Kəlbəcərə yola salınan növbəti köç karvanı şəhərə çatıb. Dalidag.az xəbər verir ki, bu mərhələdə şəhərə 29 ailə (115 nəfər) köçürülüb. Kəlbəcərə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu köçlə Kəlbəcərə qayıdan ailələrin sayı 81-ə (337 nəfər) çatacaq. Dalidag.az

Mədəniyyət Nazirliyi və Xankəndi Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə sentyabrın 20-də Xankəndidə Şəhər Günü keçirilir. Dalidag.az xəbər verir ki, Xankəndi Şəhər Günü ilə əlaqədar sərgi, tamaşa nümayişi və konsertlər təşkil olunub. Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edilib. Həmin il

Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü münasibətilə sentyabrın 20-də Xankəndidə bayram konserti keçiriləcək. Dalidag.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Tədbir Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq. Hazırda Xankəndi

Atamın vəziyyəti öncəki günlərə nisbətən daha yaxşıdır. Dalidag.az xəbər verir ki, bu sözləri kult.az-a açıqlamasında şair Əlisəmid Kürün qızı Aynur Mehdiyeva deyib. “Atamın huşu yerində deyil, amma irəliləyiş var. Hazırda başqa proeseslər getdiyi üçün səhhəti ilə bağlı ətraflı məlumat verə bilmirik”, - deyə o bildirib. Qeyd edək ki, Əlisəmid Kür qaraciyərində yaranmış problemlə əlaqədar 15 sentyabrda Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Dalidag.az

Təbriz şəhərində Azərbaycan dilində olan “Uşaq” tamaşası nümayış etdirilib. Dalidag.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Tamaşanın quruluşçu rejissoru Əli Əkbər Ətarudi, ssenari müəllifi Nəğmə Səmini, tərcüməçisi isə Aydın Sərdariniyadır. Tamaşa hər axşam yerli vaxtla saat 20:00-da Təbrizin 29 Bəhmən Mədəniyyət Kompleksində nümayiş etdirilir. Dalidag.az

Fərid Muradzadə İlkin sinifli cəmiyyət yaranandan üzü bəri minillərdir ki, hamının fani dediyi uğrunda qanlar tökülən gəlimli-gedimli, bir ucu ölümlü dünyanı böyük cahangirlər fəth etməyə, külli dünyaya sahib olmağa can atıblar. Müəyyən mənada seçilmiş insanlar buna müyəssər də olublar, lakin necə deyərlər "Süleymana qalmayan dünya, heç kimə qalmayıb"Böyük fatehlərin qılınc, silah, qan, dəhşət, rəzalət, səfalət və müharibələr bahasına ələ keçirdikləri dünya və xalqlar bir müddət sonra onları

Şair Səxavət Kəlbəcərli həbs edilib. Dalidag.az bildirir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, S.Kəlbəcərliyə 10 surkalıq həbs cəzası verilib. Həbsin səbəbi məlum deyil. Qeyd edək ki, Səxavət Ellaz oğlu Süleymanov (Kəlbəcərli) 1985 ci ildə Kəlbəcər rayonunun Zar kəndində anadan olub. Məlum işğal hadisələrindən sonra ailəsi ilə birlikdə Mingəcevir şəhərində məskunlaşıb. Gəncə Humanitar Kollecinin məzunudur. 2012-ci ildə “Mənim ürəyimi sən yaşadırsan” adlı şeirlər kitabı

Sentyabrın 21-də 2025-ci ilin ikinci Günəş tutulması baş verəcək. Bu, qismən Günəş tutulmasıdır. Bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43:04-də olacaq. Tutulma hadisəsi Sakit okean, Yeni Zellandiya və Antarktidada görünəcək. Tutulma

Şair Əlisəmid Kür qaraciyərində yaranmış problemlə əlaqədar Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. Dalidag.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Azər Qocayev, Kəlbəcər rayon Prokuroru İlkin İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi polkovnik Zöhrab Camalov 27 sentyabr “Anım Günü” ilə əlaqədar şəhid Bəylərov Seymur Səlyəddin oğlunun ailəsini ziyarət edib. Dalidag.az xəbər verir ki, 44 günlük Vətən müharibəsindən və uğurlu Antiterror əməliyatından söz açılıb. Şanlı Zəfərin sevincini xalqımıza bəxş edən qəhrəman şəhidlərimizin keçdiyi
Yazı axını