Reklam
Kəlbəcərli rəssamın kətana köçürülən ömür kitabı
25-06-2021 17:51
Təbiətin rəngi hopan kətan və...
Yaxud Nəsibənin duyğularının “cililov görməyən köhləni”ni yoran yollar
Adətən, poetik duyğular cilalı olanda, nəzmə çəkiləndə sevilir. Şairlərin könül dünyasının rənglərini rəsamlar kətana köçürməkdə çətinlik çəkirlərmi görəsən? Axı, onlar şair deyillər. Bəlkə də heç bir misranın belə müəllifi olmayıblar. Amma, onların da şairlər kimi, öz dünyaları var, rəngarəng, təzadlı, qol-boyun fikirlərlə dolu...
Sənət, peşə yollarında inamla irəliləyənlər xalqın sevimli sənətkarları kimi yaddaşa yazılırlar. Təbin, istedadın, zəhmətin bəhrəsi daim insanı ucaldır. Gənclərin bu yolda inamla irəliləməsi həm də onlara yaradılan ictimai mühitdən də asılıdır. Elə istedadlı gənclərimiz olub ki, onlar təsadüf nəticəsində tanınıb, məşhurlaşıblar.
Hər kəsə doğulduğu, dünyaya gəldiyi yurd daha doğmadır, ana qucağı kimi. Kəlbəcərdə dünyaya göz açanların bu mənada talelərinə bir qədər fərqli ömür-gün yazılıb. Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra doğma yurdundan didərgin düşənlərin taleyi üzünə gülməyib desək daha doğru olardı. Bəlkə də elə buna görədir ki, Kəlbəcərdən körpə yaşlarından qovulanların əksəriyyəti sözə, şeirə daha çox vurğun oldular! Nənələrinin dili bayatılı, babalarınınkı nəsihət dolu müdrik kəlamlar.
Kəlbəcərdə folklor çox güclü olub. Doğrudur, onu yaşadanlar az olsa da, ürəkdən-candan bağlılıqları ilə seçiliblər. Xalqımızın milli adət-ənənələrinə bağlı folklor nümunələrini, xüsusən də meydan tamaşalarından yadigar qalan “Kilimarası” və “Maraloyunu”nu bugünədək qoruyub saxlayan bir ailəni xüsusi olaraq təqdim etmək istədim. Kəlbəcər rayonunun Ağcakəndində vaxtilə məşhur olmuş Mehralı babanın ailəsində dünyaya göz açanların demək olar ki, hər biri fitri istedadları ilə diqqəti çəkib. Mehralı baba yalnız türkəçarə ilə məşğul olan loğman deyildi. O, ilk növbədə hazırcavablığı və müdrikliyi ilə tanınırdı. Bunlardan başqa bu el ağsaqqalı folklorumuzun dərin biliciyi və yaşadıcısı kimi də sevilirdi. Qəlyanı ilə bağlı çoxlu lətifələr yaradımışdı. Amma bütün bunlar bu ailənin “Maraloyunu” və “Kilimarası” xalq oyunu- meydan tamaşalarının qoruyucusu olduğunu kölgədə qoymurdu. Oğlu Süleymanlanla Şəfaqətin mədəniyyət-incəsənət sahəsində daha çox qabiliyyətli və istedadlı olmaları hamıya məlum idi. Süleyman Süleymanov bu xalq oyunları ilə sovetlər dövründə, az qala, dünyanın dörddə birini dolaşmışdı. Bu isə, həm də milli xalq sərvətimizin təbliği demək idi.
Bu günlərdə həmin ailənin daha bir istedadlı üzvünün olduğu ortaya çıxmış oldu. Süleyman Süleymanovun qızı Nəsibə Quliyeva rəssamlıq sənətinin vurğunu kimi, rənglərin dili ilə qəlbinin istəklərini ifadə etməkdə məharət sahibi imiş.
1978-ci ildə Kəlbəcər rayonunun Ağcakənd kəndində dünyaya göz açan Nəsibə Süleyman qızı da, digər həmyaşıdları kimi, doğma yurdundan 1993-cü ildə didərgin düşüb. Ata-anası Bərdədə müvəqqəti sığınacaq tapıb. O, Gəncə Dövlət Universitetini bitirdikdən sonra Yevlax rayonunun Kövər kəndində çalışır. Uşaqlıqdan ailədə saz havalrını sevə-sevə dinləyən Nəsibə xanım bu gün də həmin sənətin vurğunu və araşdırmaçısı kimi tanınır. Ozan-aşıq sənətinin incəliklərini dərindən öyrənən Nəsibə Quliyeva həm də fikirlərini, yurd ağrıları, Vətən sevgisini fırça dili ilə “danışır”.
Hələ də geniş ictimaiyyət arasında sərgilənməyən, susan əsələrin “danışan dili”nə baxaq: “Cənnət görmək istəyən...”, “Unutmaz bu, oba, bu mahal məni”, “Dərdin rəngi”, “Bir ailənin ocağı”, “El geriyə dönəcəkmi?”, “40 elin bir qapısı”, “Sərhəddən başlayan Vətən”, “Ecazkar aləm”, “Sahibsiz sübh”, “Kaman könül”, “Didərginlər”, “Közərən sözlər...”
Nəsibə Quliyevanın rəsmlərinin hər biri kətana köçürülən ömür kitabıdır. Onları oxumaq üçün gərək düşüncələrin fəlsəfənin açarı olsun. Rənglər haqqında özünəməxsus fikirləri var rəssamın. Rənglərin də deyir ki, doğmaları, yadları, istiləri, soyuqları olur. Hər bir rəngin aldığı çalar onun xarakterini dəyişə bilir. Təbiətin rənglərini harmoniya şəklində kətana köçürəndə rəssam tərki-dünya olmursa, onun yaratmaq istədiyi obraz alınmaz, sönük, yəni ananın dünyaya şikəst gətirdiyi balasına oxşayar. Buna görə də təbətin dilini bilmək şair rəssamlara xas olur. Hikmətli sözlər kimi, rəsmlər də müdrik olmalıdır, müasirliklə klassizm çulğaşanda bitkin olur əsər.
Bir tablonun üzərində müxtəlif mənzərələr yaratmaq üçün rəssamın təxəyyülü güclü olmalıdır. Fırça da rəssamın dilidir, həm də səssiz-səmirsiz. Tablo danışmırsa, heç nə.
Məhəmməd NƏRİMANOĞLU
Dalidag.az
Kateqoriya: Mədəniyyət
Tarix: 25-06-2021 17:51
Baxış sayı: 41 519
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02