Reklam
Erməni narkomafiyalar 30 ildə Qarabağda 17 milyard qazanıb - şok faktlar
20-05-2021 11:04
Deputat Arzu Nağıyev: “İşğaldan azad edilən ərazilərdə ermənilərin narkotik laboratoriyaya oxşayan anbarları da, məntəqələri də üzə çıxdı”
Ağdamın işğaldan azad edilən Cinli kəndi ərazisində 1200 ədəd çətənə kolu aşkar edilib. Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində əməliyyat-axtarış, nəzarət-profilaktiki tədbirlər çərçivəsində ümumi çəkisi 800 kiloqram olan çətənə kolları kökündən çıxarılaraq, yandırılması təmin edilib. Narkotik tərkibli bitkilərin yabanı halda bitməsi ehtimalı var. Bu tapıntıdan 5 gün əvvəl isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunub.Qaçaq yolla sərhədi keçmək istəyən şəxslər sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, əllərindəki yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər. Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Samir Elmar oğlu Eyvazov və kiçik gizir Fərid Elçin oğlu Alimov yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb. Hadisə yerində təxminən 10 kq narkotik vasitə aşkarlanıb. Sərhəd pozucularının axtarışı üzrə keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb, digərlərinin axtarışı davam etdirilir. İran İslam Respublikasının vətəndaşı olan sərhəd pozucusunun şəxsiyyətinin müəyyən edilməsi üzrə tədbirlər görülür.
Belə insidentlər İranla sərhədlərimizdə tez-tez baş verir. İrandan qaçaq yolla narkotik vasitələr daşıyanlarla sərhədçilərimiz arasında vaxtaşırı atışmalar olur. Bu gün Azərbaycan həbsxanalarında iranlı narkotik qaçaqmalçıları az deyil. 2014-cü ildə İrandan keçən, Azərbaycan ərazisindən Gürcüstana daşınan 2 ton 790 kiloqram heroin partiyası tutulmuşdu. Bu günə qədər də həmin narkotiklərin Azərbaycan ərazisinə necə daxil olması, 2 sərhəd keçid məntəqəsini necə keçməsi, buna görə kimlərin cəzalandırılması haqda ictimaiyyətə rəsmi məlumat verilməyib. Bundan başqa, 30 il ərzində Azərbaycan Respublikası ərazilərinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində dövlət sərhədlərimizin 132 kilometrlik hissəsi nəzarətindən kənar qalmışdı. Bu sərhəd ərazilərinin narkotiklərin qanunsuz daşınması üzrə cəlbedici yol olması nəinki Azərbaycan ərazisində, eləcə də regionda narkotiklərə qarşı səmərəli mübarizənin aparılmasına çətinlik yaradan əsas səbəblərdən biri idi. 6 aydır ki, torpaqlarımız işğaldan azad edilib. Deməli, 132 kilometrlik sərhədlərimiz də bizim nəzarətimizə qayıdıb. Belə bir halda Azərbaycanın işğal olunmuş əraziləri üzərindən daşınan, müxtəlif hesabatlara görə 30 il ərzində 20 milyard dollarlıq narkotrafik hazırda necə gerçəkləşdirilir?
Deputat, narkotiklərlə mübarizəyə “Qara kabus” adlı kitab həsr edən Arzu Nağıyev bildirib ki, Avropa və Asiya qitələrinin kəsişməsində yerləşən Azərbaycan Respublikasının ərazisi transmilli səviyyədə narkotiklərin qanunsuz dövriyyəsi məqsədilə istifadəyə məruz qalıb. Araşdırmalara əsasən, Azərbaycan Respublikası ərazisində narkotiklərin qanunsuz daşınması üzrə aşağıdakı əsas marşrutlar mövcuddur:
Əfqanıstan-İran-Azərbaycan-Avropa;
Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa
2018-ci il ərzində Azərbyacanda 2.5 ton narkotik maddə müsadirə olunub və narkotiklərlə əlaqəli 2 min 492 nəfərə qarşı cinayət işi başlanıb.
“Azərbaycan qərargahı Qazaxıstanın Almatı şəhərində yerləşən Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin (https://caricc.org/ ttps://caricc.org/) aktiv üzvüdür. Mərkəzin təşəbbüskarı olaraq, Azərbaycan Respublikası MARİƏM-i region ölkələrinin bu istiqamətdə uğuru və regional əməkdaşlığın nümunəsi hesab edir. Bu gün dünyada narkotik vasitələrin qanunsuz dövriyyəsində müəyyən qədər artım var. Bu artım sintetik narkotiklərin hesabınadır. Sintetik narkotiklər həddən artıq çoxalıb. Tək Azərbaycan üzrə deyil, ümumi dünya üzrə bu problemlər yaşanmaqdadır. Narkomafiyalar həmişə olduğu kimi istər Yardımlı rayonu istiqaməti olsun, istər digər istiqamətləri keçməklə Avropaya narkotik daşımalarını təmin etməyə çalışırlar. Dənizdə nəzarət olduğuna görə artıq qurudan keçən narkotiklərin sayı, marşrutu da dəyişib. Naxçıvan tərəfdən də yolları bağlıdır. Ona görə də əsasən Ermənistan tərəfdən də müəyyən qədər artım var. Yəni Ermənistanın ərazisindən narkotik vasitələr gəlməkdədir. Hətta ermənilərin keçirdiyi əməliyyat nəticəsində aeroportlardan birinin anbarında 100 kilodan çox narkotik vasitə, heroin aşkar olunub. ”Qara bazar"da 100 kilo heroinin dəyəri otuz-qırx milyon manatdır. Ermənistanın dövlət büdcəsi əsasən narkotik dövriyyəsindən formalaşır. 44 günlük müharibə dövründə hər kəs sual edirdi ki, Ermənistan bu qədər silah-sursatı hansı vəsait hesabına alıb? Həmin silahlar narkotrafikdən gələn gəlirlər hesabına əldə olunub. Buna kimsənin şübhəsi olmasın", - deyə ekspert bildirib.
Arzu Nağıyev
Arzu Nağıyev deyib ki, hazırda narkotik tərkibli bitkilərin biçin vaxtı olduğundan narkoqaçaqmalçılarla bağlı xəbərlərin intensivləşməsi də təbiidir: “Çətənə və digər narkotik bitkilərini əkib-becərənlər üçün hazırda yaz-yay yığım mövsümü başlayıb. Ona görə də daşımaların artması da təbiidir. Digər məsələ bundan ibarətdir ki, artıq sərhəd qoşunları tərəfindən, istər gömrük tərəfindən, istər xüsusi xidmət orqanları tərəfindən nəzarət artıb. İşğal bitdikdən sonra İran tərəfdən sərhəd bağlı olduğuna görə diqqət artıq başqa tərəfə yönəlib. Yardımlının Gendərə kəndi həmişə narkotrafikin keçdiyi ərazi olub. İşğaldan azad edilən ərazilərdə ermənilərin narkotik laboratoriyaya oxşayan anbarları da, məntəqələri də üzə çıxdı. Bu gün işğaldan azad edilmiş ərazilərdə ermənilərin əkdiyi, lakin becərmək imkanları olmadığı narkotik tərkibli bitkilər var. Ermənilərin işğal altında saxladıqları torpaqlarımızda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları faktdır. Bu işdə ermənilərə qonşu dövlətlərdən gələn, işğal altında olan torpaqlarımızı hektarlarla icarələləyənlərin də böyük dəstəyi olub. Oraları əkib becərmişdilər. Erməni mənbələrinin etirafına görə, işğal olunmuş Azərbaycan torpaqlarında narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə olunan gəlir milyardlarla ölçülürdü. Ermənilər 30 il ərzində təxminən 16-17 milyard dollara yaxın gəlir əldə etmişdilər.
Uzun illər cənub marşrutu Əfqanıstan-İran- işğalda olan Dağlıq Qarabağ əraziləri-Ermənistan-Gürcüstan-Avropa-Rusiyaya qədər uzanırdı. Cənub marşrutunun işğalda olan Azərbaycanın Dağlıq Qarabağ əraziləri üzərindən olması hətta BMT-nin hesabatlarında da vardı. Həmin hesabatlarda qeyd olunurdu ki, işğal altında olan Dağlıq Qarabağda narkotik vasitələrin saflaşdırılması üzrə laboratoriyalar mövcuddur. Yəni ermənilər o ərazilərdə narkotik saflaşdırıb satmaqla milyardlar qazanırdılar. Bu faktdır. Narkotik saflaşdıran ermənilər də daxil, narkomafiyalar bu işə qoyduqları hər 1 dollara qarşı 12 min dollar gəlir əldə edirlər. Bu gün ermənilər həm də narkotiklərin saflaşdırılması, trafiki ilə bağlı böyük gəlirlərini itiriblər. Onları əndişələndirən həm də bu məqamdır. Britaniyalı jurnalist Harros Keyn “Narko Karabax” kitabında bu haqda geniş qeyd edib. Ermənilərin işğal altında saxladıqları Azərbaycan torpaqlarında narkotik becərmələri, saflaşdırmaları, daşınmasından bəhs olunub. Bu gün həmin yol əsasən qapadılıb, odur ki, narkomafiyalar Azərbaycanın digər ərazilərindən istifadə etməyə baş vururlar".musavat.com
Dalidag.az
Kateqoriya: Karusel / Qarabağ
Tarix: 20-05-2021 11:04
Baxış sayı: 3306
Yazı axını
29 / 12 / 2024
28 / 12 / 2024
28 / 12 / 2024
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
Ən çox oxunanlar