Reklam

"Ağ rəngli aşırım"-ın qara taleyi...
16-04-2020 13:21

Dalidag.az -ın məlumatına görə kəndin indiki ərazisində Dəmirçidam kəndinin binəsi olub. 1905-ci ildə həmin kənddən dəlləkli, məmmədli, məhərrəmli, feyzalılar adlı nəsillərə mənsub olan ailələr burada daimi məskən salıblar. Kənd də Ağdaban dağının adı ilə əlaqədar olaraq belə adlandırılıb. Daban türk dillərində "dağ keçidi" ,"aşırım" mənası daşıyır. Toponim "ağ rəngli aşırım", "ağımtıl dağ keçidi" mənasındadır. Daban sözü geniş arealda yayılmışdır. Azərbaycanda (Ağdərə, Şərur rayonları) Ağdaban adlı dağlar da mövcuddur.
Yaşlı adamların dediyinə görə Ağdabanın adı təhrif olunub. Kənd çox dumanlı olub. Özü də bəmbəyəz, ağappaq. "Ağ duman " sözü illər getdikcə təhrif olunaraq "Ağdaban" şəklində qalıb. Kəndin adı repressiyaya uğrayıb. İndi bunun bir o qədər vərqinə varılmasa da, hər halda, tarix saxtalıq sevmir. Həmin bu Ağdaban kəndi Usaçıq kəndi ilə (Caparla) uzun illər qonşu olub. Başqa bir variantda Ağdaban sözünün yaranmasını monqol-tatarların Azərbayana gəlməsi ilə əlaqələndirirlər. Deyilənlərə görə monqol-tatar qoşunları səfər zamanı Murovdağ silsiləsindən aşarkən indiki Ağdaban kəndinin yerləşdiyi ərazidə dincəlməli olurlar. Bu ərazidə dağ ağ rəngə çalır. Daban monqol-tatar ləhcəsində dağ deməkdir. Ağdaban yəni, Ağ rəngli dağın ətəyində yerləşən kənd deməkdir. Kəndin bünövrəsini XIX əsrin sonlarında Kəlbəcərin Dəmirçidam kəndindən gələn Məşədi Məmmədalı, Məşədi Hümbət, Kərim, Qasım və bir neçə nəfər başqa qohum-əqraba qoymuşlar.
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni seperatçıları tərəfindən hücuma məruz qalmışdır. Kənd bir gecədə tamamilə yandırılmış, kəndin 779 sakininə işgəncələr verilmişdir. İşğal zamanı ermənilər tərəfindən 67 nəfər qətlə yetirilib, 90-100 yaşlı 8 qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılıb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib, 2 nəfər itkin düşüb. Hal-hazırda Ağdabanda Ermənistan Ordusunun 538-ci motoatıcı alayı yerləşib. Bu alaya daxil olan əsgərlər Murov dağlarındakı cəbhə xəttində xidmət edirlər.
Ağdabanın: Turun yalı yurd, Qaraqaya yurdu, Salmanın yurdu, Cəmilli yurdu, Daşarası yurdu, Alxanın yurdu, Həmzəçimən yurd, Dərə yurdu, Buruc yurd, Qoyun yurdu, Qönçənin yurdu, Yalaq yurd, Buzluğun başı yurd, Daş ağılı yurdu, Çiçəkli yurdu, Töməlin yurdu adlı bir-birindən gözəl yaylaqları,
Aşağı turş sular, Yuxarı Çayqovuşan Turş suyu (Qurban bulağı), Böyrək bulaq, Çayqovuşan bulağı, Salehin bulağı, Novlu bulaq, Ağ bulaq, Qara bulaq, Xaşa Hüseynin bulağı, Adam bulağı, Ədil bəyin bulağı, Qızlar bulağı, Gur bulaq, İsmayılın bulağı, Fatma bulağı, Buz bulaq, Qönçə bulaq, Çilli bulaq, Onğöz bulaq, Rza bulağı, Daş arasının bulağı, Suçıxan bulaq, Qönçə bulaq, Əsgər dərəsi bulağı, İnjener(mühəndis) bulağı, Gülgəz bulağı, Daş nov bulağı, Zimli bulaq kimi bumbuz bulaqları və
Böyükdüz, Şirin oğlunun yalı, Atqoruğu, Sarı dağ, Ağdabanın yalı, Turun yalı, Daşagıl, Daş yeri, Talanın başı, Dovudlu, Qurqanın yalı, Sarıdərə, Çöplü dağı, Çöplü göl, Buzluğun yalı, Misirin kolavatı, Qaraşiş, Boyun, Ardışlı boyun, Ələm ağacı, Turş suyun talası, Təkalma, Şəkər talası, Sarıxır, Seyid Məmməd biçən boyun, Kalafalıq, Quşdəfi, Bayramın dəyirmanı, Əmrahın dəyirmanı, Şırşırın başı, Taxtadüz, Qarmaqitən, Rzabulağı, İsmayılın düzü, Daşarasının çayı, Çayqovuşanın çayı, Ağdaban çayı, Şabanın meşəsi, Sadığın meşəsi, Dəlləyin yeri, Yuxarıki çüxur, Aşağıki çüxur, Qəddərənin calağı, Şəmşirin biçənəyi, Kərəm arı odlayan, Şabanın qılıcı, Kilsənin meşəsi, Xaçın tili, Yolayrıcı, Qəbirstanlığın təpəsi, Tozluğun meşəsi, Təkgöl, Qara, Palıdlıq, Buzluğun boynu, Otaqqaya, Qara zağalar, Çilik yalı, Alışan yurdu, Kilsəlisu, Sandıqqaya, Quşyuvası, Seyid Məmməd qayası, Ədil bəyin zağasi, Əhəng qayası, Namaz qayası, Kəkilmeşə, Keçikeçi dərəsi, Asdanqazan, Sarıgüney, Mirfəttahın yalı, Yeddiqardaş dağı, Çöplünün dağı, Göydağ, Qaragüney, Qantəpərli, Qırcıl, Topallıq, Qurbanın calağı, Yuxarıki xırman, Aşağıki xırman, Fatma dağı əkən, İtyolu, Dəflərin dərəsi, Sarı Alının yurdu, Quş dərəsi, Məmmədcəfər meşəsi, Dəli Alının meşəsi, Məhəmməd yolu, Qəmbəri ağac vuran, Mirfəttahın güneyi, Gözdəkqaya, Zimlibulaq, Yolçu boynu, Damın dərəsi, Damın güneyi adlanan məşhur yerləri indi erməni vandallarının əsiridi. Rəzil düşmən minbir dərdə dərman, bumbuz bulaqlarımızdan içib, yaylaqlarımızda kef çəkirlər. Üstəlik tarixi məskənlərimizin adlarını da dəyişirlər... El-obamıza, yurdumuza dönmənin vaxtı çoxdan çatıb. Biz nəyi gözləyirik?!!
Dalidag.az



Yazı axını
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar