arasındadır.
“Qəlbim odla suyun arasındadır”,- deyən S.Verdiyev Yardımlıda işlədiyi vaxtlarda Kəlbəcəri tərənnüm edən, şair Bəhmən Vətənoğluna ünvanladığı bir şeirində yazır:
Şair Bəhmən, bilirsənmi əzəldən,
Təbiətin təravəti ordadır?
Murov dağı keşik çəkir cahana,
Bu yerlərin nəzarəti ordadır.
Gözəl olur o yerlərin ilk yazı,
Kəkotusu, ətotusu, yarpızı,
Şəmşirimin gül ətirli avazı,
Ələsgərin şeiriyyəti ordadır.
Unutmaram obasını, elini,
Yağıçını, şimşəyini, selini,
Vurğun sıxmış odağların əlini,
Əllərinin hərarəti ordadır.
Şimşək çaxır səmasında, qışqırır.
Keyti dağı buludlara baş vurur,
Köksü bahar, zirvəsində qış durur.
Təbiətin məharəti ordadır.
O Keyti dağı ki, vaxtı ilə Səfər Verdiyev unudulmaz xalq şairi Səməd Vurğunun pişvazında olmuşdu. İllər sonra S. Verdiyev o görüşün təəssüratını belə bölüşüb: “Səməd gözünü çiçəklərə dikərək dedi:
-Özünüz deyin, biçarə rəssam, şair bu qədər ilhamı, sözü və rəngi haradan alsın ki, bu əsrarəngiz mənzərəni təsvir etsin. Ayların illlərin, əsrlərin, hətta zamanın təsirinə baş əyməyən gözəllik Keyti dağının zirvəsində cəm olmuşdur.
Qarşımızdakı daşda yan-yana bir neçə qartal yuvası var idi. Balalar yuvanın içində toğlu yekəlikdə görünürdü. Qartallar bizi görüb gah yuvanın ətrafınfda dövrə vurur, gah da müxtəlif istiqamətlərdə uçub səmanın ənginliklərində gözdən itirdilər. Quşların bu narahatlığı təbii idi.
Mən belə bir əsrarəngiz gözəllik qoynunda Səməd Vurğun kimi böyük bir şairlə keçirdiyim anları ömrümün ən xoş anları hesab edirdim. Odur ki, bu unudulmaz və fərəhli görüşdən vəcdə gələrək Səməd Vurğuna üz tutub səhərdən qoşub-düzdüyüm şeiri ona oxudum:
Gözün aydın, Keyti dağı,
Şairlərin gözü gəlib.
Büsatını seyr etməyə
Səməd vurğun özü gəlib.
Qönçlərin çiçək açsın,
Çəmənlərin ətir saçsın,
Dumanın, boranın qaçsın,
Vurğunun nəfəsi gəlib.
Dinləsin kəkliyin səsin,
Ağ bulağın zümzüməsin,
Saz götürüb şeir desin,
Şairin həvəsi gəlib.
Qartalların qanad çalsın.
Səmalarada lövbər salsın.
Fəxri qaravulda qalsın,
Seirin sərkərdəsi gəlib.
Bu gün dünyaya baxış, dəyərlər, elə sözə və başqa nəsnələrə münasibət nə qədər dəyişsə də, hələ ki “elin gözü tərəzidir” deyiminin ehtiva etdiyi örnək- mizan batmanlığı ilə öz məqamındadır. Sözü, özü yaddaşlara köçən Səfər Verdiyev məhz bu meyarlar fonunda söz-söz, misra-misra el yaddaşında abidəyə dönüb. Bu abidə sinəsi dağlı dağlara sarı səsləyir...
Vətən adlı bir torpaqda uyuyan,
Anamın laylası çağırır məni.
O dağlar aynası Qanlı gölümün,
Yaşılbaş sonası çağırır məni.
Tapdıq Əlibəyli
Dalidag.az

Kateqoriya: Poeziya-nəsr
Tarix: 22-06-2020 18:25
Baxış sayı: 41 283
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02