Reklam
"Arzu etmişəm ki, Kəlbəcərdəki evimizin qapısından “Vağzalı” sədaları altında gəlin köçüm"
29-10-2020 16:17
Qarabağ–Kəlbəcər nisgilli, müqəddəs məzarın da əsir düşdü, anacan
Kəlbəcər! Bu söz hər dəfə dilimə gələndə, bu kəlmə hər dəfə qulağıma çatanda içimdən gizilti keçir, məni soyuq tər basır. Çünki qoynunda dünyaya göz açdığım, Yer üzünün cənnət guşəsi saydığım bu ulu torpaq uzun illərdir əsirlikdədir. Axı mən də burada dünyaya göz açmışam. Ata-anam, baba-nənəm, bacı-qardaşlarım, mənə doğma olan insanlar da bu ulu torpaqda doğulmuşuq. Gözündən öpdüyümüz, gecə-gündüz sevə-sevə vəsf etdiyimiz bulaqlarımızın gözündən indi nankor ermənilər su içir.
Kəlbəcər – 1936 kvadrat kilometrlik ərazisi olan bu gözəllik səltənəti canlı təbiət muzeyidir. Muzey deyirəm, qoy rəhmətlik Şamil Əsgərovun narahat ruhu şad olsun, uzun illər ərzində onun gərgin əməyi, böyük fədakarlığı hesabına yaradılan, Yer üzündə tayı-bərabəri olmayan unikal eksponatlara malik rayonumuzun tarix-diyarşünaslıq muzeyi yada düşür. Bu muzeyi görənlər qədim Kəlbəcərin dünəninə heyrətlərini gizlədə bilmirdilər. Sözsüz, Kəlbəcərin hər qaya parçası bir tarixdir. Burada əlinlə toxunduğun, gözünlə gördüyün hər nə varsa, qiyməti bilinməyən bir sərvətdir. Havası, suyu, çölü-çəməni, çiçəkləri can dərmanıdır.
Hələ qədim dövrdə Kəlbəcərə gəlmiş bir səyyah bu yeri “əbədi dirilik ocağı” adlandırıb. Amma indi bu dirilik ocağı əsarət altındadır. Rus-sovet ordusunun köməyi ilə erməni qəsbkarları 1993-cü il aprelin 2-də çoxdan həsrətində olduqları Kəlbəcərə hücum edərək insanların illər uzunu qurub-yaratdıqlarını tar-mar etdilər, o yerləri viran qoydular, qız-gəlinlərin ismətinə əl uzatdılar, həlak olmuş ər oğulların barmaqlarını kəsərək nişan üzüklərini çıxartdılar. Erməni barbarları tərəfindən Kəlbəcərin təbii sərvətləri talandı, yeri, göyü odlara qalandı.
Yaxşı xatırlayıram: bir kəlbəcərli qadın-ana köçkünlük dövrü ah-nalə çəkib deyirdi: “Üç nişanlı qızıma tutduğum cer-cehiz tavana dəyirdi. Bir çöp belə götürmədən Kəlbəcəri tərk etdik, köçkün olduq...” ("Kəlbəcərin saz qalası". Bakı, “Azərnəşr”, 2013, s.16).
“Köçkün” – necə də ürəkağrıdan, ürəkdağlayan sözdür bu söz. İnsan da öz vətənində köçkün olarmı? Öz doğma ölkəsində vətənsiz olarmı?
Allahım, kərəminə şükür, Sən niyə bunları vətənsevər insanlara rəva görürsən axı, niyə?.. Mən niyə qəlbim qan ağlaya-ağlaya, gözlərimdə yaş göynəyə-göynəyə Kəlbəcəri vəsf etməkdən doymuram? Çünki vaxtilə Kəlbəcərin – ana yurdun qədrini bilməmişik. Təkcə Kəlbəcərinmi? Xeyr, bütövlükdə düşmən tapdağında inləyən Zəngəzurun, Qarabağın və başqa itirilən qədim Azərbaycan torpaqlarının qədir-qiymətini bilməmişik. Mən bu gün də namusu düşmən əlinə keçməsin deyə özünü qayalardan atan qeyrətli Kəlbəcər qız-gəlinlərinin, ana-bacılarının səsini, harayını eşidirəm. Belə vaxtlarda yadıma əsatirlərdən, nağıllardan, əfsanələrdən gələn, düşmən əlinə keçməsin deyə Tanrıya üz tutan, daşa, qayaya çevrilməsini diləyən qızlarımız, gəlinlərimiz düşür. O əyilməz qayalar, daşlar səltənətini dindirsən, nələr danışmaz!..
Amansız ayrılığın bu qədər uzun və üzüntülü, bunca cəhənnəm olduğunu kim bilərdi? Ana bətnində köçkün düşən varlıqlar, təzəcə ayaq tutub gəzişən fidanlar indi artıq bir igid ömrü yaşayıblar...
Bu həsrəti, bu ağrını yazmağa qələmimin gücü çatacaqmı? Bəzən korun-korun alışıb yanan, az qala tüstüsü təpəsindən çıxan bu yazıq qəm yuvası ürəyimlə baş-başa qalanda ağ göyərçinə dönüb Kəlbəcərə uçmaq, o yerləri görüb, hər hansı bir daşına baş qoyub uyumaq istəyirəm.
Qayğısız uşaqlıq çağlarımda mənə söylədiklərini, anamın ölümündən sonra başımıza gələnləri qəlbimdə ona danışmağa başlayıram: “Ruhuna qurban, anacan! Yadındamı şəhər orta məktəbinin I sinfində oxuduğum günlər? Bu, sənə necə də qol-qanad vermişdi. Mehriban, isti əllərinlə uzun şəvə saçlarıma sığal çəkir, məni əzizləyib deyirdin: “Əziz balam, umud qalam, hələ uşaqsan, böyüyəndə görə-cəksən ki, bu qoca dünya haqsızlıqla, ədalətsizliklə, yalanlarla doludur. Deyirlər, oğlanlar öc olur, çox vaxt söz eşitmir. Odur ki, bütün ümidlərim sənədir, oxu, öyrən, kitabsız günün olmasın. Eh, səninlə bağlı o qədər arzularım var, mənim balam, kaş Allah mənə ömür versin ki, sənin gülən, sevinən gözlərini görüm, arzum yerinə yetsin – hüquqşünas olub haqqın, ədalətin keşiyində durasan, insanların hayına, harayına çatasan. Ancaq bunu şərt kimi qəbul et ki, heç vaxt, heç bir şəraitdə haqqı nahaqa qurban verməyəcəksən, ədalətsizliyə qarşı usanmadan, yorulmadan mübarizə aparacaqsan – bu həqiqət yolunda dönməz olacaqsan...”
Bəli, bu, anamın sağlığında mənə söylədikləri idi. İndi ürəyimdən keçənləri ona demək istəyirəm: anacan, elə sənin dediyin kimi etdim, orta məktəbdə səylə oxudum, heç kimdən geri qalmadım. Amma sənin arzu etdiyin kimi hüquqşünas ola bilmədim. Buna görə məni bağışla, ana! Hüquqşünas olmasam da, səndən sonra bir qardaşımın hüquqşünas olmasına nail oldum, arzunu yerinə yetirdim. Bü-tün varlığımla ona dayaq oldum, ali savad alıb bacarıqlı hüquqşünas olması üçün əlimdən gələni əsirgəmədim.
Anacan, dünyadan narahat getdin, ev-eşiyin, bacı-qardaşlarımın ağır yükü zərif çiyinlərimə düşdü. Gecələr yatmayıb, səhərə kimi ay işığında əkin sahəmizi suvarıb, səhər alaqaranlıqda, yuxulu-yuxulu bacı-qardaşlarımın yeməyini hazırlayıb sonra məktəbə gedirdim.
Çox sevdiyim Sürəyya müəllimə bir gün parta arxasında narahat olduğumu, düşüncələrə daldığımı görüb səbəbini soruşanda, yaxınlaşıb xəlvəti bildirdim ki, səhər tezdən xəmir yoğurmuşam, artıq gəlmiş olar. Sürəyya müəllimənin tutulduğunu gördüm. Məni dərhal evə göndərdi. Hər gün ocaq qalayıb, sac asıb yuxa-çörək bişirirdim. Çörəyi gah yandırırdım, gah çiy qalırdı, gah da bacarmayıb əllərimi yandırırdım, bəzən buna dözməyərək hirsimdən oturub hönkür-hönkür ağlayırdım. Dərslərimi hazırlamağa həvəsim olsa da, oxuyub-öyrənməyə gücüm, taqətim qalmırdı.
Müqəddəs ruhun şad olsun deyə min cür əzaba sinə gərdim. Sanki özün bilirsənmiş kimi məni bu vəfasız dünyanın ümidinə qoyub getdin – bizdən əbədilik uzaqlaşdın.
Kaş görəydin ki, o vaxt sənin yoxluğunu hiss edən sonbeşiyin, 3 yaşlı Əlirza dil qəfəsə qoymayıb elə hey səni istəyirdi, gözünün yaşını sel kimi axıdırdı səndən ötrü. İsti qoynunu əvəz edəcək bir yer varmı, anacan? Sənin iyini almadan uyuya
bilmirdi zavallı qardaşım. Onu heç cür ovundura bilmirdim mən biçarə. Naəlac qalıb ağlaya-ağlaya sənin paltarlarını onun yastığının üstünə düzürdüm ki, bəlkə nəfəsini, iyini, ətrini o paltarlardan alıb birtəhər yuxuya getsin. Üzünü paltarlarına söykəyib sonra yuxuya gedirdi. Ay Allah, bu mənzərə mənim yumruq boyda balaca ürəyimə çalın-çarpaz dağ çəkirdi.
Yoxluğunla heç cür barışa bilmirdim. Axı sən bizi çox erkən, ömrünün gənc yaşlarında tərk etdin. Yolunu çox gözlədim. Qayıdacağına ümid edirdim. Ona görə gecələr evimizin qapısını da açıq qoyurdum ki, bəlkə gələrsən, axı sən bizsiz dözməzdin. Gözüm yollarda, qulağım səsdə idi. Sonda ümidim heçə endi. Özüm 7 yaşımda ikən bacı-qardaşlarıma ana oldum. Amma gücüm çatmırdı. Kirpiklərimlə od götürürdüm, ana! Axı mənim özümə də ana qayğısı, ana nəvazişi lazım idi! Hərarətli ana qayğısına, ana nəvazişinə möhtac idim. Əllərinin sığalına ehtiyacım vardı. Sən isə bir də geri qayıtmadın. 7 yaşımda ikən ağır yükün altına girib, elə bil, 100 yaşlı bir insana çevrildim. Belə acı taleyi Tanrı heç bir bəndəsinə qismət eləməsin, anacan! Necə qıydın bizə, necə? Bizi gözüyaşlı, həm də taleyin ümidinə qoyub getdin. Ruhuna fəda, anacan! Az keçmədi, göylərimizi qara buludlar aldı, isti yuvamıza su calandı. Namərd ermənilər doğma yurdumuza – Qarabağımıza göz dikdi.
Anacan, səni itirdikdən sonra başımıza çox müsibətlər, çox bəlalar gəldi. Səndən aldığımız ağır itki yarası sağalmamış (ana itkisinin yarası sağalarmı?) qızıldan qiymətli torpaqlarımız yağı tərəfindən işğal olundu, dərdimizin üstünə ağır dərd yükləndi. Müqəddəs məzarın da əsir düşdü. Bu, qəlbimizə çalın-çarpaz dağ çəkdi, öz yurdumuzda köçkünə çevrildik. Dözülməz əzab-əziyyətlərlə yükləndik. Köçkünlük şəraitinə dözməyən qızın Filyar qəriblikdə ömrünün bahar çağında – 27 yaşında bu vəfasız dünyaya “əlvida” dedi. Şamaxıdakı “Qəriblər” qəbiristanlığında torpağa tapşırdıq onu. Qismətimizə “Qəriblər paytaxtı”na sığınmaq düşdü, anacan! Amma burada da üzümüzə cənnət qapısı açılmadı. Bacım Zəminəyə çox yerdən elçi gəldi, istəmədi, dedi, mən arzu etmişəm ki, Kəlbəcərdəki evimizin qapısından “Vağzalı” səsinin sədaları altında gəlin köçüm. Lakin səni əvəz edə bilmədim, anacan. Zəminə 18 yaşında əməliyyat edildi, həkim onun ailə qura biləcəyini, lakin heç vaxt övlad sahibi olmayacağını bildirdi. Kaş ki, qulaqlarım kar olaydı, eşitməyəydim bu sözü.
Kibrit çöpünə də möhtac olduq. Vətəndə vətənsiz, evsiz-eşiksiz vəziyyətə düşdük. Amma ruhdan düşmədim. Sənin arzularını gerçəkləşdirmək üçün özümdə güc-qüvvə topladım. Həm ali təhsil almağı qarşıma məqsəd qoydum, həm də ailəni dolandırmaq üçün hər işin qulpundan yapışdım. Gecə yatmadım, gündüz dincəlmədim. Sonra da sevildim – qapımızı elçilər döydü. Özü də yaxşı yerlərdən. Di gəl ki, hamısına rədd cavabı verdim. Ruhuna and içib, sənə verdiyim sözə əməl etmək üçün Ulu Tanrıya yalvardım ki, bacı-qardaşlarımın əlini çörəyə çatdırmayınca sevgi qapılarını üzümə bağlasın. Düşünürdüm ki, birdən sevgimi öz ailəmə verərəm, bacı-qardaşlarımı ikinci dəfə ana sevgisindən məhrum edərəm. Söz verib ruhuna bir daha and içdim ki, bu çətin yolda, lazım gəlsə, həyatımı da qurban verməkdən çəkinmərəm. Vədimə xilaf çıxmadım. Anacan, fədakarlıq göstərdim, çox çətinlikləri dəf etdim, özüm hüquqşünas olmasam da, qardaşım Qələndərin bu peşəyə sahib olması üçün, necə deyərlər, dəridən-qabıqdan çıxdım,
axır ki, istədiyimə çatdım. Mən yalnız iş istəmək üçün müraciət edərkən belə ağır vaxtda dərdlərimin harayını ürək ağrısı ilə qəbul edən Azərbaycanın qeyrətli oğullarından həmyerlim biri onun təhsil haqqının ödənilməsini öz üzərinə götürdü. Onu AMEA-nın Fəlsəfə və Siyasi Tədqiqatlar İnstitutuna işə düzəldib, həkim qızla da evləndirdim.
Üç yaşında qoyub getdiyin oğlun Əlirza da ali savad aldı, texnik-mühəndis vəzifəsinə götürülmüşdü. Artıq şöbə rəisidir. Onu da bu yaxınlarda evləndirməyə hazırlaşıram. Ruhun onlara duaçı olsun, anacan! (https://www.kalbajar.com/post/saralm%C4%B1%C5%9F-pay%C4%B1z-yarpaqlar%C4%B1d%C4%B1r-yazd%C4%B1qlar%C4%B1m )
Özüm də, Allaha şükür, həm əyani ali təhsil aldım, həm də işləyib bacı-qardaşlarıma dayaq durdum. 7 nəfərdən ibarət ailənin firavan yaşamasına çalışdım. Azərbaycan Milli Elmlər Akademiyasının doktoranturasını bitirərək filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsüyəm. Son illər ölkə başçısının jurnalistlərə, media nümayəndələrinə göstərdiyi diqqət və qayğı dövlətimizin yaradıcı insanlara nə qədər həssas yanaşdığını göstərir. 2017-ci ildən media nümayəndələri üçün tikilən üçüncü yeni bina Azərbaycan Prezidenti İlham Əliyevin jurnalistlərə birbaşa qayğısının əyani təzahürüdür.
Milli mənafe və dövlətçilik mövqeyində dəyərli kitablar, yazılar yazdığım üçün bir çox imkansız jurnalistlər kimi, gənc qələm adamı olaraq media nümayəndələri üçün tikilən həmin binada, qismət olarsa, mənim də mənzillə təmin olunmağıma şərait yaradılacaqdı. Odur ki, bizdən yana narahat olan, sızım-sızım sızlayan, göyür-göyür göynəyən ruhun şad olsun, ana. Səni o dağların qoynunda gözü yolda qoyduğumuz üçün bizi bağışla, bağışla bizi, ana!..
Göyçədə Aşıq Ələsgərin, Şuşada Vaqifin, Cəbrayılda Dirili Qurbaninin ruhları qan ağlamırmı? Yaşadıqları dövrün canlı tarixi sayılan bu insanların ruhları bizi qınamazmı? İndi o yerlər gedər-gəlməz olub. O torpaqlarda doğulub boya-başa çatanların ürəkləri dərddən şişib. Az qalıb, fəqət!
Elə bil ki, Dədə Şəmşirin ruhu Səməd Vurğunu, Məmməd Arazı, Zəlimxan Yaqubu, Bəhmən Vətənoğlunu, Ənvər Rzanı, Sücaəti... bu dünyada olub-olmayanları haraylayırdı.
Dədə Şəmşir, ruhun küsüb, inciyib,
Yalqız qaldın qucağında dağların.
Neçə ildir ayrı düşüb qalmışam,
Vurğun könlüm sorağında dağların.
Gündən-günə ümidimiz qırıldı,
Körpələrin kövrək bağrı yarıldı.
Qız-gəlinlər süngülərə sarıldı,
Qovruldular ocağında dağların.
Gendən baxıb xəyallara dalmışam,
Əli bağlı, qolu bağlı qalmışam.
Talanmışam, sinədağlı qalmışam,
Bu günündə, bu çağında dağların.
Bu dərdlərə baş əyibdir Cəmilə,
Gözlər dolu, kirpikləri nəm ilə.
Ömrü keçdi kədər ilə, qəm ilə,
Boranında, sazağında dağların.
Ruhlar əsir olduqlarını duysalar da, susurdular. Hanı el-oba, hanı elat, hanı qoyun-quzu mələşməsi, dəvə zınqırovlarının səsi? Deməli, el-elat olmasa, kəlbəcərlilər yurd yerində ocaq çatmasa, işıq yandırmasa, torpağın gözəlliyi, bərəkəti qayıtmayacaq...
Təkcə Dədə Şəmşirin yox, həm də Kəlbəcərin bütün oğul və qızlarının, ata və analarının ruhu da bizi qınayacaq: Ay etibarsızlar, ay... Heç insan da anasını darda qoyarmı?!
7 sentyabr 2020
Cəmilə ÇİÇƏK (İSBƏNDİYAROVA),
araşdırmaçı-jurnalist,
prezident təqaüdçüsü, f.ü.f.d.
Dalidag.az

Kateqoriya: Karusel / Yazarlar
Tarix: 29-10-2020 16:17
Baxış sayı: 3722
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
06 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23