Reklam
Sinəmiz bir dərd də bitirdi...
18-04-2020 20:49
Qalib Məhəmməd oğlu Hacıyevin son mənzilinə ünvanlı elegiya…
Dərd heç də kəlbəcərlilərin daha bir sevimli, tanınmış, sayılıb-seçilən nəslin ziyalısını itirmək deyil. Buna öyrəşmişik - 27 ildir ki, itiririk - torpaq kimi. Dərd odur ki, onun YAS yerinə gedə, doyunca ağlaya bilmir qız-gəlinlərimiz!
Yamanca çətin günlər yazılıb taleyimizə, bəxtimizə!
Kəlbəcər kimi bir cənnətdən qovulub, zülm-zillətlə yenidən həyat bərpa etdiyimiz günlərdə göylərimizi qara bulud alıb! Builki Novruz bayramı da kəlbəcərlilər üçün bir başqa formada qara gəldi! Onsuz da kəlbəcərsizlik illərimizin hamısı qaradonlu, qaragünlü olub! İlk vaxtlardan bugünə kimi təhqiredici baxışlarla üzləşmişik. Eşitdiklərimiz erməni snayperindən açılan güllədən də ağrılı-acılı olub, çünki “özününkü”nün təhqiri daha dözülməz olurmuş. Bunu da yaşadıq və duyduq! Qaçqın-köçkün olandan arxamızca qarama atıb dedilər: “Aləə eyy. Torpaqlarını erməniyə vərib gəlib qarabağlılar bırda villalarda kef edirlər. Bınnarın yadına torpaqmı düşər, ağəəz?!”
Bax beləcə, hər təhniz-töhmətə dözüb mənəviyyat adamı olduğumuzu təsdiqləyənə kimi qırılıb qurtarmışdıq ki, başqa bir bəla da yaxamızdan yapışdı: koronavirus bəlası - gözəgörünməz bəlaya tuş olmaq budur bax. Demək, vallah insanların günahları savablarından daha çoxdu ki, Yaradanımız belə gözəgörünməzlə bizi məhv edir. Elə dərd göndərib ki, əlacı yoxdu, “evdə qal, salamat ol”dan başqa nəyə əlacımız var ki?!
Ölümüz də urvatsızdı, dirimiz də. Qocamızı da aparır, cavanımızı da. Dünən internetdən oxuyuruq ki, bir kəlbəcərl ailə Moskvada bu bəlaya tutulub. Ailənin oğlu həkim imiş. Yazıq özü imdada gedib, anasını bu bəlaya yoluxdurub və itirib.
Heç göz yaşlarımız qurumamış bu gün bir başqa kəlbəcərlimizin, həm də belə bir oğulun, kişinin, ziyalımızın, alimimizin… qəfildən dünyaya vida deməsi dünənki sinə dağımızdan betər oldu. Q a l i b M ə h ə m m ə d o ğ l u H a c ı y e v (hüquqşünas-alim, prokuror) balasına toy eləməmiş… Aman Allah, cümlənin sonrasını yazmaq elə bilirsiz asandır?!
Qalib müəllim Kəlbəcərdə dünyaya göz açmışdı. Böyük bir nəslin, sayılıb-seçilən, Kəlbəcərin sonuncu məskunlaşmasında ilk binə quranlardan və kök atıb şaxələnən, respublikada ad-san qazanmış ziyalı ailənin yetirməsiydi. Kəlbəcər şəhər 2 N-li orta məktəbi qızıl medalla bitirib Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olanda bütünlüklə kəlbəcərlilər sevinmişdi. Hamı doktor-cərrah Mamedə və həyat yoldaşı Solmaz həkimə gözaydınlığı verirdi. Axı, kəlbəcərlilərin, az qala, hər bir ailəsində bu cütlüyün şəfalı əllərindən sağalan xəstələr olmuşdu…
Ailənin böyüyü idi Qalib. Hər şeydə qalib idi: mədəniyyətdə, tərbiyədə, əxlaqda, gəncliyindən ağsaqqal kimi oturuşlu-duruşunda, dərslərini oxumaqda, qohum-əqraba halını sormaqda… Nədə qalib olmamışdı ki?! Bəlkə elə buna görə göz-nəzər atdı Səni, Qalib müəllim?!
Bacısı Gülnarə xanımın necə dözməsini təsəvvür eləmək çətin deyil.
Mərhum şairimiz Əli Qurban Dastançı yazırdı ki:
-Açar xoş günümdə qızılgül kimi,-
Fərəhdən çay olar, çağlayar bacım.
Adımı eyləyər müqəddəs, əziz,
Qəlbində bax belə saxlayar bacım.
Bacıların qardaşa məhəbbəti dərindi,
Ürəkləri od kimi, əlləri çox sərindi.
Bacılar əsər qardaş üstə nanə yarpağı kimi.
Eşitsə ağrıyır başım, bacım dayanmaz, gələr.
Dəryaların suyunu bir damla sanmaz, gələr.
Qayalardan yel kimi, dərələrdən sel kimi,
Qanad taxıb küləkdən, gələr leylək, el kimi.
Gör nə gündə gələr ki, anam deyər:
-Ay bala, üst-başın nə gündədi?
Gözümü açaram ki, başımın üstündədi…
Gülnarə xanım! Siz də beləmi gəldiniz?! Özünüzü yetirə bildinizmi Qalib müəllim son dəfə gözlərini açıb bacı axtaranda?! Bildimi ki, siz hansı halda gəlmisiz?! Yoox, bu karantinli-qadağalı-qorxulu günlərimizdə indi hər kəs doğmalarından da uzaq durur ki, kimsə kimisə yoluxdurmasın. Bax, DƏRD budur!
Dərd dedik, DƏRDimiz dəyirman kimi bizi üyüdür!
***
…Əli Uluxanlının ürəkdağlayan qısa elegiyasını oxuya bilmədik axıra kimi! Dəhşət adamı bürüyür! İnanmadıq bu qara xəbərə. Əsən yellərmi gətirdi?! Gözlərimizi kor elədi! Zəhər dillərmi gətirdi bu bəd xəbəri? Niyə hər gün bir neçə dəfə Tanrı kəlbəcərliləri ağladır, ay ellər!!!?? Neyləmişik?!!!!! Kafir-kifir düşməkdən qorxuruq!
Qalib bəy! Kaş bu gün də heç açıb kompyuterdən belə qara xəbəri görməyəydik, oxumayaydıq! Qardaş, ay qonşu balası, belə də amansız ölüm olardı?!!!
Bu nə vaxtsız əsən yel bu nə qara xəbərdi?
Ay Allah, yenə gözlərimiz tor gətirdi.
Elimiz bir alim oğlun itirib,
Sinəmiz bir Dərd də bitirdi!
Kəlbəcərlilər sizin nəinki ailənin, nəslin - Hacışirinlərin ləyaqət, səxavət, mərhəmət, ələkeçməz dadlı nemət, abır-ismət... sahibi olduğunuzu yaxşı bilir!
Dərdə bax - yetim kimi baxır ağlıya-ağlıya!
Dərdə bax – qalıb sinəmizi dağlıya-dağlıya.
Hanı Kəlbəcər qızları, ay ellər, qırılıbdımı?!
Gəlsinlər bu igidi ürəkdən ağlıya, ağlıya!!!
CAAN, ay Qalib müəllim! Belə də "ucuz", qəfil ölüm olardı?! Bizim ölümümüz də şərəfli, toy-bayram kimi olardı. Kişilər göz yaşlarını ürəklərinə, qız-gəlinlərimiz sinələrinə, yanaqlarına qanla axıdardı.
Şaxsey-vaxseyin hanı?!
Qırılıb taqət də, qalmayıb heyimiz, hanı?!
Əliçıraqlı axtarırıq, ay ellər, Qalib bəyimiz deyin hanııııııııııııı????!! Yasında kimlər oldu görəsən? Hardan bilək, Sən hardan biləsən, qardaş?! Kimə, hansı səslə səni tanıyıb sevənlərə başsağlığı verək?! Bizi həmişə qınayırdın ki, “…elə ürəyiyuxasız, özünüzü gözləmirsiz, hər kəlbəcərlinin dərd-sərinə ağlıyırsız… Saxlayın biz öləndə də ağlaya biləsiz”! Hardan ağlına gəlirdi o sözlər?! Ay alimimiz, ay şirin dillimiz, təbəssümlərin gözlərimiz önünə gəldi-qara xəbərin gəlməz olaydı... Vaaaaaaaaaayyyyyyyy!!!!! Kəlbəcərlilər qırıldı-getdi. Biri Moskvada bu bəladan, biri bu yanda başqa dərddən... Belə də ölüm, belə də zülm olar, ay Tanrı?!
Cəmilə ÇİÇƏK,
Məhəmməd NƏRİMANOĞLU
Dalidag.az

Kateqoriya: Kəlbəcər
Tarix: 18-04-2020 20:49
Baxış sayı: 3574
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23