Kəlbəcərdə erməni vandalizminin izləri - ŞƏKİL/VİDEO

25-06-2022 22:17
Ramiz Nəcəfli 
Bakı Dövlət Universiteti tarix fakültəsi,

Mənbəşünaslıq, tarixşünaslıq və metodikası kafedrasının dissertantı
[email protected]



Dağıdılmış məscidlər və restavrasiyaya məruz qalmış xristian alban məbədləri

Ermənilər tərəfindən tarixi abidələrimizin, o cümlədən dini abidələrimizin yerlə yeksan olunmasını görmək və onu həzm etmək üçün daşdan ürəyin olmalıdır. Kəlbəcərə səfərimdən əvvəl özümü təmkinli olmağa hazırlasam da, qarşılaşdığım mənzərə buna imkan vermədi. Quduzlaşmış düşmən Azərbaycan xalqına məxsus nə varsa hər şeyə qənim kəsimişdir. Allah evinə əl uzatmaq isə yalnız vəhşi tayfalara məxsus hərəkət hesab olunur. Bəli bu vəhşilər 1993-cü ildə Kəlbəcəri işğal edərkən onun yeraltı və yerüstü sərvətlərini talan etməklə kifayətlənməyib, onun məscidlərini məhv edərək xalqımızın dini hissləri ilə oynayıblar.

Rayonun mərkəzində 16-17-ci əsrlərə məxsus, Başlıbel kəndində 1775-ci ilə məxsusi, Qaraxançallı kəndində 15-ci əsrə məxsus, Zar kəndində 18-ci əsrə məxsus, Çovdar-Şahkərəm kəndlərində 18-ci əsrə məxsus(Məşədi Süleymanın məscidi), Otaqlı kəndində 19-cu əsrə vəxsus məscid və bir çox ziyarətkahları dağıdaraq yerlə yeksan ediblər.  
Erməni barbarları Kəlbəcərdə yerləşən xristian məbədləri üzərində saxtalaşdırma restavrasiyasını hələ sovet hakimiyyəti illərindən aparmışdılar. Saxtalaşdırma restavrasiyasına məruz qalan məbədlərdən biri Xotavəng məbədidir. Məbəd Kəlbəcər rayonunun Vəng kəndində, Tərtər çayının sol sahilində yerləşir. Kəlbəcər şəhəri ilə Xotavəng abidə kompleksi arasında məsafə təxminən 29 kilometrdir. Məbəd qədim Albaniyada xristianlığın yarandığı dövrə təsadüf edir. Abidə böyük bir kompleksdən ibarətdir. Bura bir neçə bazilika, təssərrüfat və yaşayış binaları, tövlələr və qala divarları daxildir. Abidənin tikilməsi tarixi ilə bağlı məlumatlar fərqlidir. Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin apardığı tədqiqatlar zamanı ərazidən arxeoloji tapıntılar aşkarlanmışdır. Buradakı saxsı qırıntıların daha çox erkən feodal dövrünə xas olması, bu məbədin 6-7-ci əsrə məxsus olduğundan xəbər verir. Muzeyin direktoru Ş.Əsgərov binanın yaxınlığındakı tikililərin daha qədim olduğunu düşünür. O, hesab edir ki, buradakı daha köhnə tikililər eramızın 4-cü əsrində Arşaki nəsilli albanlar tərəfindən tikilib. 
Arxeoloq Rəşid Göyüşov Xudavəng abidə kompleksinə daxil olan tikililər üzərindəki yazılar və “Alban bazilikası” adlı kilsədən bəhs edərək yazır ki, bu bazilika baş məbədin şimalında inşa edilmişdir. Abidənin üst hissəsi qalmadığından onun tarixini müəyyənləşdirmək çətindir.  Bununla belə arxeoloq alim mənbələri diqqətlə təhlil edərək  həmin tikinti kompleksin VIII- IX  əsrə aid edildiyini söyləyir. Yazılardan məlum olur ki, XII əsrdə mətnin müəllifləri Xotavəngin yerində qədim məbədin və onun sakinlərindən söz açırlar. Doğrudan da Xotavəng kompleksi Azərbaycanda çoxtəbəqli abidələrdən biri olub, alban xristianlığını öyrənmək üçün ən mühüm obyektlərdən biridir.

Dəmirçi kahasının sirri 

Xotavəng abidəsi üzərində ermənilər apardığı saxtalaşdırmalardan biri də XX əsrin 50-ci illərində baş verib. 1952-ci ildə Kəlbəcər rayonunun Bağlıpəyə kəndinin kənd sovetinin sədri İsmayılov Məhərrəm Qabil oğlu rəsmi məlumatla rayon rəhbərliyinə bildirmişdi ki, onun evində qonaq qalan bir erməni səhər tezdən xəbər vermədən durub Xotavəng məbədinə tərəf gedib. Qabil İsmayılov həyətindəki baltanın da götürüldüyünü bildikdə ermənidən şübhələnərək onun arxasınca məbədə yollanıb. Məbədin qarşısında daş qırıntıları ilə rastlaşan Q.İsmayılov irəlidə Arzu xatun abidəsinin üzərindəki yazılarının ermən qonağı tərəfindən məhv edildiyinin şahidi olur. Namərd düşmən “işini” qurtardıqdan sonra qaçıb getmişdir. O zaman hakimiyyət nümayəndələri bu hadisəyə əhəmiyyət verməmişdilər.  Xotavəng məbədi üzərindəki yazılar və bəzəklər əsasən ağ və sarıyabənzər, yonulmuş nəhəng daşlar üzərində işlənmişdir. Bu ərazilərdə həmin daşlardan əsər-əlamət qalmadığı halda,  bəs bu nəhəng və üzərində yazılar işlənilə bilən daşlar haradan gətirilmişdir? Bu suallara cavab axtaran Kəlbəcər muzeyinin direktoru Şamil Əsgərov Xotavəng abidəsinin təxminən 3 kilometrliyində, Tərətər çayının sağ sahilində Dəmirçi kahasından axtarışa başlamışdır. Müəyyən edilmişdir ki, Tərtər çayının qırağında qədim bir körpü divarlarının qalıqları vardır. Dar və qayalıq bir ərazidə körpünün nə məqsədlə tikilməsi də maraqlıydı. Tədqiaqatçı alim çətin də olsa bələdçi vasitəsi ilə Dəmirçi kahasına baxış keçirmişdir. Dayaz bir kahada(mağara) axtarış zamanı Xotavəng abidəsi üzərində işlənilən ağ və sarımtıl daşların bir neçə qırıntıları tapılmışdır. Bu daşların nəyə görə bura gətirilməsi sirlərin açılmasına yardım etmiş olardı. Odur ki, həmin dərədə axtarış davam etdirlmişdir. Dar dərənin genişləndiyi 100 metrlik məsafəsində ağ və sarımtıl rəngdə lil yığıntısı qaranlıq qalan məsələnin açılmasına işıq saçdı. Gölməçələrin qıraqlarındakı lil topası isə bərkiyərək tamam daşlaşmış və abidədəki daşların rəngini almışdır. Təkrar təcrübədən keçirmək üçün gildən əmələ gələn həmin daşlar bir neçə gün suyun içərisində saxlanılsa da, su daşları zərrə qədər də yumşaltmamışdır. Beləliklə Xotavəng məbədi üzərindəki yazı və bəzək üçün işlədilən daşların Dəmirçi kahasında yonulub hazırlanması sirri aşkarlanmışdır.   

Başqa bir saxtalaşdırma işi Basarkeçər rayonundan Kəlbəcər rayonunun Zəylik, Zar, Bəzirxana, Vəng(Hacıdünyamalılar) və digər qonşu kəndlərə alverçi adıyla ayaq açmış Ermənistan Xüsusi Xidmət orqanlarının əməkdqaşı Samvel tərəfindən olmuşdur. Samvel bu kəndlərə gətirdiyi malları öz dəyərindən qat-qat ucuz qiymətə satmaqla sadəlöhv əhalinin qılığına girərək onlarını damarını yaxşıca tutmuşdur. Beləliklə Samvel bu kəndlərdə etibar qazanmış və heç kimin ondan nə zamansa şübhələnməsi ehtimal edilməmişdir. 1988-ci ildə isə hiyləsini işə salmş, iki dəfə Zar və Zəylik kəndlərində çantasında gəzdirdiyi memar çəkici ilə daşlarda “xaç” həkk eləməyə cəhd etmişdi. Kəndin quzu otaran azyaşlı uşaqları onun bu əməllərini danışandan sonra bu iş yarımçıq qalmışdır. Zar kəndində alban məbədinin xaçı üzərində aparılan “əməliyyatlar”dan bir qədər köhnəımişin görünür Samvelin “əl işi”dir. Hazırda izlədiyimiz restavrasiyalar isə təzədir-yəni 2-3 ilin işidir
Çaykənd sovetliyinin Qasımlar(Sovet hakimiyyəti dövründə Kilsə) və  Rəhimli kəndlərində(Aşağı xaç) qədim alban məbədinin divarları üzərindəki xaçlarda ermənilər restavrasiya əməliyyatı aparıblar. Məbədin içərisində də qazıntılar aparılıb. Qasımlar kəndinin şimalında hündür qayalıqlarda “Dəlik daş” deyilən böyük dairəvi sığınacaq, onun şərqində “Pir bulaq”deyilən ərazidə də, üzərində çoxlu yazılı xaç daşlar məhv edilib. Memarlıq üslubu cəhətdən Zar kəndi və Bulanıq kəndindəki kilsəyə məxsus ciddi asketik formalarla işlənmiş Aşağı xaç kilsəsi də saxtalaşdırma restavrasyasına məruz qalmışdır. 
Qarabağda və Kəlbəcər ərazisində olan xristian məbədlərlə bağlı elmi mübahisələr doğuran müxtəlif fikirlər mövcuddur. Bu da bir həqiqətdir ki, hələ VII əsrdən Albaniya ərazisində islam dininin qəbul edilməsi və yalnız Qarabağın kiçik bir parçasında xristianlığın qalması ermənilərin gələcəkdə davam etdirəcəkləri siyasətə yardım etmişdir. Amma tarix uydurmalara deyil, faktlara əsaslanır. Sovet tarixşünaslığında bu tandem rus tarixçilərinin xristian təəssübkeşliyini də  üstələyən erməni sevgisi(ermənilərdən alət kimi istifadə etmə) Yuxarı Qarabağdakı abidələrlə bağlı nəinki ədalətsiz yanaşma kimi mövcuddur, tarixin ən kobud şəkildə saxtalaşdırılmasıdır. Alban katalikosluğunun erməni kilsəsinə tabe olması ilə bağlı Ziya Bünyadov dolğun məlumat verir. O, Gəncəli Kirakosa istinad edərək yazır ki, VIII əsrin əvvəllərində erməni katalikosu İlya xəlifə Əbdül- Malikə(685-705) xəbərçilik edib bildirmişdir ki, Albanlar xilafət əleyhinə Bizansla ittifaq bağlayırlar. Bundan sonra Əbdül-Malik Arran katalikoslarını İlyaya tabe etdi. 
Erməni kilsəsindən fərqli oalaraq alban kilsəsi öz mənşəyinə görə ilkin çağından bilavasitə Yerusəlimlə, Yerusəlim kilsəsi ilə, sonralar isə bu müqəddəs şəhərin patriarxı ilə bağlı olub. Bu baxımdan alban kilsəsi həmçinin Yerusəlim kilsəsiə bağlı olan gürcü kilsəsinə bənzəyir. 
Ermənilər bu abidələri 19-cu əsrdən başlayaraq özünüküləşdirməyə çalışırlar. Xüsusilə də, Azərbaycan torpaqları uğrunda Rusiya-Qacar müharibələri(1804-1813, 1826-1828) və Rusiya Osmanlı müharibələri(1806-1812, 1828-1829) başa çatdıqdan sonra bu “şans” daha da artdı. Belə ki, Rusiya həmin müharibələrdə qalib gəldikdən sonra 1836-cı ildə  alban katalikosluğu ləğv edildi və Qarabağdakı xristian kilsələrinin ixtiyarı erməni qriqoryan kilsəsinin şəriksiz ağalığına keçdi. 

Qasım Hacıyev Qarabağın xristian abidələrinin əsas əlamətlərini şərh edərkən bildirir ki, tarixi –arxeoloji və antropoloji tədqiqatlar Dağlıq Qarabağ ərazisində gəlmə elementlər olan ermənilərin(haylar) uydurmaları olmasını tarixi xarakter məsələlərinin həlli işində mühüm vasitə olan Fonocoğrafiya tədqiqatları(Odontologiya) birmənalı şəkildə sübut etmişdir. Belə ki, Qarabağın dağlıq hissəsində(Dağlıq Qarabağ ərazisində) yaşamış qədim insanların diş-çənə sümüklərinin analizi nəticəsində öyrənilmişdir ki, Qarabağın qədim sakinləri indiki azərbaycanlıların əcdadlarıdır. Ermənilərin Qarabağ ərazisindəki mədəniyyət irsinə iddiaları əsassızdır. Ermənilərin abidələrin üzərindəki yazıları saxtalaşdırmasına münasibət bildirən Q.Hacıyev yazır ki, bu hal abidələrin etnik məxsusluğunu xübut edə bilməz”Elmi ədəbiyyatdan məlumdur ki, Albaniya ərazisi 1-6-cı əsrlərdə Arşaki, 7-8-ci əsrlərin əvvəlinədək Mehrani sülalaərinin hakimiyyəti altında olmuşdur. Həmin dövrdə alban yazısı və alban-arran dili hökm sürürdü. Burada erməni dilinə nə ehtiyyac, nə də yer var idi. Abidələrin üzərindəki erməni yazıları isə bir qayda olaraq sonradan, saxtalaşdırmaq məqsədilə qoyulmuş izlərdir. Qarabağ ərazisindəki alban abidələrinin xüsusiyyətlərnə gəldikdə, tədqiqatlardan məlum olur ki, Albaniyada şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf etmişdir. Alban xristianlığının ilk dövrü üçün xarakterik kilsə tikintisi uzunsov ibadət zalı olan birnefli məbədlərdən ibarət olmuşdur. Bu məbədlərin uzunsov ibadət zalının şərq qurtaracağında yarımdairəvi mehrab hissəsi yerləşirdi. Bu növ məbədlərin üstü ikiqatlı sadə daşla örtülürdü. Belə məbədlərə Ağdamda, eləcə də Kəlbəcər və Mingəçevirdə təsadüf edilmişdir. 6-8-ci əsrlərdən başlayaraq geniş sahəli bazlikalar tikilməyə başlasnmışdır. Bu məbədlər olan qurluşuna görə əvvəlkilərdən fərqlənirdi. Belə ki, bazlikalar qərb-şərq istiqamətində tikilməklə, onun şərq hissəsi yarımoval formalı apsida ilə tamamlanır və bu hissə məbədin mehrabına çevrilirdi. 
Erməni müəllifi M.Abeqyan ermənilərin nəinki Qarabağa, onların İrəvana necə və hansı yolla gəldiyini sübuta yetirən aydın və dəqiq dəlil olmadığını bildirir(M.Abeqyan. Erməni ədəbiyyatı tarixi. Səh. 11. Yerevan, 1975). 
Kəlbəcərin alban məbədləri: Xudavəng məbədi- Kəlbəcərin 29-cu kilometrliyində-6-7-ci əsrlər, Gəncəsər məbədi- keçmiş Ağdərə rayonunun Vəngli kəndində, Xaçın çayının sol sahilində-13-cü əsr, Həsənriz kəndində Alban məbədi(500-cü il), Həsənriz kəndində Alban məbədi-1283, Vəng kəndində Alban məbədi-5-9 cu əsrlər, Vəngli kəndində Alban məbədi 13-cü əsr, Çərəkdar kəbndində Alban məbədi-5-7-ci əsr, Kolataq kəndində Alban məbədi-614-cü il, Kolataq kəndində Müqəddəs Yaqub kilsəsi-635-ci il, Qocaqot kəndində Alban məbədi 672-ci il, Qocaqot kəndində Alban məbədi 698-ci il, Dəstəgir kəndi Alban məbədi713-cü il, Qasapet kəndində Alban məbədi- 718-ci il, Çormanlı kəndində Alban məbədi- 10-cu əsr , Mahrataq kəndindində məbəd 1881-ci il, Şaplar kəndində  2 məbəd-13-cü əsr, Kiçan kəndində məbəd 13-cü əsr,  Çıldıran kəndində Alban məbədi- 12ci əsr, Çovdar kəndində Alban məbədi 5-9-cu əsrlər, Çıldlran kəndində Qırmızı məbəd 13-cü əsr, Qozlu kəndində Xatırvəng məbədi 1204-cü il.
   


Kilsələr
Qasapet kəndində kilsə 1894-cü il, Madagiz kəndində kilsə 1898-ci il, Dovşanlı kəndində kilsə-1668-ci il, Dəvədaşı kəndində kilsə 12-ci əsr, Qozlu kəndində Qırmızı məbəd 17-ci əsr, Talış kəndində  məbədi-1279-cu il, Bulanıq çayında Alban kilsəsi-8-9-cu əsrlər, Çormanlı kəndində Alban kilsəsi-11-ci əsr, Mahrataq kəndindində kilsə-1883-ci il, Zar kəndində alban kilsəsi 7-8-ci əsrlərə aid
Tarixi Memarlıq abidələri: Qalalar, qəbirüstü abidələr
Lök qalası-Qanlıkənd-7-8-ci əsrlər, Qalaboynu qalası-8-9-cu əsrlər, Comərd qalası 8-9-cu əsrlər, Uluxan qalası-7-9-cu əsrlər, Zivel-Mollabayramlı qalası-8-9-cu əsrlər, Keşikçi qalası-Qamışlı kəndi-8-9-cu əsrlər, Çaraberd və ya Çiləbürt qalası-7-ci əsr, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi-1982-ci il

Daş körpülər 
Soyuqbulaq kəndində tağlı daş körpü-19-cu əsr, Zəylik kəndində tağlı daş körpü -19-cu əsr(eni 3 metr, uzunluq  14 metr). Ermənilər bu tarixi abidəni yerlə yeksan ediblər.

Ziyarətgahlar

Əsirlik kəndində Qoç daşlar piri, Söyüdlü yaylağında Seyid Əsədullahın ziyaratgahı-19-cu əsr, Başlıbel kəndində Seyid Bağır ağanın ocağı-19-cu əsr, Başlıbel kəndində Seyid Əliabbas ağanın ziyarətgahı-19-cu əsr, Seyid Əhməd ağanın ocağı, Bağlıpəyə kəndində Seyid Əliqara ocağı-19-cu əsr, Zəylik kəndində Əli Pəncəsi-7-8-ci əsrlər. Sümüktökülən dərə 
Beləliklə Kəlbəcər ərazisində 3500-dən çox qayaüstü təsvirlər və 139 digər abidələr vardır. 139 adda olan abidələrə daxildir: 1 mağara, 21 xristian məbədi, 4 məscid, 11 kilsə, 1 muzey, 73 qəbirüstü at və qoç daş fiqurları, 2 daş körpü, 8 ziyarətgah. 
Kəlbəcər ərazisində yuxarıda qeyd olunanlardan əlavə bir çox tarixi abidələr var ki, hələ də bizlərə məlum deyil. Tədqiqata ehtiyacı olan abidələr bizləri gözləyir.

Dəyirmanlar...

Kəlbəcərin 5-6 kiçik kəndləri istisna olmaqla bütün kəndlərdə su ilə işləyən dəyirmanlar 20-ci əsrin 80-90-cı illərinə qədər mövcud olmuşdur.

Dalidag.az










Kateqoriya: Kəlbəcər
Tarix: 25-06-2022 22:17
Baxış sayı: 3487
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını