Reklam
İki uşağını diri-diri doğradılar, özünü də xalqın önündə... – Əfsanəvi türk
15-06-2020 15:56
Dalidag.az Şərqi Türküstan müstəqillik hərəkatının lideri Osman Batur haqda yazını təqdim edir.
O, Altay qazaxlarından olan kəndli İslam Bəyin oğludur. Köçəri qazaxlar arasında böyüdü. On yaşından əvvəl yaxşı bir ovçu olan Osman Batur döyüş sənətinin sirlərini 12 yaşında yanında qulluğa getdiyi qazax türklərindən olan Bökə Baturdan öyrənmişdi. Bökə Batur çinlilərə məğlub olduqdan sonra ələ keçirilərək başı kəsildi. Osman Batur bundan sonra 40 yaşına qədər təsərrüfat işləri ilə məşğul oldu.
Kəməndi ilə təyyarəni tutan qəhrəman
Osman Baturun güсlü və heybətli fiziki görünüşü vardı. 1.85 metr boyu olan Batur iri cüssəli idi. Çox az danışırdı. İlk dini bilgilərini din alimi olan babasından alan Osman Batur qeyd etdiyimiz kimi, döyüşməyi uzun illər çinlilərlə savaşmış Bökə Baturdan öyrənmişdi. Bökə Batur onun yanına gələn gələcək qəhrəmanı bu sözlərlə qarşılayır: “Bir gün düşmənləri yenə bu səhraların o biri tərəfinə atacağıq. Sayı Təkləməkan səhrasının qum dənələri qədər olsa belə...”.
Osman Batur haqqında rəvayətlər, əfsanələr uyudurulacaq qədər sevilən və hörmət edilən, hər kəsin gözlədiyi bir qəhrəman idi. Bu rəvayətlərdən birinə görə, Osman Batur öz kəməndi ilə göydəki təyyarəni yerə salmış bir qəhrəman idi.
Üsyan başlayır
1940-cı ildə Şərqi Türküstanda Çin zülmü qarşısıalınmaz səviyyəyə çatmışdı. İndi olduğu kimi o illərdə də, bölgədə yaşayan türklər çinlilərin zülmlərinə məruz qalır, yurdlarından didərgin salınır, öldürülür, məscidlər və evləri yandırılırdı.
Köktokayda bir çinli məmurun məscidə çəkmələrini soyunmadan girməsi ilə xalq onu və çinli əsgərləri öldürdü. Məscidlərə hücuma edən, Quranı yandıran çinlilərə etiraz edən türklər “üsyançı” ittihamı ilə həbs olundular. Vəziyyət o yerə çatdı ki, Çin hökuməti uyğurlardan silahların toplanması əmrini verərək, onları əliyalın qoydu. Ailəsindən yalnız Osman Batur silahını çinlilərə vermədi.
“Bu gün silahımızı alanlar sabah canımızı istəyərlər. Mən silahımı çinlilərə verməyəcəm. İstəyirlərsə və gücləri çatırsa, gəlib alsınlar”, deyərək, təkbaşına dağa çıxdı.
Müstəqil Altay dövləti
Osman Batur tiranın qanlı dünyasına savaş açdı. Arxasından ilk gedənlər isə dostu Süleyman və oğlu Şərdiman idi. Qısa vaxtda ətrafında böyük bir ordu yığıldı. Nurqocay Batur, Kaseyin Batır, Canım Xan Hacı, Süleyman Batır, Sulibay, Ökürbay, Noqaybay... Onlardan sadəcə bir neçəsi idi.
1911-ci ildə işğalçı çinlilər və ruslara qarşı mübarizəyə başlayan Osman Batur bütün Altay torpaqları və Şərqi Türküstanın əsarətdən azad edilməsini qarşısına məqsəd qoymuşdu. İkinci Dünya Müharibəsi illərində Şərqi Türküstanda təzyiqlərə qarşı başlayan hərəkatın genişlənməsi Osman Baturun yüksəlişinə zəmin yaratdı. Altay torpaqlarını çinlilərdən təmizləməyə başlayan Osman Batur 1943-cü ildə hədəfinə böyük ölçüdə çatmışdı. Həmin il iyulun 22-də Bulqunda keçirilən mərasimlə Osman Batur Altay qzaxlarının xanı elan olundu. 1945-ci ildə Şərqi Türküstanda bir neçə şəhər istisna olmaqla nəzarət tamamilə Şərqi Türküstan müsəlmanlarına əlinə keçmişdi.
Osman Baturun ələ keçməsi və edamı
Çin hökuməti iqtidarı altında olan bölgələrin bir-bir əldən çıxdığını anlayan kimi böyük bir ordu yığdı. Osman Batur və mücahidləri sayca özlərindən on dəfə çox olan və modern silahlarla güclənmiş intizamlı orduya qarşı döyüşləri davam etdirdi. Amma Osman Batur 1949-cu ildə kiçik bir dağ bölgəsinə sıxılıb qaldı. Başlanğıcda 30 min olan canlı qüvvəsi 1950-ci ildə qadın və uşaqlar da daxil olmaqla, 3-4 minə qədər azalmışdı. Son sığındığı yer Gəz Qurd bölgəsi idi. Qış aylarında heyvanlar dağda qala bilmədiyi üçün ətəklərə enməyə məcbur olurdular.
1951-ci ilin fevral ayında kommunistlər növbəti dəfə hücuma keçdilər. Qazaxların böyük bir hissəsi bu hücumdan xilas ola bildi. Amma Osman Baturun qızı Azpayla birlikdə bir çox qadın-qız kommunistlərin əllərinə keçdi. Osman Batur onları xilas etmək üçün 200 nəfərlə bir düşmən birliyinə qarşı hücuma keçdi. Çox sayda düşmən öldürüldü. Amma cəbbəxanası bitdikdən sonra Kamambal dağında o da ələ keçdi.
Dunxuan şəhərinə aparıldı. Əlləri və ayaqları zəncirlənərək zindana atıldı. Hər gün işgəncə görür, ona kömək edən türkləri ələ verməsi üçün döyülürdü. Ağır işgəncələrdən sonra bir ata mindirilərək “Türküstanı çinlilərdən azad edəcəm, deyən adamın halına baxın” deyərək, küçəbəküçə bölgədə gəzdirdilər. Amma ondan istədiyi məlumatları ala bilməyən çinlilər Osman Baturu məhkəməyə təhvil verdilər. 1951-ci il aprelin 19-da keçirilən məhkəmənin ilk iclasında mühakiməsiz, əvvəlcədən verilən qərarı açıqladılar: “Edam”.
Aprelin 29-da əvvəlcə qulaqları, sonra qolları kəsildi. Urumçidə güllələndi.
Urumçidə günəş yoxa çıxır
Şərqi Türküstandan olan yazar Əbdürrəhman Hacımələk Osman Baturun həyatından bəhs edən bir məqaləsində edamı haqda belə yazır:
“Aprelin 29-da böyük qəhrəman şəhadətə qovuşacaqdı. O gün təbiət öz normal məcrasından çıxmışdı, Urumçidə hava qapqara idi. Çünki baturlarının edamına etiraz edən xalq meşələri yandırmışdı. Çinli öz heybətli görünüşü ilə üzərlərinə yeriyən Osman Baturdan qorxularını gizlədə bilmirdilər. Zorla meydana gətirilən xalqın arasından təkbir səsləri ucalırdı.
Çinli əsgərlər nişan alıb gözləyirdilər. Osman Batur “Allahu Əkbər” dedi və ardınca güllə səsləri eşidildi. Sanki namaz qılırdı, əvvəldə dizi üstə düşdü, sonra alnı səcdəyə getdi. Bir rütbə daha qazanmışdı: Şəhidlik”.
Düşmən geri çəkilir, amma...
Osman Baturun ikinci xanımı, üç oğlu və beş qızı çinlilər tərəfindən əsir götürüldü. On səkkiz yaşlı qızı Kəbirə və on dörd yaşlı Baybulla anaları Mameyin gəzləri önündə doğranılaraq qətlə yetirildi. On bir yaşlı oğlu Kariy və doqquz yaşlı qızı Sapiyan diri-diri iyirmi metrlik quyuya atıldı. Övladlarına qarşı bu zülmə dözə bilməyən Mamey xatun ağlını itirdi və özünü çaya ataraq intihar etdi.
Osman Baturun Şərdiman, Nimətullah və Nəbi adlı oğulları atalarının edamından sonra da mübarizəyə davam etdilər. Amma 1953-cü ildə mübarizəni dayandırdılar. Çin Kommunist Partiyası məğlubiyyətlə barışdı və anlaşmaq qərarı verdi. Anlaşmanın şərtlərindən biri şəhid Osman Baturun nəşinin təslim edilməsi idi və təslim edildi. Köktokayda dəfn olundu.teleqraf.com
Dalidag.az
Kateqoriya: Karusel / Sosium
Tarix: 15-06-2020 15:56
Baxış sayı: 4593
Yazı axını
25 / 12 / 2024
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
Ən çox oxunanlar