Reklam
Nailə Mirzəyevanın "Vicdan əzabı" (Hekayə)
29-09-2019 10:15
Üç ildir hərbi xidmətdən qayıtdığım. Ancaq hələ bir dənə ürəyimcə olan iş tapmamışam. Əvvəllər iş tapmağın belə çətin olacağını düşünmürdüm. Axı nə çətinliyi ola bilərdi?Enerji ilə dolu bir gənc üçün işləmək nədir ki? Amma, vallah, yoruldum axtarmaqdan. Hər yerə sorğu da göndərdim. Ancaq restoran xidmətçisi işi var, vəssalam. Nə edim? Evdəkilərdən “pul dilənməkdən” ki yaxşıdır.
Yaxşı işləməyə çalışırdım. Elə evdəkilər də deyirdilər ki, “bala, ən yaxşısı halal çörək yeməkdir. Sənin işin pulladı. Əlini təmiz saxla”. Tezliklə dostlaşdım resorandakı uşaqlarla. Deyəsən, onlar da məni sevməyə başlamışdı. Xüsusilə də müdir. Belə olmasaydı restoranın açarını mənə etibar etməzdi. Özümün gül kimi sənətim ola bilərdi-musiqiçi. Ancaq ehtiyac üzündən hazırlığa gedə bilmədim. İndi də bilirsiz da qəbulu? Aləm qarışıb bir-birinə. Nə isə... Sənətimin ardınca getmədim, indi də belə. Qarılar demiş: qismət. Yenə günahı qismətin üstünə yıxdıq.
Əvvəllər evə vaxtında gedirdim. Ancaq sonra müdirin mənə olan “ etimadı” hər şeyi dəyişdi. Səhərlər iş, axşamlar isə “can qonaqlığı”, tez-tez dənizkənarı “istirahət zonalarına” gecə səyahəti. Gənc adam üçün pis deyildi. Bircə anam deyinməsəydi, bəlkə heç evə getməzdim. Yavaş-yavaş alışırdım bu həyata. Elə bilirdim ki, həmişə belə olacaq. Ancaq bir gün çox qanıqara gördüm müdiri:
-Çıxıb xaricə gedəcəm. Bu nədi, alə? Adamı adam kimi işləməyə də qoymurlar.
İşçilərlə baxışdıq. Ancaq heç kəs nə olduğunu anlamırdı. Elmira adlı qabyuyanımız da heç nə bilmirdi. Açığını deyim ki, Elmiraya yazığım gəlirdi. Əri içki düşkünü idi, işləmirdi. O da restorandan iznsiz yemək apararkən tutulmuş, o gündən də “oğru” ləqəbinə dözməyə məcbur olmuşdu. Nə isə.. Müdirin əsəbləşməyinin səbəbini sonra öyrəndik: tanınmışlardan birinin uşağı bizim restorana ad gününə gəlib və bəyənib buranı. Alıb ona hədiyyə edəcəklər, vəssalam.
Bilirsiz, hər şey başqa cür idi. Restoranda Gülnar adlı xanıma xüsusi münasibətim vardı. Düzdür, o ərindən ayrılmışdı, həm də məndən bir neçə yaş böyük idi. Ancaq ondan xoşum gəlirdi. Hətta, evdəkilərdən xəlvət kredit də götürmüşdüm onun üçün. Bir dəfə məndən
-Nədi? Alacaqsan məni? Səndən böyüyəm e... həm də anan qoymaz.-demişdi.
-Heç kəs mənim işimə qarışa bilməz. Kredit də mənlikdi,-dedim.
Amma indi mənim dərdim daha böyük idi: bir yandan işimi itirmək, bir yandan da “kişilik edib götürdüyüm” borcu qaytarmaq. Tərslikdən bütün ərk etdiyim tanışlarımın da kredit borcları var. Deməli, ağız açmağa adam belə yoxdu. Elə müdir özü də öz toyuna hazırlaşırdı. Yəqin evlənib xaricə getməyi planlaşdırırdı. Nə etsin? Amma, ən azından onun əlində “mayası var”, iş quracaq. Bəs burda işləyən bu qədər işçi? Həm də əlində heç bir sənəti olmayan və rəhbərlik tərəfindən hər axşam “can qonaqlığı” ilə şirnikləndirilən biz nə edəcəyik? Qanım bərk qaralmışdı. Bir neçə gün sonra buradan çıxacağımız dəqiqləşdi. Müdir bir-bir görüşdü bizimlə. O da pərt idi. Amma nə edə bilər? Əşyalarımızı yığıb, açarları yeni sahibinə verdik. Əlvida, restoran, əlvida, qarsonluq, əlvida, “canlar”.
Bir neçə ay işsiz gəzdim. Açığını deyim ki, bezmişdim bu vəziyyətdən. Saatlarla divanda uzanıb telefonda yazışmaq da bir iş deyilmiş. Bank da bir tərəfdən. Artıq üç aydır ki, borcumu ödəyə bilmirəm.
Tez-tez özüm kimi işsiz məhəllə uşaqları ilə bir yerə yığışırdıq.Gücümüz ancaq çay almağa çatırdı. O da pul atışanda. Söhbətimiz belə olurdu:
-Alə, neynədin banknan?
-Nə bilim. Zəng edib dəng edirlər. Hardan alım? Özümü pul edim? Deyirəm işləmirəm, pulum yoxdu. Olanda verəcəm. Qurtardı.
Guya zarafatlaşırdıq. Ancaq hiss edirdik ki, bu əyləncələrin özündə də bir qırıqlıq, yarımçıqlıq var, lap bizim yaxşı iş tapmaq arzumuz kimi. Evdə ən çox böyük qardaşımla qarşılaşmaq , üz-üzə gəlmək istəmirdim. Elə bil baxışları ilə danlayır adamı.
Yenə də şəhərin küçələrini dolaşıb iş axtarıram. Həqiqəti desəm, artıq utanıram evdəkilərdən. Özüm də hiss edirəm ki, yaxşı övlad deyiləm. Sənətim yox, pulum yox. Arada köhnə kolleqalarıma zəng edirəm. Elə hamısı mən gündədi. İndi qəribə zamandır. Elə bil iş yerlərinin rəhbərləri bir-biri ilə sözləşib. Qapıların üstünə iş elanı yapışdırırlar. İşi soruşanda isə cavab belə olur: ancaq 25 yaşadək qızlar qəbul olunur. Həm də boyu 1m 70santimetr olsun. Maraqlı işə qəbul üsuludur. Bunlar hamısı bir yana. Hisslərimlə çətin bacarıram. Pis öyrətdi məni müdir.
Nəhayət ki, dörd ay işsiz gəzdikdən sonra dostların köməyilə bir iş tapmışam. Düzdür, ürəyimcə olmasa da, maaşı az olsa da , yenə ölmə-sürün gedirəm. Əvvəl imtina etmək istədim. Sonra qardaşımın narazı baxışlarını yadıma salıb, razılaşdım. Ən çox da uniformadan xoşum gəlmir. Özümü zəncirlənmiş kimi hiss edirəm. Burda isə uniforma məcburidir. Həm də öz pulumuzla alırıq.
Bir az rahatlaşmışam. Yəqin ki, məni bu yaşda işsiz gəzənlər yaxşı anlayar.
Arabir valideynlərim evlənməkdən söz salırlar yanımda. Düzdür, xoşuma gələn qız var idi. Ancaq alınmadı bizimki. Mən ondan anasının sözlərinə görə vaz keçdim. Bizim münasibətimizi biləndə qohumlara:
-O hələ g..ə şalvar ala bilmir. Nə evlənmək?-deyib.
İndi o gəlindir. Bir xeyli müddət özümə gələ bilmədim. Sən demə, sevirmişəm onu.Yenə də “qismət” deyəcəm.
Amma son zamanlarda heç kəsə deyə bilmədiyim, sirr saxladığım bir iş etmişəm. Bilmirəm, bu qismətdir, yoxsa, vicdansızlıq? Məncə, pis iş tuturam. Ancaq edirəm bunu. Qapıbir qonşunun arvadına tamah salmışam. O da mənə laqeyd deyil. Xəlvətdə görüşüb söhbətləşirik. Məndən 13 yaş böyük olsa da, hələ , necə deyərlər, “şəkli üstündədir”. Bilmirəm məndə nə görüb 2 uşaq anası olan bu qadın. Ən dəhşətlisi də odur ki, əri bizə “qardaş” deyir. Doğrusu, onu görəndə gizlənməyə yer axtarıram. Çalışıram, rastlaşmayım onunla. Ancaq olmur. Gündə, heç olmasa, bir dəfə də olsa görüşüb salamlaşırıq. Mənim üçün bu dəhşətdir.
Bir gün evə gələndə giriş qapısında elan gördüm. Bizim blokda kim isə evini satır. İndiki dövrdə bu adi hal olduğu üçün çox maraq göstərmədim.
İşə yeni başlamışam. Pul qazanmağa, nələrsə etməyə çalışıram. Bankdan zəng gələndə ürəklə “bu yaxınlarda ödənişə başlayacam” deyirəm. Bir sözlə, hər şey irəlidədir. Bir gün anam
-Üzbəüz qonşu evini satır. Əlimizdə pul olsaydı, alardıq. Bilirsənmi, Kamilin (ev sahibinin adı belə idi) bacısı qonşulara deyir ki, “burda bizimki gətirmir. Bəzilərinin gözü götürmür bizi”,-dedi.
Bu sözlərin nə qədər doğru, ya yalan olduğunu bilmirəm. Amma özümü çox günahkar hesab edirəm. Elə bilirəm ki, onlar evlərini mənə görə satırlar. Düzdür, onların evində baş verənlərdən xəbərim olmasa da, sanki üşüyürəm o qapıdan keçəndə. Elə düşünürəm ki, bu dəqiqə o qapıdan çıxan adam dünyanın ən soyuq qılıncı ilə vuracaq məni.
Bilirsiz, son zamanlar o xanımdan da gen gəzməyə çalışıram. Əvvəl məni küçədə görəndə yaxınlaşan, ərklə zarafat edən o xanım da əvvəlki diqqəti göstərmir mənə. Ancaq başa düşürəm ki, pis iş tutmuşam. Mənə olan inamdan pis niyyətlə istifadə etmişəm. İndi də məni kəsən öz vicdanımın sazağıdır. Bu vicdan əzabından necə qurtaracağımı bilmirəm. Günahkaram.
Nailə Mirzəyeva

Kateqoriya: Manşet / Poeziya-nəsr
Tarix: 29-09-2019 10:15
Baxış sayı: 3935
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23