10 minlərlə insan Qarabağa qayıtmaq üçün bir-biri ilə yarışacaq

21-05-2021 14:15
"Ağıllı kənd" konsepsiyasının özü daha müasir, daha texnolojidir. Həm də indiki dönəmdə, indiki vəziyyətdə tətbiq olunası ən uyğun, ən ağıllı, ən məntiqli olanıdır". 
Dalidag.az bildirir ki, bunu milli.az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, "ağıllı kənd"lərdə və "ağıllı şəhər"lərdə təsərüffatla məşğul olmaq da rahat olacaq:
"Rayonlarda onlarla xırda kənd olur. Birində 20, birində 5, birində 10 ev. Dağ kəndləri olub, hansı ki, sırf qışlaq kimi istifadə olunur və bu evlərdə məskunlaşan insanlar olub. İndi hər xırda kəndin bərpa olunması, o evlərin hamısının təhsil, səhiyyə, elektrik və qaz təminatı, infrastrukturun təminatı, kommunal xidmətlərin ora aparılması, yolların çəkilməsi həddindən çox maliyyə vəsaiti aparan bir şeydir və bir də effekti yoxdur. Yəni dağın başında 20 nəfərlik bir kənd yaradacaqsan, bərpa edəcəksən və sonra da ora heç kəs qayıtmayacaq. Çünki həmin ərazidən məcburi köçkün düşən insanların böyük əksəriyyəti 30 il ərzində artıq təhsil alıb, özünə hansısa iş tapıb, fərqli şəhərlərdə, müxtəlif ərazilərdə məskunlaşıb və bu insanlar iş-gücünü atıb, hansısa heç bir infrastrukturu olmayan kəndlərə də qayıtmaq istəməyəcəklər və ya hansısa şəkildə qurulsa belə yüksək xərclə alınıb, amma heç bir iqtisadi effekti olmayan yerə böyük ehtimalla qayıdış faizi az olacaq. Zatən 20 ev qayıtsa da orada nə yaranacaq?! Bütün bunları düşünərək bir neçə bu cür kəndlərin daha böyük, amma müasir, modern ifrastrukturu olan, inkişaf etmiş kəndlərdə birləşdirilməsi nəzərdə tutulub. Düşünürəm ki, bu daha uğurlu addımdır. Belə ki, bu kəndlərdə hər cür infrastruktur olacaq. Çünki mərkəzi yol, dəmiryolu, elektrik xəttləri, telefon xəttləri, efiroptik naqillər, internet xətləri, bütün kommunal və bütün infrastruktur təminatı çəkiləcək.

Bundan sonra həmin kəndlər də demək olar ki, xırda qəsəbə tipində olacaq. Yəni bu kəndlər əslində "ağıllı kənd"lər yox, "ağıllı qəsəbə" olacaq. Yəni orada ərzaq mağazası, alış-veriş obyektləri olduqdan sonra, artıq şəhərdə yaşayan əhali belə, fərqi yoxdur məcburi köçkün olsun, yaxud digər vətəndaşlarımız artıq sərbəst şəkildə gedib məskunlaşa biləcək. Çünki orada yeni iş yerləri yaranacaq, yəni artıq çətin, ucqar dağ kəndləri kimi infrastruktursuz yerlər olmayacaq və insanlar oralara rahat şəkildə qayıdacaqlar. Demək olar ki, İsveçdə olan xırda kənd və qəsəbələr kimi hər bir infrastruktur, müasir yerləşim yerləri olacaq. Və həmin "ağıllı kənd"lərdə və "ağıllı şəhər"lərdə də təsərüffatla məşğul olmaq rahat olacaqdır. Çünki minlərlə hektar boş torpaq ərazisi olacaq, bu, əkinə-biçinə yararlı olacaq, təbii resuruslardan istifadə olunacaq və bütün bu amillər şərait yaradacaq ki, insanlar ora dönsünlər. Oradakı başdantutma yüzlərlə, minlərlə kəndi bərpa etmək həm böyük resursdur, həm də bunun perspektivi bəlli deyil. Çünki məlumdur ki, ölkəmizdə hazırda urbanizasiya prosesi gedir. Yəni rayonlardan, kəndlərdən həddindən çox əhali Bakıya, Sumqayıta, Gəncəyə və digər iri şəhərlərə köçür. Belə bir halda kiçik dağ kəndləri, heç bir iqtisadi perspektivi olmayan kəndlərin salınması mənasız addım olardı. Bu, işin bir tərəfidir. Əlbəttə ki, oralar dağıntıya məruz qalmış tarixi yerlər kimi sonra bərpa oluna bilər, amma əsas yaradıcı infrastruktur layihələrində ağıllı kəndlərə üstünlük verilməlidir. 

Digər bir məsələ isə "ağllı kənd"lər artıq müasir standartlara uyğun hazırlanacaq. Yəni o ərazilərin intellektual idarə edilməsində SMART (ağıllı) sistemlərdən istifadə olunacaq. Necə ki, bu istiqamətdə "SMAR-şəhərlər" kimi Hindistanın, Çinin, Sinqapurun, Avropa və Amerikanın təcrübəsi var. Bundan başqa, bu cür kəndlərin salınmasında Hollandiyanın, Danimarkanın, İsveçin, Almaniyanın təcrübəsi də nəzərə alına bilər. Bir də bu "ağıllı kənd"lərin ekoloji dostu olacaq. Yəni bu kəndlər zibilləri ətraf aləmə atmayacaq, onu təkrar istehsala yönəldəcək. Bu kəndlər elektrik enerjisini bərpa olunan mənbələrdən alacaq. Burada külək enerjisi, günəş enerjisi qurğuları quraşdırılacaq. Laçın, Kəlbəcər kimi küləkli ərazilərdə külək turbinləri qurulacaq. Zəngilan, Cəbrayıl, Füzuli kimi günəş bol olan ərazilərdə günəş panelləri qurulacaq. Külək turbinləri, günəş panelləri, o ərazilərdə onlarla kiçik çay var ki, su-elektrik stansiyaları qurulacaq. Bütün bu amillər "ekoloji dost" olacaq, yəni "yaşıl enerji" konsepsiyasına uyğun olacaq. Yəni artıq orada kömür, neft, qaz yandırılmayacaq, elektrik enerjisi xəttləri çəkilməyəcək. Bu da həmən "ağıllı kənd"lərin çirklənməməsini, ekoloji cəhətdən də təmiz qalması, turistlər üçün cəlbedici olmasına imkan yaradacaq".



Kateqoriya: Karusel / Qarabağ
Tarix: 21-05-2021 14:15
Baxış sayı: 3265
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını