Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Qayıdış proqramına uyğun olaraq Xocalı rayonunun Şuşakənd və Xanyurdu kəndlərinə növbəti köç yola salınıb. Öz dədə baba yurduna qayıdan ailələr Ağdamın Dördyol adlanan ərazisindən yola salınıb. Dalidag.az -ın xəbərinə görə, bu mərhələdə Şuşakənd kəndinə 19 ailə olmaqla 55 nəfər, Xanyurdu kəndinə isə 12 ailə olmaqla 34 nəfər öz dədə baba yurduna qayıdıb. Doğma yurda qayıdan ailələr

Noyabrın 13-də doğma yurduna yola salınan köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə və Xocalı rayonunun Badara və Daşbulaq kəndlərinə çatıb. Dalidagaz -ın xəbərinə görə, bu mərhələdə Xocalının Badara kəndinə köçürülən 19 nəfərdən ibarət 6 ailəyə, Daşbulaq kəndinə 31 nəfərdən ibarət 9 ailəyə, Ağdərənin Vəngli kəndinə isə 45 nəfərdən ibarət 11 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi

Ataki ş iyeva H ə c ə r Azərbaycan epistolyar irsinin inkişaf etdirilməsində Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin məktublarının xüsusi xidmətləri danılmazdır. Hər iki ədib çoxəsrlik ədəbi mədəni irsimizin inkişafında əvəzolunmaz xidmətlər göstərərək məktubları vasitəsilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişdirlər. Ədiblərimiz müntəzəm olaraq, bir-biriləri ilə məktublaşdıqlarına görə Azərbaycanın epistolyar irsi olduqca zəngindir. Görkəmli Azərbaycan mütəfəkkirləri məktublarında

Azərbaycan Dövlət Televiziyasının (AzTV) Gürcüstan bürosunun müxbiri Ruslan Həsənov Türkiyəyə məxsus C-130 təyyarəsinin qəzaya düşdüyü ərazidə xəsarət alıb. Dalidag.az xəbər verir ki, bu barədə "qafqazinfo”ya R.Həsənov özü məlumat verib. O bildirib ki, dünəndən hadisə yerindədir və yaralanması təsadüfən olub. R.Həsənov çəkiliş vaxtı yıxıldığını, ayağından xəsarətlər aldığını və xəstəxanaya yerləşdirildiyini qeyd edib. Dalidag.az

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Dalidag.az -ın məlumatına görə, müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi.

Tanınmış jurnalist Şahin Babayev vəfat edib. Dalidag.az xəbər verir ki, Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədr müavini Şahin Ənvər oğlu Babayev bu gün 61 yaşında vəfat edib. Onun qəfil ürəktutmasından dünyasını dəyişdiyi bildirilir. Şahin Babayevin bacısının bildirdiyinə görə, mərhumla vida mərasimi 12 noyabr saat 13-00-da "Heydər" məscidində olacaq. Allah rəhmət eləsin! Dalidag.az

Bu gün Azərbaycan bayrağı işğaldan azad edilmiş ərazilərdə vüqarla dalğalanır. Dövlətçiliyimizin, müstəqilliyimizin, milli birliyimizin rəmzi kimi... Ölkəmizin digər bölgələri ilə birlikdə, Qarabağda və Şərqi Zəngəzurda da bayrağımız əbədi dalğalanacaqdır! Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağı Günü münasibəti ilə fləşmob təşkil edib. Ulu Öndər Heydər Əliyevin və cənab Prezident İlham Əliyevin

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilib. Naxçıvan

Müharibələrin qaydaları dəyişib. Artıq səssiz uçuşlar və saniyələr içində qərar verən texnikalar müharibənin gedişini dəyişə bilər. Dalidag.az AzTV-yə istinadən xəbər verir ki, "Orbitor-3" Pilotsuz Uçuş Aparatı (PUA) Vətən müharibəsi zamanı düşmən hədəflərini vurub və zərbələrə məruz qalıb. Lakin o bu zərbələrdən sonra geri qayıtmağı bacarıb. O öz missiyasını tamamlaya bilib. Daha ətraflı videomaterialda: Dalidag.az

Noyabrın 8-də Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi və Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Zəfərin Səsi – Laçın 2025” adlı tədbir keçirilib. Dalidag.az xəbər verir ki, tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, “Laçın Abadlıq Xidməti” ASC-nin, rayonun hüquq-mühafizə orqanlarının
Yazı axını