Kəlbəcər ictimaiyyətinin fəalları bir araya gəldi  - Şəkillər

23-12-2024 19:45

Kəlbəcər ictimaiyyəti görüşüb. Nəhayət 30 ildən artıq vaxtdan sonra yurd ağrısı çəkən kəlbəcəlilərin fəal kəsimi bir araya gəlib.
Dalidag.az xəbər verir ki, Kəlbəcərə Qayıdış İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən görüşdə kəlbəcərli ziyalılar, alimlər, aşıqlar, şairlər və mətbuat nümayəndələri iştirak ediblər. 
Əsasən yurda qayıdışla bağlı müzakirə və fikir mübadilələrinin nəzərdə tutulduğu görüşdə Kəlbəcərin tarixi, təbiəti, xüsusi özəllikləri haqqında söz açılıb. Eyni zamanda Kəlbəcər ictimaiyyətinin üzdə olan simaları, elm və yaradıcı zümrə  gördükləri işlər barədə danışıblar.
Tədbirdə həmçinin, doğma torpaqlara qayıdışla bağlı görülən işlər, problemlər, əldə olunan nailiyyətlər, nöqsanlar  diqqətə çatdırılıb.
Tədbir iştirakçıları azad torpaqlara qayıdışın vacibliyini vurğulayaraq, bildiriblər ki, Kəlbəcərdə və işğaldan azad olunan digər yaşayış bölgələrində məskunlaşacaq insanların sosial təminatının yaxşılaşdırılması öncül məsələlərdəndir.   Sakinlərin sahibkarlıqla məşğul olmasına şərait yaradılmalsı və bunun üçün ciddi işlərin görülməli olduğu fikri də müzakirə mövzusunda yer tutub. Tədbirdə qayıdışla bağlı bir sıra önəmli təkliflər olub.
Görüşdə kəndlərin birləşdirilməsi məsələsi də müzakirə olunub. Bunun doğru siyasət olmadığı vurğulanıb. Bildirilib ki, bu addım tarximizin üstündən xətt çəkilməsinə, tarixi dini abidələrimizin itb batmasına səbəb olacaq.Tədbir iştirakçıları bu və digər problem və nöqsanların aradan qaldıralacağına inandıqlarını dilə gətiriblər. 
Görüşdə Kəlbəcərə qayıdışla bağlı və Kəlbəcər ictimaətinin maraqlarının qorunmasının təmin edilməsi məqsədi ilə işçi qrupunun yaradılmasını təklifi irəli sürülüb və qəbul edilib.

Sevinc
Dalidag.az
0b07f6626bbbedbd72c5b63e64852cd0.jpg
6b3e6028b0efdbe7a9f755dd55029602.jpg

9cf4c11686cf9eeef7b7833c4dfa97f3.jpg


Kateqoriya: Kəlbəcər
Tarix: 23-12-2024 19:45
Baxış sayı: 316
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını