Reklam

Qənirə Paşayeva “Aşıq Şəmşir” kafedrasının fəaliyyət perspektivləri ilə bağlı “Dəyirmi Masa”da çıxış edib
28-01-2021 18:54

Dalidag.az-ın məlumatına görə, komitə sədri deyib ki, kafedranın quruluş məqsədləri və fəaliyyət planı Aşıq Şəmşir irsi, xalq musiqi irsi və dastançılıq ənənələri ilə yanaşı Kəlbəcər, Qarabağ torpağında yaşananlar – ümumən Azərbaycan həqiqətlərinə də diqqəti cəlb edəcək. Bu kafedra Mehriban xanım Əliyevanın adı ilə sıx bağlı olan Azərbaycan-UNESCO əlaqələrin güclənməsinə yeni töhfə olmaqla, əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcək.
Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin Aşıq Şəmşir yaradıcılığına, xatirəsinin əziz tutulması və irsinin tədqiqata cəlb edilərək, öyrənilməsinə, qorunmasına həmişə diqqət-qayğı ilə yanaşdığını minnətdarlıqla vurğulayıb.
Komitə sədri qeyd edib ki Aşıq Şəmşir kafedrasının fəaliyyəti, ustad aşığın yetişməsi, formalaşması zəminin də beynəlxalq diqqətə gələcəyini, Miskin Abdal, Ağdabanlı Qurban, eləcə də, Aşıq Ələsgər adının, onların parlaq yaradıcılıq mətn-mündəricəsinin yeni tədqiqatlarına vəsilə olacağını söyləyib:
“Azərbaycanın görkəmli saz-söz sənətkarı Aşıq Şəmşirin adını daşıyan bu kafedra öz planında – dastançılıq ənənələri üzrə bir ilkdir. Ona görə də, UNESCO kafedrası sadəcə, respublikamız üçün deyil, türk dünyası üçün, ümumən region və dünya üçün önəm daşımaqdadır. Təbii ki kafedra Azərbaycanın, o cümlədən Folklor İnstitutunun xalq musiqisi və dastançılıq ənənələri üzrə regionda, dünyada beynəlxalq mərkəz kimi tanıdılmasına özünəməxsus xidmət göstərəcək. Kafedra Azərbaycanın zəngin mədəni irsini özündə ehtiva edən xalq musiqimizin, dastanlarımızın, ümumən folklorumuzun köklərinə diqqəti artıracaq, onların beynəlxalq miqyasda, yeni nəzərlərlə araşdırılmasında rol oynayacaq. Bu isə öz növbəsində respublikamızın ayrılmaz parçası olan Kəlbəcərin, Qarabağın şifahi xalq ədəbiyyatı və musiqi mədəniyyəti ənənələrinin diqqətə gəlməsinə, əslisiz erməni iddialarına qarşı tutarlı elmi cavabların tirajlanmasına vəsilə olacaq.
Fürsətdən istifadə edib, Mədəniyyət nazirliyimizə, UNESCO-da Azərbaycan nümayəndəliyinə, Folklor İnstitutuna, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinə təşəkkür edir, uğurlar arzulayıram”!
Dalidag.az





Yazı axını
25 / 02 / 2021
25 / 02 / 2021
25 / 02 / 2021
24 / 02 / 2021
24 / 02 / 2021
24 / 02 / 2021
24 / 02 / 2021
23 / 02 / 2021
23 / 02 / 2021
23 / 02 / 2021
23 / 02 / 2021
23 / 02 / 2021
22 / 02 / 2021
22 / 02 / 2021
22 / 02 / 2021
22 / 02 / 2021
22 / 02 / 2021
21 / 02 / 2021
21 / 02 / 2021
21 / 02 / 2021
21 / 02 / 2021
20 / 02 / 2021
Ən çox oxunanlar