Reklam
İsti su və İstisu sanatoriyası Kəlbəcər Muzeyi materiallarında necə xatırlanır? - VİDEO
27-06-2022 22:05
Ramiz Nəcəfli
Bakı Dövlət Universiteti Tarix Fakültəsinin dissertantı
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 26-da Kəlbəcərə səfəri zamanı İstisu sanatoriyasının təməlini qoyub. Xalqımız üçün xeyirli olsun. İstisu sanatoriyasının keçmişi və gələcəyi ilə bağlı çox fikirlər səslənib və bundan sonra da mütəxəssislərin münasibətləri ilə tanış olacağıq. Məlumat üçün bildirim ki, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi nəinki tarixi abidələrimizi özündə qoruyub saxlayırdı, bütövlükdə götürdükdə yeraltı və yerüstü sərvətlərimizin öyrənilməsi baxımından bir elmi ocaq idi. Burada elmi işçi kimi çalışdığım müddətdə Kəlbəcərin digər sərvətləri ilə yanaşı Allahın xalqımıza bəxş etdiyi möcüzəvi isti su haqqında muzeyin fonduna daxil olan materiallarla tanış olurduq. Bu işdə bir zamanlar İstisu sanatoriyasına rəhbərlik etmiş həkim Yusif Süleymanlının verdiyi məlumatlardan da yararlanırdıq. O, demək olar ki, hər axşam muzeyə gələr və bu mədəniyyət ocağının rəhbəri Şamil Əsgərovla söhbətlər aparardı. Odur ki, öncə İstisu sanatoriyasının özünün yerləşdiyi ərazidən tutmuş, onun klimatı və buradakı isti su bulaqlarının əhəmiyyəti haqqında bir neçə söz demək yerinə düşərdi.
İstisuda müalicə-istirahət zonası 1928-ci ildən yaradılmağa başlanmışdır. İkinci dünya müharibəsinin başlanması tikinti işini ləngitsə də, 1945-ci ildən davam etdirilmişdir. 1951-ci ildə Azərbaycan SSR EA Səhiyyə Nazirliyi ilə birgə, M.Qaşqayın rəhbərliyi ilə İstisu kurortuna böyük elmi briqada göndərilmişdir. Briqada isti suyun əmələ gəlməsi, ehtiyyat mənbələri, sutkalıq, aylıq, illik debiti, suyun hidroloji və fiziki kimyəvi xassələrinin öyrənilməsinə aid hərtərəfli tədqiqatlar aparıb, qiymətli nəticələr əldə etmişdir.
Professor M.M.Əfəndizadə və A.M.Mamedov 1952-ci ildə İstisu kurortunda apardıqları tədqiqatlardn məlum olmuşdur ki, kurort havasının 1 kubmetrində olan mənfi airoionların miqdarı 1560-dır. Çoxumuzun tanıdığımız Kislovodskinin havasında 762, məşhur Davos kurortunda 1000-dir. Diqqət etsək görərik ki, müalicə əhəmiyyətli airoionlarla zənginliyinə görə İstisuyun havası Kislovodskdan 2 dəhə, İsveçrənin məşhur dağ kurortu olan Davosdan 1, 5 dəfə əlverişli klimata malikdir. Dəlidağın ətəyində yerləşən İstisu kurortu dəniz səviyyəsindən 2000-2300 metr yüksəklikdə qərar tutub. Tərtərçayı boyunca başlayaraq, İstisu kurortuna uzanıb gedən yol çox mənzərəli dağ aşırımları, sıx meşəliklər və güllü-çiçəkli yamaclardan keçir. Kurorta 10-15 km qalmış meşələr seyrəlir, sıldırım qayalar, uca dağ silsilələri və alp çəmənlikləri yeni bir aələm yaradır. Bu yer hər tərəfdən Kiçik Qafqaz sıra dağları ilə (Dəlidağ, Gəlinqaya, Keytidağ, Sarımsaqlı dağları və Taxta adlanan yerlə) əhatə olunmuşdur.
İstisu mineral suyunun dünyada əvəzi yoxdur. Bu su həzm üzvləri xəstəliklərinə, qara ciyər, öd kisəsi və öd yolları xəstəliklərinə, maddələr mübadiləsi xəstəliklərinə.böyrək mədəaltı vəzilərinin xəstəliklərinə, mübadilə pozğunluğuna, hərəkət üzvləri xəstəliklərinə,və sidik ifraz sistemi xəstəliklərinə, mədə-bağırsaq xəstəliklərinə, periferik sinir sistemi xəstəliklərinə şəfa verir. Onu dünyada məşhur olan Karlovı Varı mineral suyu ilə müqayisə etsələr də, mütəxəssislər Kəlbəcərdən çıxan isti suyun daha çox minerallarla zəngin olduğunu bildirirlər. Bu suyun istiliyi 58, 8 dərəcə S qədərdir. Bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. Dəniz səviyyəsindən 2235 metr yüksəklikdədir.
Tərtər çayına havayı axıb gedən mineral suyun bir sutkadakı miqdarı 20 000 000 litrdən artıq olur. Akademik M.Qaşqaya görə Kəlbəcər kurort rayonunun mineral suları, əsasən çıxdığı yerlərə görə 5 yerə bölünür.: Tərtər çayının sağ sahilində çayın başlandığı yer 1. Bağırsaq adlanır. 2. Yuxarı İstisu.3 Aşağı İstisu və ya fontan.4 Boyaqlı. 5. Kəlbəcər rayon mərkəzi ətrafında çıxan mineral sular.
Aşağı İstisu Kəlbəcər şəhərindən 12-13 km yuxarı, İstisu kurortuna gedən magistral yolun demək olar ki, ortasından çıxır. 1952-ci ilə qədər Aşağı İstisuda çıxan mineral suyun debiti sutkada 75 000 litr, hərarəti isə 42 s olarmış. Lakin 1962-63-cü illərdə yeni buruqla aqerqat qoyulduqdan sonra istismar üçün çıxarılan suyun hərarəti 64 s, sutkalıq debiti isə 445 min litr idi. Bu su yeni tikilmiş İstisu su doldurma zavoduna verilirdi. İl ərzində zavod 10 milyon butulka isti su verməli idi. Sonralar bu rəqəm 20 milyona çatmalı idi. Hər iki suyun tərkibi eynidir.
Qeyd edək ki, Tutqun çayı(Qoturlu)zonasının mineral suları da çox qiymətlidir. 1952-ci ilə qədər Zülfüqarlı kəndi yaxınlığında, yüksək debirtlə-40-45 S-də çıxan sudur. Fiziki kimyəvi tərkibinə görə bu suyu da, Yuxarı İstisusuyu ilə eyni hesab etmək olar. Qoturlu zonasında-Tutquçay hövzəsində olan mineral sular əvvəllər “Taxtalı qotur su” adlanırdı. Tərkibində olan karbon qazı vanna qəbul edən insanın dəri səəthinə yığışaraq qan damarlarını genişləndirir və mineral maddələr insan orqanizminə sorulur. Bununla da müalicəvi təsirini göstərir. Bu su ilk dəfə 1952-ci ildə analiz edilib. Nəticədə 40-dan artıq ayr-ayrılıqda mineral su mənbələri aşkarlanıb ki, onlar da 6 qrupa bölünür: Qarasu çayı boyunda, Kalafalıq kəndində, Qoturlu adlanan yerdə, Zülfüqarlı kəndinin yaxınlığında, Moz çayı ətrafında, Oruclu kəndində. Bu ərazidə də kurort sanatoriya üçün bir neçə terdə əlverişlidir.
Tarixi mənbələrdə Azərbaycanın cənubunda da buna bənzər suların olduğu barədə orta əsr müəlliflərinin məlumatlarında rast gəlmək olur. Əbdürrəşid Əl Bakuvinin (14-15-ci əsrlər) “Abidələrin xülasəsi və qüdrətli hökmdarların möcüzəsi” əsərində Təbrizlə Marağa arasında Böyük Səhənd dağının ətrafındakı coğrafi vəziyyətə toxunarkən oradan çxan istisudan söz açaraq cammatın axışıb bura gəldiyini yazır. Dağın başının həmişə qarla örtülü olduğunu bildirir. Kəlbəcərlə oxşarlıq təşkil edir və isti suyun yerləşdiyi Kəlbəcərdə olan Keyti dağının başı da daimi qarla örtülü olur.
Dalidag.az

Kateqoriya: Kəlbəcər
Tarix: 27-06-2022 22:05
Baxış sayı: 3635
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23