Reklam

Çovdar - Şahkərəm abidələri - ŞƏKİL/ VİDEO
03-07-2022 18:42

Xalqımızın sosial-iqtisadi, siyasi, etnik tarixi və mədəniyyəti sahəsində çoxsaylı materiallarla zəngin olan Kəlbəcər muzeyi materialları tarixi abidələrimizin, o cümlədən qədim qalaların, dini abidələrin, ziyartgahların öyrənilməsində çox böyük qiymətli mənbədir. Bu mənbələrdə Azərbaycan xalqının etnogenezində əhəmiyyətli rol oynamış tayfaların məskunlaşdığı Çovdar və Şahkərəm kəndlərinə aid materiallar da vardır. Məlum olduğu kimi 1993-cü ildə Kəlbəcər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərkən buradakı Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi erməni barbarları tərəfindən vəhşicəsinə dağıdılmış, onun eksponatları və digər materialları qənimət kimi ələ keçirilmişdir.
Erməni vandalizminin qurbanları arasında muzey materiallarında əksini tapmış Çovdar və Şahkərəm kəndlərinin abidələrindən bəzilərini təqdim edirik:

Çovdar və Şahkərəm kəndləri ərazisində Məscid (XVIII-XIX əsrlər). Yerli sakinlər məscidin Məşədi Süleyman tərəfindən tikildiyini bildirirlər.
Çovdar kəndi ərazisində Alban məbədi (VI-IX əsrlər);
Şahkərəm kəndində “Mustafanın binəsi”nə gedən yolun solunda, binəyə çatmamış Alban məbədi (VI-IX əsrlər);
Ziyarətgahlar:
Çovdar kəndi ərazisində Alban qəbristanlığı (təxminən V-VIII əsrlər);
Çovdar kəndi ərazisində “Göy Güney”də Alban qəbristanlığı (təxminən V-VIII əsrlər);
Çovdar və Şahkərəm kənd qəbristanlığı;
Çovdar kəndi ərazisində uşaq qəbristanlığı;
Qədim tarixi tikililər:
Çovdar və Şahkərəm kəndləri ərazisində su ilə işləyən qədim un dəyirmanı (XVIII-XIX əsrlər);

Bakı Dövlət Universiteti tarix fakültəsi,
Mənbəşünaslıq, tarixşünaslıq və metodikası kafedrasının dissertantı
[email protected]



Yazı axını
28 / 09 / 2023
27 / 09 / 2023
26 / 09 / 2023
26 / 09 / 2023
26 / 09 / 2023
24 / 09 / 2023
24 / 09 / 2023
24 / 09 / 2023
24 / 09 / 2023
23 / 09 / 2023
23 / 09 / 2023
23 / 09 / 2023
23 / 09 / 2023
23 / 09 / 2023
22 / 09 / 2023
21 / 09 / 2023
21 / 09 / 2023
20 / 09 / 2023
19 / 09 / 2023
19 / 09 / 2023
18 / 09 / 2023
Ən çox oxunanlar