Reklam
İrəvandan yük maşınında qaçan, özündən 24 yaş böyük direktorla evlənən, İran şahının sevimlisi olan Xalq artisti
12-05-2020 20:08
Dalidag.az böyük sənətkar, Xalq artisti Sara Qədimova haqqında maraqlı faktları təqdim edir.
Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olsa da, hər kəs onu qarabağlı kimi tanıyıb. Əslən Ağdamın Abdal-Gülablı kəndindən idi.
***
Atası Bəbiş kişinin böyük qızı idi Sara. Uşaqlıq illəri Abdal-Gülablı da keçib. Usta sənətkarların səslərinə heyran qalan Sara - Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Xan Şuşinskinin ecazkar ifalarını da ilk dəfə orda dinlədi. Atası onu Gülablıda qurulan musiqi məclislərinə aparırdı. O məclislədə xanəndələr yalnız muğamlar, xalq mahnıları oxumurdular, həm də musiqidən danışırdılar.
***
Anası qızına musiqini sevdirir, muğamların, mahnıların sözlərini öyrədirdi. Bu baxımdan ata-ana sarıdan bəxti gətirən Saranın xoşbəxtliyi qısa çəkib. Əvvəl anasını, iki il sonra isə atasını itirib. Dörd bacı, iki qardaş başsız qalıblar.
***
1938-ci ildə özfəaliyyət kollektivlərinin baxış müsabiqəsi keçirilirdi. Sara Qədimova da bu müsabiqə də iştirak edirdi. İlk dəfə nəhəng sənətkarların qarşısında çıxış edirdi. “Qatar”ı oxumağa başlayıb. Ardınca “Gəlmə-gəlmə” xalq mahnısını ifa edəndən sonra Üzeyir Hacıbəyov heyrətdən donub qalıb.
***
Sara xanımın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi nəhəng ustadların təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb.
***
1941-ci ildə Üzeyir bəyin təklifi ilə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna, Hüseynqulu Sarabskinin muğam sinfinə qəbul olundu. Hüseynqulu Sarabskidən musiqi sənətinin sirlərini öyrənib. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınmağa, sevilməyə başlayıb.
***
22 yaşında növbəti konsertlərinin birində həyatının axarını dəyişən bir təklif alır. Sonralar Sara Qədimova xatırlayırdı: “Qədir müəllim Tibb Texnikumunun direktoru idi. Mən mamalıq şöbəsində oxuyurdum. 1944-cü ildə bir gün konsertdən sonra Qədir müəllim mənə yaxınlaşıb ciddi şəkildə "Səninlə ailə qurmaq istəyirəm", - dedi. Sara xanım ilk öncələr tərəddüd edir, buna səbəb Qədir İslamzadənin Saradan 24 yaş böyük olması idi. Ancaq Sara xanım onunla evlənir. Lakin 8 il sonra cütlük evliliklərini bitirirlər.
***
Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl prezident seçilməmişdən əvvəl Bakıda səfərdə olarkən Sara Qədimovanın ifasını dinləyib. Sara xanım o zaman Abbas Səhhətin məşhur “Könlümün sevgili məhbubu mənim, vətənimdir, vətənimdir, vətənim” qəzəlini muğam üstündə ifa edərkən Dəmirəlin çox xoşuna gəlib. Dəmirəl prezident seçiləndən sonra Sara xanımla görüşüb.
***
1944-cü ildə Xan Şuşinski ilə Sara xanım Rza şahın dəvəti ilə İrana dəvət alır. Şahın qarşısında çıxış edən Sara xanımın ifası şahı necə valeh edirsə, ona orden bağışlayır.
***
Sara Qədimovanın opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yaddaşlarda dərin iz qoyub. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb.
***
Sara xanım 50-ci illərdə ən çox dinləyicisi olan, sevilən sənətkarlardan idi.
"Nə vaxta qaldı", "Ay işığında", "Pıçıldaşan ləpələr", "Ürəkdir sevən səni" və daha neçə-neçə mahnısı dillər əzbəriydi. 1954-cü ildə Əməkdar artist adına da layiq görüldü.
***
Sara xanım 1969-cu ildə İrəvana qastrol səfərinə yollanır. Gecə Canəli Əkbərovla ilə Güldüzü kəndində kolxoz sədrinin evində söhbət edirlərmiş. Qəfildən qapı açılır və bir kişi içəri keçir. Konsertin hansı dildə olacağını soruşur. Sara xanım da cavab verir ki, afişada yazılıb, gedin oxuyun. Bu kişi də erməni imiş. Sabahsı günü konsertdə işıqları söndürürlər. Telefonlar kəsilir, aləm dəyir bir-birinə. Bu qarmaqarışıqlıqda Sara xanımla Canəli Əkbərov yük maşınına minib aradan çıxa bilirlər.
***
Xalq şairi Məmməd Araz onun səsinin vurğunu idi. Sara xanıma ünvanlanmış şeir də yazmışdı. Onu Azərbaycan musiqisinin “ağ çiçəyi” adlandırmışdı.
***
2003-cü ilin 12 mayında uzun sürən xəstəlikdən sonra Sara Qədimova vəfat etdi.kulis.az
Dalidag.az

Kateqoriya: Mədəniyyət
Tarix: 12-05-2020 20:08
Baxış sayı: 4820
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02